Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Nikaha daxil olanlar həkimdən arayış almalı olacaq
Milli Məclisdə Ailə Məcəlləsinə dəyişikliklər edib.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, genetik xəstəliklər hesabına Azərbaycanda 20 min uşaq əlillikdən əziyyət çəkir və müavinət alır: “Eləcədə ildə 300 talasemiya xəstəsi olan uşaq dünyaya gəlir”.
Komitə sədri qeyd edib ki, dəyişikliyə görə nikaha daxil olan gənclər sağlamlıq haqqında arayışı, eləcədə həkim məsləhəti haqqında arayış əldə etməli olacaq.
Deputat Vahid Əhmədov nikaha daxil olan şəxslərin sağlamlıq arayışının həqiqi olduğuna kimin qarant verəcəyi haqda sual verib: “Xəstə olan şəxs də hansısa yollarla belə arayış əldə edə bilər. Fikrimcə, biz qanunu qəbul edərkən belə halları da nəzərə almalıyıq”.
Fazil Mustafa isə qanunda “bələdiyyə tibb müəssisəsi” ifadəsinə etiraz edib. Deyib ki, bu ifadənin qanunda təqdim edilməsinə ehtiyac yoxdur.
Vitse-spiker Bahar Muradova etiraz edərək bildirib ki, qanun qəbul edilməzdən əvvəl onun üzərinə belə kölgə salmağı doğru deyil. /publika.az/