Müstəqillik dövründə Tarix İnstitutunda aparılan tədqiqatlar, Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixi ilə bağlı geniş və hərtərəfli araşdırmalar Rusiya elmi ictimaiyyətində və ictimai-siyasi dairələrində geniş rəy doğurmuşdur. Rusiya Federasiyasında yaşayan azərbaycanlıların yaratdığı “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri, Rusiya Federasiyası Dövlət Dumasında hüquqi məsələlər üzrə məsləhətçi Ağadadaş Kərimovun Rusiya Federasiyasının siyasi və dövlət həyatında müəyyən çəkisi olan Rusiya Liberal Demokrat Partiyasının rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində dəyirmi masa keçirilməsi qərara alınmışdır. Bununla bağlı RLDP-in rəhbərliyi (V.V.Jirinovski) Tarix İnstitutu alimlərinin iştirakı ilə Azərbaycan-Rusiya münasibətləri tarixinə dair dəyirmi masa keçirilməsi barədə institut rəhbərliyinə müraciət etmişdir. Tarix İnstitutu “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri Ağadadaş Kərimov vasitəsilə belə bir tədbirin Rusiya Federasiyasının Dövlət Dumasında keçirilməsinə razılıq vermiş və dəyirmi masada müzakirə olunacaq mövzular müəyyən olunmuşdur. Dəyirmi masada iştirak etmək üçün İnstitutun elmi işlər üzrə direktor müavini t.ü.f.d. Cəbi Bəhramov, “Qafqaz tarixi” şöbəsinin müdiri t.ü.e.d. İradə Bağırova, “Azərbaycanın yeni tarix” şöbəsinin müdiri t.ü.f.d. Hacı Həsənov və t.ü.f.d. İlqar Niftəliyev Moskva şəhərinə ezam olunmuşlar.
2014-cü il oktyabrın 10-da Rusiya Federasiyası Dövlət Dumasında keçirilən dəyirmi masada Azərbaycan-Rusiya münasibətləri tarixinə dair, Azərbaycan ərazisinə digər xalqların köçürülmə tarixi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlərində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Dəyirmi masanı giriş sözü ilə Rusiya Federasiyası Dövlət Dumasının Maliyyə məsələləri üzrə Komitəsinin sədr müavini D.İ.Savelyev açmışdır. O, AMEA Tarix İnstitutunun nümayəndə heyətini, Azərbaycan diaspora nümayəndələrini və qonaqları salamlamış, RLDP-nın Beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini V.A.Kalxidov partiyanın sədri V.V.Jirinovskinin müraciətini oxumuşdur. Bundan sonra “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri Ağadadaş Kərimov çıxış etmişdir.
Dəyirmi masada Azərbaycan tarixçiləri C.Ə.Bəhramov Azərbaycan-Rusiya münasibətləri tarixindən, İradə Bağırova Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalı və onun nəticələri, Hacı Həsənov XIX-XX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycanda həyata keçirdiyi köçürmə siyasəti, İlqar Niftəliyev isə Azərbaycanda Sovet hakimiyyətinin qurulması və xalqımıza qarşı törədilən soyqırımı cinayətləri, repressiyalar, deportasiya və etnik təmizləmə məsələləri barədə məruzə etdilər.
Rusiya tərəfdən dəyirmi masada Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşı Leyla Basakova “Slavyan və türk dialektlərinin və yazılarının tarixi kökləri haqqında” adlı məruzə ilə çıxış etmişdir. Davam edən müzakirələrdə isə REA Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı V.A.Nayedin-Rayevski, Moskva şəhər K.Kərimov adına 157 saylı Azərbaycan məktəbinin direktoru E.S.İsmayılova və RF Federal Miqrasiya Xidmətinin sədr müavini Y.Q.Serov çıxış etmişdilər. Daha sonra Rusiyadan olan digər qonaqlar çıxışlar edərək Azərbaycan- Rusiya münasibətlərinin tarixi əhəmiyyətindən danışmışlar.
Müzakirələrin sonunda Tarix İnstitutu Elmi Şurasının qərarı ilə 12 dildə nəşr olunmuş və Beynəlxalq kitab müsabiqəsində qalib olmuş “Qarabağ: real tarix, faktlar və sənədlər” (müəllifləri: Y.M.Mahmudov, K.K.Şükürov) adlı kitabın rus dilində olan nüsxələri (5 ədəd) D.İ.Savelyevə və “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri Ağadadaş Kərimova (5 ədəd) təqdim olunmuşdur.
Müzakirələrin sonunda bu cür görüşlərin əhəmiyyəti nəzərə alınaraq üç aydan bir həm Moskvada, həm də Bakıda keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM