Tanınmış prodüser Təranə Səmədova düşmən münasibətdə olduğu müğənni Rəqsanə İsmayılova ilə bağlı maraqlı açıqlama verib.
Bu gün.az-ın anspress-ə istinadən məlumatına görə, produserin söylədiyi sözlər günə damğasını vurub.
“İllər öncə Tolik (Tarix Əliyev) müğənni Rəqsanəyə həmkarı Röya kimi soyunaraq məşhurlaşmağı məsləhət görüb. Rəqsanə də onun məsləhətinə qulaq asıb və bu addımı atıb. Bundan sonra Rəqsanənin şəkilləri jurnalların üz qabığına çıxıb, müxtəlif yerlərə dəvət alıb”.
Xatırladaq ki, bir neçə il əvvəl Təranə Səmədova müğənni Rəqsanənin produseri və yaxın rəfiqəsi idi. Lakin onlar böyük qalmaqalla həm əməkdaşlıq, həm də dostluq münasibətlərinə son qoyublar.
Qeyd edək ki, T.Səmədova ANS TV-də yayımlanan “Xəbər Sizsiniz” verlişinin qonağı olub. Verilişin bugünkü mövzusu vergi ödəyən və ödəməyən, həmçinin qayda pozan müğənnilər olub.