Bakı Ağır Cinayətlər Məhkəməsində 1996-cı il təvəllüdlü Fərhad Süleyman oğlu Mustafayevin məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.
İttihama görə, Fərhad Mustafayev 26 mart, 2014-cü ildə saat 20:30 radələrində yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsindəki evlərinə gələrkən bacısı Raminənin bir müddət əvvəl boşandığı əri ilə birlikdə çıxıb getməsini öyrənərək hiddətlənib. Bundan sonra küçədə ünvansız nalayiq söyüşlər söyməyə başlayıb.
Onun söyüşlərini eşidən digər qonşusu - 1998-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Rüstəm Kərimov bundan əsəbiləşib. O, Fərhada zəng vuraraq iradını bildirib və küçəyə çağırıb. Fərhad evdən bıçaq götürərək küçədə onu gözləyən Rüstəm Kərimova yaxınlaşıb. Heç bir səbəb olmadan bıçaqla ona zərbələr endirib. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Törətdiyi bu cinayət əməlinə görə Fərhad Mustafayev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Fərhad Mustafayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində ailə üzvləri ilə birlikdə Şağan kəndində yaşadığını, orta məktəbin 6-cı sinfindən çıxdığını göstərib: “Bacım hadisədən 6 ay əvvəl həyat yoldaşı Xıdır Eyyubovdan ayrılmışdı. Bundan sonra Xıdırgillə bizim ailə arasında soyuqluq yaranmışdı.
Qonşumuz Rüstəmlə əvvəllər münasibətimiz normal olub. Ədavət və düşmənçiliyimiz olmayıb. Bacım ərindən ayrılandan sonra Rüstəm bir neçə dəfə heç bir səbəb olmadan mənə sataşırdı. Bir-iki dəfə internetdə də mübahisəmiz düşmüşdü. Rüstəmi Xıdır öyrətmişdi. Hadisə baş verən gün valideynlərim Xıdırdan şikayət etmək üçün Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə getmişdilər. Mən evdə idim, bacımsa qonşuya getmişdi. Bu vaxt Rüstəm zəng vuraraq məni küçəyə çağırdı. Heç bir səbəb olmadan ailə üzvlərimi, bacımı söydü. Pəncərədən baxanda həyətdə üç nəfərin dayandığını gördüm. Evdən bıçaq götürüb həyətə endim. Bıçağı elə tutdum ki, Rüstəmgil məndən qorxub yaxına gəlməsinlər. Bilirdim ki, Rüstəm Xıdıra görə belə eləyir. Neçə dəfə ona bu məsələyə qarışmamağı məsləhət görmüşdüm.
Birdən gördüm ki, Rüstəm əlindəki parıldayan nazik əşya ilə başıma vurmaq istəyir. Bıçağı sağ əlimə keçirib qarın nahiyəsinə zərbə vurdum. Neçə zərbə vurmağım yadımda qalmayıb. Bıçaq dəyən kimi yerə oturdu. Mənsə evə gedib qapını bağladım. Pəncərədən baxanda Rüstəmin qonşunun maşını ilə xəstəxanaya aparıldığını gördüm. Bir qədər sonra polislər gəldilər”.
Zərərçəkmiş şəxs qismində dindirilən Rüstəm Kərimov ifadəsində 9-cu sinifdə oxuduğunu, sinif yoldaşları və məhəllə uşaqları ilə münasibətinin yaxşı olduğunu göstərib: “Fərhadgil bizimlə qonşuluqda yaşayır. 4-5 il olar ki, bura köçüblər. Təxminən iki ay öncə Fərhad ümumi tanışımız olan Ramalın haqqında xoşagəlməz sözlər danışmışdı. Buna görə ona iradımı bildirmişdim. Bir neçə gün sonrasa Ramalla birlikdə şəkillərini internetdə paylaşmışdı. Mən də öz səhifəmdə Ramalın arxasınca danışmasından sonra şəkil çəkdirməyinin düzgün olmadığını dedim. Aramızdakı yazışmada narazılıq oldu. Amma dalaşmadıq.
Hadisə baş verən gün qonşunun həyətində Osman və Hüseynlə birlikdə qum daşıyırdıq. İşimizi görüb qurtarandan sonra yemək yeyirdik. Birdən Fərhadın və onun keçmiş yeznəsi Xıdırın səsi gəldiyini eşitdik. Küçəyə polis əməkdaşları və qonşular toplaşmışdı. Polislər Xıdırı avtomaşına otuzdurub apardılar. Biz isə mağazaya getdik. Polislər Xıdırı aparandan sonra Fərhad məhlədə ucadan söyüş söyürmüş. Bunu eişidib ona zəng vurub məhlədə söyüş söyməyin yaxşı iş olmadığını başa salmaq istədim. Telefonda məni də söydü. Mən də onu söydüm. Bir azdan həyətə düşüb qaça-qaça mənə tərəf gəldi. Onun əlində bıçaq olduğunu görüncə yumruq-təpik atdım.
Dava zamanı Fərhad bıçaqla məni vurdu. Başım fırlandı, yerə yıxıldım. Fərhad məni vuranda yanımda heç kəs yox idi. Qonşularımız Osmanla Hüseyn mən vurulandan sonra gəldilər.
Mən Xıdıra görə Fərhadın üstünə getməmişəm, bu işə qarışmamışam. Xıdırla bağlı ona heç nə deməmişəm. Hadisə zamanı əlimdə heç bir əşya, dəmir parçası olmayıb”.
Məhkəmə prosesi davam edir.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM