Bu gün Prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2013-cü ilin adamı” mükafatı təqdim olunub.
ANS PRESS-in məlumatına görə, bu yüksək mükafata layiq görüldüyünə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bildirdi ki, öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacaq. “Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır” deyən dövlət başçısı “İlin adamı” mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırlatdı, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS-in xüsusi rolunu qeyd etdi. ANS Şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu mükafatın 2001-ci ildən verildiyini dedi və bildirdi ki, bu mükafatın ideya təməlində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır.
ANS Şirkətlər qrupunun rəhbəri, Çingiz Mustarfayev Fondunun İdarə Heyətinin üzvü Vahid Mustafayev bildirdi ki, Prezident İlham Əliyev bu mükafata ölkə vətəndaşlarının etimadını qazanaraq yenidən prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərəcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artırılması, Avropa Birliyinə üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasətə görə layiq görülüb.
Bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirdi. Deyilən xoş sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev 2013-cü ilin həqiqətən uğurlu olduğunu, ilin əvvəlində ASAN xidmətinin yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini vurğuladı. Şahdəniz-2 layihəsinin imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlət başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirdi. Prezident İlham Əliyev 2013-cü ildə “Azərspace -1” peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırdı. Peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd etdi. Ötən ilin yaddaqalan hadisələri sırasında Davos forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində 1-ci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, MDB məkanında ən böyük əmsalla sovet əmanətlərinin məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosail sahələrdə çox ciddi islahatların keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini bildirdi, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğuladı.
Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışdı, Azərbaycanda bütün azadlıqların mövcud olduğunu dedi, bildirdi ki, ANS kanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhvə verəcək. Dövlət başçısı çıxışının sonunda əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq.
Sonra xatirə şəkli çəkdirildi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM