V. Dərgahlı deyib ki, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsinə, döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb.
Onun sözlərinə görə, ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə tapşırıqlarından azad edilir. Hərbi hissələrin şəxsi heyətinin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirak etməsi təmin edilir: "Bu məqsədlə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və gələcəkdə də bu məsələlərin mərhələli şəkildə həlli planlaşdırılır".