Corc Oruelin məşhur əsəri-"1984"-lə silahlanıb Stalin tiraniyası üzərinə gələnlər indi özləri dünyanın mühakiməsi qarşısındadılar. Diktatura rejimi deyib də sovet cəmiyyətinin daxili eybəcərliyini, hökm sürən kütləvi güdükçülüyü və şüurlara hakim kəsilən NKVD-çiliyi lənətləyən,insanların psixoloji inkubatorlardan çıxmış və vahid qəlibdə bolşevizmi,partiya qələbələrini vəsf edən robot varlıqlara çevrildiyi yüksək bir istedadla təsvir edən Qərb ədəbi qəhrəmanları görəsən indi qəbirləində çevrilmirlər ki?
Britaniya qəzeti “Qardian”ın bu günkü məlumatı çoxsaylı informasiya bumu içərisində əriyib yox oldu.Həmin xəbər Amerikanın Təhlükəsizlik Agentliyinin bir gündə 200 min mesajı qəbul etdiyini,telefonların total nəzarət altında olduğunu və coğrafi məkan olaraq hər bir qitənin əhatə edildiyini sübutlarla ortaya qoyub.Düşünürsüz ki,Edvard Snoudenin yaratdığı ifşa şokundan sonra daha dünya adamının etiraz və müqavimət gücü qalmayıb ki,desin:hər bir mobil daşıyıcı potensial terrorçu olub ki,onları doğulandan ölənədək belə müşahidə altına alırsız?
Üstəlik,bütün baş verənlər ülvi demokratiya prinsiplərinin və insan haqlarına dair bəlağətli paktların çətiri altında baş verir.Belə çıxır ki,Şimali Koreya lideri Kim Çen In yalnız ona görə pisdir ki,O,xalqına hər hansı azadlıq hüququ tanımır,qəddarcasına repressiya və edam mərasimləri keçirir, hamını özü mühakimə edərək təkbaşına hökmranlıq edir.Despotizm pisdir,lakin onun mütləqiyyət forması özünü o qədər fərqli səviyyədə təzahür edə bilər ki.Nə fərqi var,sən daha sivil kommunikasiyalarla adamları laborator siçanlarına çevirirsən,yaxud kobud şəkildə gütürüb qılıncı başlarını vurusan.İndi Azadlıq haqqında Billəri yazan mütəfəkkirlər dirilib gəlsələr Edvard Snoudeni Martin Lüter Kinq kimi dünyəvi missiya sahibi və bəşəri xilaskar ödülü ilə təltif etməzdilərmi?Yəni,daha kimdə şübhə qalıb ki,o tələdə deyil?Yoxsa,adamlar ona görə etiraz edə bilmirlər ki,hamının dosyesi o mərkəzlərdə qorunub saxlanır?
Ən ləzzətlə dinlənilən Anqela Merkelin cəmi iki günlük narazılıq səsini eşidə bildik.Sonda o da susdu.Casus kompüterlər və mobil vasitələr İsgəndərin qorxu ilə quyuya pıçıltasından daha təhlükəli şəkildə öz üstümüzə qayıdır.Vaxtilə,marksist təlimin sahibləri “Qoyunlar insanları yeyir”dən bəhs edirdilər.İndi 21-ci əsrin fenomeni tamam ayrıdır.Adamlar Allahdan daha çox kəşfiyyat və casus şəbəkələrinin mühakiməsi altındadılar.Belədə şəxsi həyatın toxunulmazlığı barəsindəki iddilliyalar tamam bayağı səslənir. Gəlin özümüzü aldatmayaq.Əgər dövlət başçıları belə həmin izləmələrdən özlərini kənar saxlaya bilməyiblərsə,deməli, başqalarının immunitetindən danışmağa dəyməz.Diktatura dərkolunmayan köləlikdirsə,demokratiya dərk olunan qulluqdur.
Almaniyanın “qırmızı-qara koalisiyası”nın rəhbəri və dinləmənin ən böyük qurbanı Anqela Merkel Avropa İttifaqının son Brüssel sammitində 28 dövlər arasında “antisasusluq paktı” imzalamağı təklif edərək ölkəsinin BND rəhbəri Herhard Şindleri bu işə qoşanda son ümidi vardı ki,bəlkə hamının dəsətiyini qazana biləcək.Lakin danışıqlar tam iflas həddindədir.Amerika ən yaxşı halda alman həmkarlarına qarşılıqlı izləməmə və dinləmədən imtina haqda razılşmaya gəlməyə razılıq versələr də son anda digər Avropa dövlətləri ilə oxşar sazişləri imzalamaqdan imtina edərək danışıqları yarımçıq qoyub.Bu o deməkdir ki,casus əleyhinə pakt heç zaman ərsəyə gəlməyəcək və bütün məkanlarda kəşfiyyat qulaqları hamının ən kiçik səsini belə fiksasiya edib öz qeydetmə qurğusuna yerləşdirəcək.Ona görə “başınızın üstündə Tanrı var” deməyə tələsməyin.Çünki hər birinizdən yuxarıda bir izləmə qurğusu var.
Deyirlər, biz yer üzündə mövcud olan 3-cü sivilizasiyayıq.Buna qədər kainat iki dəfə öz məhvərindən çıxaraq bütün canlı aləmi məhv etmiş və bəşəri varlığa son qoymuşdur.Görünür,onda da Allah öz bəndələrinin onun səlahiyyətlərini mənimsədiyini görəndə tufan qoparıb və qiyaməti yaxınlaşdırıb.İndi heç bir şübhə yoxdur ki,növbəti apokalipsisi məhz ümumdünya casusluğu meydana gətirəcək.
Əgər mərkəzi kəşfiyyat idarələrində hər kəsin şəxsi qovluğu varsa,onda ayrıca tərcümeyi-hal və avtoportret yığıcılarına bir ehtiyac varmı?
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM