Tarix elmləri doktoru, professor Süleyman Əliyarlı nüfuzlu şəxsiyyətlərdən biri idi. Ziyalı kimi də cəmiyyət həyatının kritik dönəmlərində sözünü, mövqeyini əsirgəməzdi. Buna görə də Akademiyanın müxbir üzvündən başlayıb həqiqi üzvə qədər yönələn mərhələləri keçəcək bir imkana sahib olmamışdı. Ancaq Azərbaycan tarixşünaslığından söz düşərkən, hələ tələbə vaxtlarından adını fəxrlə çəkdiyimiz bir neçə addan biri idi. Tarixlə bağlı əsərlərinin bir qismi ilə tanışam və mübahisəyə açıq məqamları da qeydə almışam. Bütün hallarda öz ixtisasının yüksək səviyyədə bilicisiydi və bunu ona mənfi münasibəti olan tarixçilər də vurğulayırdılar.
Bu giriş yalnız işin tanıtım tərəfi. Bu gün görkəmli alimi, 84 yaşını haqlamış dəyərli bir aydını dəfn etdik. Bakının Qurd Qapısı deyilən hissəsindəki köhnə məzarlıqda və köhnə məzarların arasında zor-güc tapılmış dar bir yerdə basdırıldı. Əslində əməli sağlam insanlar üçün vəfatından sonra bu məqamların mənasızlığına hər zaman deyinən bir insan kimi bunun üzərində durmaq fikrində də deyiləm. Sadəcə əvvəllər dönə-dönə vurğuladığım bir müşahidənin təkrar olunmasından duyduğum pərişanlığı diqqətə gətirmək istədim. Ötən günlərdə Azərbaycanın ən istedadlı gənc şahmatçılarından olan Vüqar Həşimov vəfat etmişdi. Çox üzüldük. Azərbaycanın şahmat sahəsində dəyərlərindən biri idi. Prezidentin göstərişi ilə yüksək səviyyətə dəfni təşkil olundu, hətta onu incitmiş, çalışmalarını əngəlləmiş, gözdən salmış məmurların da boynunu bükərək guya məyus olduqlarını görmək də bizlərə müyəssər oldu. Rəhmətliyə ən axmaq ittiham da Kasparovun fəxri sədr olduğu İspan komandasının tərkibində yarışa qatılması olduğunu bilmiş olduq. Guya erməni komandasının xeyrinə çalışııb. Bu qədər əbləhliyə gənc bir uşaq necə də duruş gətirib? Allah ruhunu şad etsin!
Dünən də Azərbaycanın dəyərli bir alimi öldü. Prezidentin xəbəri olmadı. Daha doğrusu, kimsə söyləmək istəmədi. Tam əminəm ki, xəbər verilsəydi daha fərqli münasibət göstərilərdi. Axı dünyada fəxrimiz olan şahmatçımız kimi, nüfuzlu bir alimimiz də bu xalqın dəyəri sayılır. İllərdir çalışdığı Bakı Dövlət Universitetinin binasından nəşini götürməyi düşünmədilər. Elm, təhsil sahəsinə baxan rəsmi məmurlardan (orada iştirak edən bəzi universitet rektorlarını bu kateqoriyaya aid etmirəm) kimsə dəfninə gəlmədi. Ən acınacaqlısı da bildiyimə görə məzar yerini də yaxınları ilə pul bazarlığından sonra verdilər. Əlbəttə, Əməkdar elm xadimi kimi 2-ci və ya 3-cü Fəxri Xiyabanda dəfni də düşünülə bilərdi. Ancaq bu da əhəmiyyətli məsələ deyil, çünki Fəxr ediləsi Əməllər olan yerdə Fəxri Xiyabanlar olmaya da bilir. Süleyman müəllim xanımının vəfatının 38-ci günündə Allahın rəhmətinə qovuşdu. Yəni bu fani dünyadakı uzun ayrılığı da Uca Yaradan onlara, bu xoşbəxt ahıllara rəva bilmədi.
Bütün bunlar onu göstərir ki, ən adı məqamlarda belə cəmiyyətin nə qədər natamamlıqlarla iç-içə olduğunu görürsən. Ən təhlükəsiz vəziyyətlərdə belə sadəcə adamlıq deyilən bir keyfiyyəti görmürsən. Ona görə də cəmiyyət, ayrılıqda vətəndaş bəlli bir insan ölçülərinin içinə girməyincə, istədikləri kimi də bizləri idarə etməyə, minməyə, sürməyə, döyməyə, söyməyə haqlıdırlar!
Məzarlıqda qəbirlərin arasında kimsə cığır saxlamağı düşünməmişdi. Dəfn bitəndən sonra qəbirlərin üstü ilə adlayaraq geri gəlirdik. Sanki ölüləri də torpaq üstündə, mülk üstündə savaş içindəydi. Bu cür yəhudu, erməni, provaslav qəbirstanlığı görməzsiniz...Burada azərbaycanlılar yatır. Bir-birinin içində, üstündə, yolunda...
Diriləri ömür boyu aydınlatmağı bacarmayanlar, gör bir ölülərimizdən nələr çəkəcəklər...
Diriləri ilə ölüləri xaraktercə bir-birindən fərqlənməyən cəmiyyətdə hələ çox işiniz var, professor!
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM