“Dağlıq Qarabağla bağlı məsələlərdə həmişə Azərbaycanı dəstəkləmişik” - Malayziya səfiri, FOTOLAR

16:04 / 24.10.2014

"Əməkdaşlığımız daha yüksək səviyyəyə qalxacaq, mən buna əminəm”

 Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdul Rəhmanın  APA-ya müsahibəsi:

 - Cənab səfir, Malayziya ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
 
- Bildiyiniz kimi bu ilin sentyabrın 12-də ölkəmizin baş naziri Azərbaycana səfər edib. Bu, Azərbaycana səfər edən ilk malayziyalı baş nazir idi. Görünür onun səfərinədək o qədər də çox iş görülməmişdi. İstənilən halda biz İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində işləmişik.
 
Biz həmçinin Azərbaycan rəsmiləri üçün kurslar nəzərdə tutan Malayziya Texniki Əməkdaşlıq Proqramını təklif edirik. Menecment, habelə ölkəmizin öz təcrübəsini bölüşə biləcəyi digər sahələri öyrənmək istəyənlər Malayziyaya gələ bilərlər. 1993-cü ildən tətbiq olunan bu proqram əsasında artıq 40-50 rəsmi şəxs ölkəmizdə olub. Ümid edirik ki, baş nazirimizin səfərindən sonra bu proqramı genişləndirə və daha çox adamı cəlb edə bilərik.
 
 
- Sizcə, Azərbaycanla Malayziya hansı sahələrdə əməkdaşlığı genişləndirə bilərlər?
 
- Şübhəsiz ki, sizin gücünüz neft və qazdadır. Biz bu istiqamətdə sabit əməkdaşlıq qurmaq istərdik. Bəlli olduğu kimi Malayziyanın böyük neft şirkəti olan “Petronans” Malayziya baş nazirinin Azərbaycana səfər çərçivəsində ARDNŞ-lə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Biz ARDNŞ-lə sıx əməkdaşlıq etmək istərdik.
 
- İki şirkət arasında hansısa konkret layihələr varmı?
 
- Fikrimcə, tezliklə olacaq. Biz geniş əməkdaşlıq qurmağı planlaşdırırıq. Zənnimcə, “Petronans”la ARDNŞ özləri bu layihələr haqda bəyanat versələr, daha yaxşı olardı.
 
- İki ölkə arasında hansı sazişlər imzalanmalıdır?
 
- Biz artıq Birgə Bəyannamə, habelə qarşılıqlı anlaşma haqda memorandum imzalamışıq. Həmçinin Malayziyanın Beynəlxalq Münasibətlər və Diplomatiya İnstitutu ilə azərbaycanlı diplomatlar üçün treninqi nəzərdə tutun saziş imzalanıb. Düşünürəm ki, Azərbaycan prezidentinin Malayziyaya səfəri zamanı daha çox sazişlər imzalanacaq. İndi həmin səfərin hazırlığı üzərində işləyirik.
 
 
- Ölkələrimiz arasındakı ticarət əlaqələrinin səviyyəsini necə dəyərləndirirsiniz?
 
- 2013-ci ildə ticarət dövriyyəsinin həcmi 18.2 mln. dollar təşkil edib. Göstəricilər kifayət qədər aşağıdır. Malayziyadan Azərbaycana ümumi ixrac 15.3 mln. dollar, Azərbaycandan Malayziyaya isə 3 mln. dollar təşkil edir. Ümid edirəm ki, iki ölkə liderlərinin səfərindən sonra müvafiq göstəricilər artmağa başlayacaq.    
 
- Sizcə, Azərbaycan malayziyalı iş adamları üçün maraqlı ola bilərmi? Ölkəmizə sərmayədarlarınızı cəlb etmək olarmı?
 
- Şübhəsiz ki, əməkdaşlığımız daha yüksək səviyyəyə qalxacaq, mən buna əminəm. Baş nazirimiz ölkənizə səfəri zamanı Bakının inkişafının, arxitekturasının onda xoş təəssürat oyatdığını bildirib. Biz daşınmaz əmlak, inşaat və turizm sahələrində əməkdaşlıq edə bilərik. Azərbaycan malayziyalılar üçün ekzotik ölkədir. Azərbaycan barədə məlumatlı deyilik. Baş nazirimizin ölkənizə səfəri zamanı Malayziya televiziyasında Azərbaycan haqqında bir sıra sənədli film nümayiş olunub və malayziyalılar ölkəniz haqda müəyyən məlumat əldə ediblər. Həmçinin Malayziyada təhsil alan az sayda azərbaycanlı tələbələr var. Biz tələbə mübadiləsi sahəsində də əməkdaşlıq edə bilərik. Daha bir maraqlı fakt ondan ibarətdir ki, azərbaycanlılar 30 gün müddətinə Malayziyaya vizasız səfər edə bilərlər.
 
 
- Sizcə, “Malaysian Airlines” şirkətinə məxsus təyyarələrlə bağlı son iki hadisə ölkənizə turist axınına mənfi təsir göstərə bilərmi?  
 
- Dəqiq məlumatım olmasa da, baş verənlərin təsirsiz ötüşmədiyini deyə bilərəm. Edilən sifarişlər ləğv olunub. İkinci təyyarə vurulub və biz kimin günahkar olduğunu aydınlaşdırmalıyıq. Hansısa tərəfi ittiham etmək istəmirik, bu hadisəni araşdırmalıyıq. İstənilən halda Malayziyaya çatmaq üçün yetərincə başqa yollar var. Malayziyaya səfər etmək istəyən şəxslər “Turkish airlines”, “Qatar airways” və digər şirkətlərin xidmətlərindən yararla bilərlər. Malayziyada turizm bahalı deyil, həm də hava şəraiti həmişə yaxşıdır. 
 
- Altı ay öncə yoxa çıxmış “Malaysian airlines” təyyarəsi ilə bağlı yeni bir məlumat varmı?
 
- Hazırda Avstraliya hökuməti ilə birgə araşdırmanın ikinci mərhələsindəyik. Biz dənizin dərinliklərini öyrənirik. Bu, çox bahalı əməliyyat olsa da, təyyarə ilə bağlı baş verənləri öyrənməliyik.
 
- Ölkələrimiz arasında parlament əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz? Malayziya parlamenti tərəfindən Xocalı soyqırımının tanınması mümkündürmü?
 
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həmişə Azərbaycanı dəstəkləmişik. Biz öz dəstəyimizi İslam Əməkdaşlığı Təşkilatı, habelə BMT Baş Assambleyası vasitəsi ilə ifadə etmişik. Bütün qətnamələrlə bağlı səsvermələrdə Azərbaycanın xeyrinə səs vermişik. Azərbaycanla Malayziya arasında qardaşlıq münasibətləri var. Bizim mövqeyimiz BMT Baş Assambleyasının 243 nömrəli qətnaməsində (erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması) əks olunub. Bu, Azərbaycana dəstək deməkdir. Mən və baş nazirimiz başa düşürük ki, bu məsələlər Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir. Parlamentlərarası əlaqələrə gəldikdə isə bu, əlaqələrin başlanğıcıdır. Əgər baş nazir səfər edibsə, iki ölkə lideri arasında daha çox mübadilə olacaq.
 
- Azərbaycanla Malayziya arasında hərbi əməkdaşlıq mövcuddurmu?
 
- Hazırda bu sahədə əməkdaşlıq yoxdur. Lakin düşünürəm ki, bunun üçün böyük potensial var. Bakıda keçirilən Beynəlxalq Müdafiə Sərgisində Malayziya müdafiə nazirinin müavini də olub və o, gələcəkdə bu istiqamətdə əməkdaşlıq qurmağa imkan verəcək məqamları öyrənib. Fikrimcə, Azərbaycan prezidentinin Malayziyaya səfərindən sonra əməkdaşlığımız daha da genişlənəcək. Ticarət üzrə göstəricilər artacaq və biz müdafiə sənayesi sahəsində nə etmək mümkün olacağını nəzərdən keçirəcəyik. Sizdə müdafiə sahəsində əməkdaşlıq edə biləcəyimi maraqlı istiqamətlər var. Malayziya baş naziri ilə Azərbaycan prezidenti bununla bağlı müzakirələr aparıblar. 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM