Bakıda söküləcək ərazilər - Fotolar

16:04 / 24.10.2014

"2 aya yaxındır ki, Nərimanov Rayon İcra Hakimiyyətinin və Nəqliyyat Nazirliyinin bəzi əməkdaşları Avropa Olimpiya Oyunları ilə əlaqədar Böyük Şor qəsəbəsinin bütünlüklə “Sovetski” kimi söküləcəyini, sakinlərin isə 2015-ci ilin mart ayına kimi köçürəcəyinə dair bir-birindən ziddiyətli xəbərlər çatdırırlar. Qışın günü - evlərin söküləcəyi, mənzillərin bahalaşdığı bir dövrdə ev tapmaq qayğıları hamını narahat edir. İcra orqanlarından isə bu məsələyə konkret aydınlıq gətirən yoxdur".

Bu sözləri Nərimanov rayonu Böyük Şor qəsəbəsinin sakinləri ANS PRESS-in "qaynar xətti"nə müraciətdə bildiriblər. Sakinlər bu ziddiyətli məlumatlardan narahat olduqlarını deyirlər. Vətəndaşlar evlərinin söküləcəyi ilə bağlı məlumatlara İcra Hakimiyyəti tərəfindən cavab ala bilmədiklərini vurğulayırlar.

"Bəzi icra əməkdaşları dekabrın sonunda, bəziləri isə gələn ilin yanvarında qəsəbənin söküləcəyini deyir. Hər gün insanlara müxtəlif fikirlər söylənilir. Nərimanov rayon və Bakı Şəhər İcra hakimiyyəti də bu məsələdə susur. “Sovetski” kimi Böyük Şor da söküləcəkmi?", - deyə sakinlər soruşurlar.

Balaxanıdakı yeni massivdə də bəzi evlərin söküləcəyi ilə bağlı vətəndaşlara bildirişlər paylanılıb. Yerli icra hakimiyyəti orqanları əməkdaşları tərəfindən paylanılan yazılı bildirişlərdə massivdəki bəzi evlərin plana düşdüyü və yaxın müddətdə söküləcəyi qeyd edilib. Bununla yanaşı, Keşlə ərazisində də bəzi yerlərin plana düşməsilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib. Sözügedən ərazidə yeni yol çəkiləcəyi və yeni infrastrukturlar salınacağı deyilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev ANS PRESS-ə açıqlamasında məsələyə münasibət bildirib. Komitə rəsmisinin fikrincə, bu söküntülərin bəziləri texnoparklarla əlaqəlidir. Çünki Balaxanı, Səngəçal, Sumqayıt və s. ərazilərdə texnoparkların salınması nəzərdə tutulub. Onun sözlərinə görə, hələlik baş plan təsdiq olunmadığı üçün konkret məlumatlar verməkdə çətinlik çəkir. C. Qocayev söküntü ilə bağlı xəbərdarlıq edilmiş ərazilərdə işin yerli icra hakimiyyətləri tərəfindən icra olunduğunu söyləyib:

"Hələlik Bakının baş planının təsdiq edilməyib. Hazırda baş planla bağlı səslənənlər təklif formasındadır və hər an dəyişdirilə bilər. Ancaq plan təsdiqləndikdən sonra dəqiq nəsə demək olar. Hazırda yerli icra hakimiyyətləri və söküntü ilə əlaqəli olan digər qurumlar fərdi olaraq işlər görürlər. Mən deyə bilmərəm bu proses hansı formada aparılacaq. Çünki hələlik bizim əlimizdə konkret bir məlumat yoxdur".

Komitə rəsmisi bildirib ki, prezidentin yeni sərəncamından sonra sənaye məhəlləri yaradılır. Ola bilsin bununla bağlı da söküntülər olsun. Sənaye məhəlləri əsasən boş ərazilərdə salınacaq. Amma ola bilsin ki boş yerlər olmasın. Bu zaman isə söküntülər olacaq.

Ekspertlər isə bu yeni söküləcək ərazilərin daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcəyini iddia edirlər. Əmlak bazarı araşdıran iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib ki, söküntülərin aparılması bazara ilin əvvəlindən təsir edib. Ancaq hazırda yeni ərazilərin plana düşməsi bazardakı daşınmaz əmlakların qiymətinə ciddi təsir etməyəcək: "Ola bilsin ki, aktivlik müşahidə olunsun, amma ilin sonuna kimi qiymətlərdə dəyişiklik gözlənilmir. Buna səbəb isə qiymətlərin həddindən artıq qalxmasıdır. Bugünkü qiymətlər insanların alıcılıq qabiliyyətindən xeyli yüksəkdir. Bu isə qiymətlərin nəzərəçarpacaq qədər artmasına imkan verməyəcək".

Ekspert ölkədə söküntü prosesi ilə bağlı mexanizmlərin olduğunu söyləyib. O bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, komissiya yaradılır və ərazilər peşəkarlar tərəfindən qiymətləndirilir: "Tərəflərin razılığı ilə alqı-satqı prosesi başlayır. Qarşı tərəf bu zaman ya təklif olunan vəsaiti alır, ya da torpaq, ev sahəsi alır. Bunlar hamısı tərəflərin danışığının predmetidir. Söküntü aparılarkən vətəndaşların çətin vəziyyətə düşməməsi üçün bir neçə variantdan istifadə etmək olar. Məsələn, söküntü aparılan ərazilərdəki insanları söküntü-tikinti işləri yekunlaşana qədər yaxınlıqdakı bina evlərində yerləşdirmək olar. Həmçinin, onlara hazır mənzillər və ya torpaq əraziləri təklif etmək olar".

Bakı Dövlət Layihə İnstitutunun baş mühəndisi Zülfüqar Məmmədov isə ANS PRESS-ə açıqlamasında Bakının müfəssəl planından danışıb. O bildirib ki, sözügedən ərazilərlə bağlı İnstuta hələlik sifariş daxil olmayıb. Onun sözlərinə görə, söküntü aparılacaq ərazilərlə bağlı ilk öncə müfəssəl plan hazırlanmalıdır: "Görünür, yerli icra hakimiyyətinin memarlıq şöbəsi söküləcək yerləri özü müəyyənləşdirib. Ancaq söküntü və köçürülmə ilə bağlı hələlik bir qərar yoxdur. Ən azından həmin ərazilərin müfəssəl planı tərtib olunmalıdır. O planda hansı ərazilərin söküləcəyi qeyd edilməlidir. Həmçinin, orada nələr inşa olunacaq - bildirilməlidir".

Göründüyü kimi, yuxarıda adını çəkdiyimiz ərazilərdə artıq söküntü ilə bağlı prosesə başlanılsa da dövlət qurumları bundan xəbərsiz olduqlarını deməklə məsuliyyəti bir-birilərinin üzərinə atmaq istəyirlər. Hər halda gələn ilədək əhaliyə söküləcək yerlərin konkret siyahısı açıqlansaydı daha yaxşı olardı. Söküləcək ərazilərdə yaşayan sakinlər işlərini qabaqcadan bilərək köçmə hazırlığına başlayardılar. Hələlik isə... ilin sonuna bir qədər qalır. Gözləyək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM