Onu görəndə boğazından artıq kəndir asılmışdı - Fotolar

09:58 / 18.01.2014

  Bir il bundan əvvəl Özbəkistan prezidentinin qızının həyatında hər şey əla gedirdi. İş adamı, cəlbedici pop ulduzu, bəziləri ona gələcəyin lideri kimi də baxıb. Amma son 12 ay ərzində bu tamamilə dəyişib: onun biznesləri bağlanılıb, rəsmi vəzifələri əlindən alınıb. Bundan qayıtmaq varmı?

Tahir özünü öldürmək istədiyi gecə, yuxuda anasını görüb.

Tahirin ev yoldaşları onu görəndə Tahirin boğazından artıq kəndir asılmışdı.

"Yorulmuşam", Tahir alınmamış intihar cəhdini izah edərək deyir. Onun əlləri əsir, sol gözü dartınır və bədənində gözə dəyən fiziki deformasiyası var. O, bunun işgəncə olduğunu deyir və xahiş edir ki, ətraflı təsvir etməyim. "Biləcəklər mən kiməm", o deyir. "Məni tapacaqlar".

Tahir onun həqiqi adı deyil və o, Skandinaviyanın hansı ölkəsində sığınacaq gözlədiyinin açıqlanmasını istəmir. Onun sözlərinə görə, özbək təhlükəsizlik orqanları onun bədənindəki hər bir çapığı, hər bir xalı, hətta yerişini də lentə alıblar. "Məni onların tanıdığı qədər heç kim tanımır", o deyir.

Tahirin şantaja məruz qalması və soyulması Özbəkistanda gömrük rəsmiləri və daha sonra polis onunla əlaqəli olan biznesi ələ keçirmək istəyəndə başlayıb. Buna görə Tahirin partnyorları da əziyyət çəkib. Tahir həbs olunub və deyir ki, burada ona işgəncə verilib. O həmçinin gözətçilərin digər dustaqları öldürməsinə şahid olduğunu da deyir.

Sonda o, rüşvət vasitəsilə həbsdən çıxıb və Özbəkistanı tərk edib.

Tahirin sığınacaq işi üzrə vəkilləri deyirlər ki, onun işi Özbəkistanın ən məşhur fiquruna - prezidentin qızı Gülnarə Kərimovaya gətirib çıxarır.

Tahirin hekayəsi, xanım Karimovaya "quldur baronu" titulunu verən (Wikileaks-in sızdırdığı ABŞ diplomatik teleqramlarında ona belə istinad edirlər) bir çox hekayələrdən biridir.

Amma kənardan baxanların çoxu üçün Gülnarə Kərimova dünyanın ən repressiv rejimlərindən birinin mehriban, müasir üzüdür. Harvardda təhsil alan 41 yaşlı xanım Kərimova iş adamı, moda rəmzi, diplomat, xeyriyyəçi və hətta pop ulduzu da olub - "Googoosha".

Son aylar ərzində o, daha bir imic qazanıb: insan haqları müdafiəçisi.

 

Xanım Kərimovanın biznes və media imperiyaları dağılan kimi o, repressiv özbək hakimiyyətini açıq tənqid etməyə başlayıb.

"Özünə yeni brend vermək cəhdidir yenə", adının açıqlanmasını istəməyən, xanım Kərimovanın sabiq məsləhətçisi deyir. "Bir saniyəlik də olsun inanmıram ki, o dəyişib".

Bu ailə davası Şekspir pyesinə layiqdir, amma bir hissəsi Twitterdə baş verir.

Onun mesajları çox vaxtı ikimənalı və müəmma ilə dolu olsa da, Twitter səhifəsi Özbəkistanın qəribə siyasətinə az olsa da işıq salır. Daha əvvəl yoqa və moda haqqında olan tweetlərinin tonu dəyişib: xanım Kərimova anasını və bacısını cadugərlikdə, atasının rəsmilərini isə repressiya və pozuntularda ittiham edib.

Kərimovanın problemlərinin əsas mənbəyi, Avropada onunla bağlı olan korrupsiya məsələsidir. 2012-ci ildə bir qrup İsveç jurnalisti TeliaSonera adlı nəhəng fin-İsveç telekommunikasiya şirkətini araşdırarkən aşkar edib ki, şirkət Özbəkistanın gəlirli mobil telefon bazarına daxil olmaq üçün 300 milyon dollar ödəyib.

Twitter-də etdiyimiz söhbətdə Kərimova TeliaSonera məsələsilə əlaqəli olduğunu inkar edib. Amma bu, onun üzləşdiyi yeganə problem deyil. İsveçrədə ayrı bir korrupsiya araşdırması nəticəsində onun bank hesablarına həbs qoyulub. Polis onun Cenevrə və Fransadakı evlərində axtarış aparıb.

Özbəkistanın ən iri konqlomeratı olan, İsveçrədə qeydiyyatdan keçən Zeromax şirkətinin beş il onun nəzarəti altında olduğu düşünülüb. İldə 3-4 milyard dollar gəlir elan edən bu şirkətlə əlaqəli olduğunu o, hər zaman inkar edib. 2010-cu ildə Zeromax müəmmalı şəkildə bağlanılıb.

Vaxtilə prezident administrasiyasında işləyən, hazırda Fransada yaşayan siyasi təhlilçi Kamollodin Rabimmob deyir ki, Zeromax-ın yaratdığı problemlər o qədər ciddi olub ki, İslam Karimov onu bağlamağa qərar verib.

"Gülnarə iqtisadiyyatın bütöv hissələrini monopoliyaya almışdı", o deyir. "Təbii qazın satışı, qızıl ticarəti, logistikaya qarışmağa başladı. O qədər resursa əl qatmışdı ki, təkbaşına büdcədə defisit yaratdı".

Zeromax-dan sonra xanım Kərimova İspaniyaya səfir təyin olundu, Cenevrədə isə Özbəkistanın BMT-ə nümayəndəsi oldu. Avropada daha çox vaxt keçirməyə başladı və pop ulduzu Googoosha kimi imicini gücləndirmək üzərində işləyirdi.

Sting, Julio Iglesias və Gerard Depardieu Taşkentdə onun qonağı oldular.

"Elə bil ölkə onə məxsus idi", Kərimovanın kliplərinin birini hazırlamaq üçün Los Angeles-dən Özbəkistana gələn John Colombo yada salır. Aeroporta gələn kimi qəzetlərdə, yolda lövhələrdə onun şəkillərini gördüyünü, radiolarda isə onun mahnılarını eşitdiyini, ona məxsus olan dükanları gördüyünü xatırlayır. "O, hər yerdə idi", deyir Colombo.

Prodüser Kərimovanı bəyənirdi. O deyir ki, hündür boyuna görə güclü görkəmi olsa da, rahat və sakit, işgüzar idi və "görünürdü ki, adamlar onu sevir".

Wikileaks-ın sızdırdığı diplomatik teleqramlarda Kərimovanı Özbəkistanın "ən nifrət edilən adamı" adlandırsalar da, ölkəyə səfərlərimdə onu sevən çox adamla rastlaşmışam. Gənc, dinamik qadınla atasının idarə etdiyi repressiv rejim arasındakı ziddiyyət onun xeyirinə idi.

2012-ci ildə xanım Kərimovanın nüfuzu ən yüksək nöqtəsinə çatmışdı. Bir çoxu ona atasının sələfi kimi baxırdı. Elə o özü də prezidentliyə ambisiyalarına işarə etməyə başlamışdı.

Heç kim onu gözləyən dramatik və qəfil tale dəyişikliyini proqnozlaşdıra bilməzdi.

2013-cü ilin sonuna qədər Kərimovanın biznes imperiyası dağılmağa başladı. Onun xeyriyyəçi təşkilatı, telekanalları, dükanları, hamısı bağlandı. Amma Zeromax şirkətinin yoxa çıxması müəmmalı görüldüyü halda, bu dəfə hər şeyi Twitter-də canlı izləmək olardı. Özbəkistanla maraqlananlar Kərimovanın öz ailəsinə qarşı müharibə elan etməsini təəccüblə izləyirdi.

 

 

"Bu, vətəndaş təşkilatlarına və düşünən cəmiyyətə qarşı ciddi bir hücuma oxşayır", noyabrın sonunda onun xeyriyyəçi təşkilatı Fund Forum bağlatdırılanda o, Twitter səhifəsində yazıb. "Gərginlik artır", o əlavə edib.

2013-cü ilin sentyabr ayında BBC-nin özbək xidmətinə verdiyi eksklüziv müsahibəsində, Prezident Kərimovun kiçik qızı Lola Tillayeva-Kərimova bacısının prezidentliyə namizədlik şanslarını skeptisizmlə şərh edib, bacısı ilə çoxdandır ki, danışmadığını bildirib. Gülnarə Kərimova müsahibəni açıq davaya çağırış kimi qiymətləndirib.

O, Lola və anası Tatyana Kərimovanı ona qarşı qara cadudan istifadə etməkdə və atasına keçidləri bağlamaqda ittiham edib. Amma onun əsas düşməni və problemlərinin əsas mənbəsi, atasının əsas əks-kəşfiyyatçısı Rüstəm İnnoyatov olub, o Twitterdə bəyan edib.

 

KQB əməkdaşı və cənab Kərimovun ən yaxın məsləhətçilərindən biri olan cənab İnnoyatov 1991-ci ildən Özbəkistanın ən səlahiyyətli qurumu olan SNB (Milli Təhlükəsizlik Xidməti) başçısıdır.

Son aylarda görünür ki, Gülnarə Kərimova SNB-nin ölkədəki rolu barədə gözlənilmədən məlumatlanıb. O, gecəyarısı həbslər, qorxu və müxalifətə qarşı görülən tədbirlər haqqında Twitterdə yazıb. Onun bir çox işçisi həbs olunub, ya da itkin düşüb, amma Kərimova onları müdafiə edəcəyinə and içib.

"Çox şey başa düşdüm, öz gözlərimlə çox şeyi gördüm. Ağrıtsa da həqiqəti qəbul etməliyik", o mənə yazmışdı.

Özbək biznesmen Tahir xanım Kərimovanın hüquq müdafiəçisi olmağını ciddiyə almır.

"Bu, sadəcə bir oyundur. Varlılar və güclülər öz oyunlarını oynayırlar, amma bizim üçün nə dəyişəcək? Düşünmürəm ki, Gülnarə real təhlükə altındadır. Bu, sadəcə bizi, xalqı aldatmaq üçün ata-bala arasındakı oyundur", o deyir.

Oyundursa, böyük bir oyundur. Orta Asiyanın sabitliyi Özbəkistandan asılıdır deyə, Gülnarənin problemlərinin arxasında kimin olduğunu öyrənmək vacibdir.

Ola bilsin, Prezident Kərimov özü qızının qol-qanadını sındırmaq göstərişi verib. Eyni zamanda ola bilsin ki, onun dediyi kimi, göstərişi verən Rüstəm İnnoyatovdur. Bu halda bütün məsələ cənab Kərimovun rəhbərliyinə qarşı çevriliş qəsdi sayıla bilər.

Kamollodin Rabimmov düşünmür ki, İnnoyatov tək işləyib. O deyir ki, prezident TeliaSonera qalmaqalı haqqında eşidəndə çox qəzəblənmişdi və bundan sonra qızının digər artıqlıqları aşkarlandı. Beləliklə o, İnnoyatova tapşırdı ki, qızını cilovlasın. Amma sual olaraq qalır: Kərimov özünü zəiflətmədən qızını cəzalandıra biləcəkmi?

 

Rabimmova görə bu, mümkün deyil. Kərimov opponentlərə qarşı həmişə amansız olub - Özbəkistan müxalifətinin bütün liderləri ya həbsdədir, ya mühacirətdə, ya da ölüb. Amma sözə baxmayan qız tamamilə başqa problemdir.

"Gülnarə bilir ki, həbsə atılmayacaq, nə də öldürülməyəcək. Sual ondadır ki, onu necə susdura bilərlər? İnternetini kəsdirməklə? Bu, ciddi çözüm deyil", Rabimmov deyir.

"Onlar imkan verə bilməzlər ki, Özbəkistanı tərk etsin. Kərimov üçün bu, yolverilməzdir, çünki o artıq göstərib ki, (atasına) qarşı çıxış edə bilər".

Nüfuz itirsə də, atası hələ də prezidentdir, pulu hələ çoxdur və o, çox şeyi bilir. Gülnarə Kərimovanı saymamaq hələ ki, tezdir.

"Bu yalnız başlanğıcdır", Yeni il gecəsi o, tərəfdarlarının birinə Twitterdə cavab yazıb.

Bundan sonra nə olacaq, atasından asılıdır. İyirmi ildən çoxdur ki, İslam Kərimov Özbəkistanı dəmir yumruqla idarə edir. Özbəkistanın "Kral Lear"ı qızını idarə edə biləcəkmi?/bbc/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM