"Quranda lift, kompüter, televizor yoxdur deyə..."

10:20 / 25.10.2014

Elşən Mustafaoğlu mübahisəli məsələləri şərh edib

Maraqlı tendensiyanın şahidiyik. Bəzi şəxslər əsrlərdən bəri formalaşmış adət-ənənələrimizi din adı ilə inkar edir, Novruz bayramı, təvəllüd günü kimi günlərin qeyd edilməsini haram və günah elan edirlər. İndi də bütün bəşəriyyət üçün spesifik olan yası rədd edir, "Quranda yas anlayışı yoxdur", "İslam dinində, peyğəmbərimizin hədislərində bununla bağlı heç bir məlumata rast gəlinmir" kimi fikirlər yayırlar.


Məsələyə aydınlıq gətirmək üçün islam.az ilahiyyatçı alim Elşən Mustafaoğluya müraciət etdi. Ekspert qeyd etdi ki, yas - insanın özünə yaxın saydığı birinin dünyadan köçməsinə görə kədərlənməsi, hüzn halı keçirməsi, matəm saxlamasıdır: “Bu, dinindən, inancından asılı olmayaraq, bütün bəşəriyyətə xas olan bir xüsusiyyətdir. Bu, insanın təbiətindən, fitrətindən gələn bir şeydir. İslam dinində, peyğəmbərimizin hədislərində bununla bağlı heç bir məlumata rast gəlinmədiyi fikri də kökündən yanlışdır. Həzrət Məhəmməd peyğəmbər (s) də yaxınlarını itirdikdə, savaşda şəhidlər verdikdə onlar üçün ağlayıb, kədərlənib, matəm saxlayıb. Həmin şəxslərin qəbrini ziyarət edib, dualar oxuyub, Allahdan onların bağışlanmasını diləyib. Bütün bunlar məzhəb fərqi olmadan, ən mötəbər kitablarda öz əksini tapıb. Zənnimcə, insani duyğulardan, insanın təbiətindən qaynaqlanan belə məsələlər heç müzakirə mövzusu olmamalıdır. Axı necə birisinə demək olar ki, yaxınını itirdikdə kədərlənmək, yas saxlamaq olmaz?"

Elşən Mustafaoğlu məsələlərə belə yanaşmanın İslam dinilə heç bir əlaqəsinin olmadığını qeyd etdi: "Təəssüflər olsun ki, bəzi şəxslər İslam dinini orta əsr ərəb mədəniyyəti və məişəti kimi başa düşür və təqdim edirlər. Belə çıxır ki, 7-ci əsr Ərəbistanında hakim olan ənənələrdən kənar heç nəyi qəbul etmək olmaz. Halbuki dinimiz zaman və məkanın fövqündə olub, hər dövr və cəmiyyət üçün universaldır. İslam dini xalqların ilahi təlimlərə zidd olmayan mədəniyyətini, adət-ənənələrini əsla inkar etmir."

E.Mustafaoğlu bunu da qeyd etdi ki, İslam şəriətinə görə bir insan dünyasını dəyişdikdə yalnız 4 vacib ayin yerinə yetirilir: "Mərhum üçün qüsul verilir, kəfənlənir, cənazə namazı qılınır və dəfn edilir. Bununla şəriətdə göstərilən ayinlər bitir. Bundan qalanlarının dinlə əlaqəsi yoxdur, bu və ya başqa toplumun adət-ənənə məsələsidir. Xalqların, mədəniyyətlərin fərqliliyi isə inkar edilə bilməz. Hər bir toplumun özünəməxsus toy şənliyi, yas mərasimi keçirmə ənənələri var. Dinə görə əsas budur ki, bu ənənələr ilahi təlimlərə zidd olmasın, orada haram işlər görülməsin, israfçılığa, riyakarlığa, insanları çətinliyə salan hərəkətlərə yol verilməsin. Belə ki, din insanların rahat yaşamasını istəyir, əzab-əziyyətə düşməsini deyil. Bu çərçivələr qorunursa, adət-ənənələrə uyğun şənlik və matəm mərasimlərinin keçirilməsində heç bir qəbahət yoxdur."

İlahiyyatçı insanın həyatda üzləşdiyi hər şeyin Quranda olmasının zərurət kimi qəbul edilməsinin də yanlış olduğunu bildirdi: "Quran - ilahi hidayət kitabıdır. Mənəviyyat qanunları toplusu olaraq, insanlara dünya və axirətdə xoşbəxt yaşamaq üçün doğru yolu göstərir. Orada gündəlik həyatımızdakı məişət məsələlərini aramaq, üzləşdiyimiz hər bir şeyin, hadisənin əks olanmasını ummaq mənasızdır. Quranda son zəng, ad günü, müəllimlər günü, yaxud işıqfor, tibb işçilərinin uniforma geyinməsi və ya lift, kompüter, televizor və s. yoxdur deyə, bütün bunlar inkar edilməz ki! Dinimizi orta əsr hadisəsi çərçivəsində görmək, o zaman nə olubsa onu din, nə olmayıbsa dinə zidd hadisə kimi səciyyələndirmək dinə də, həyata da mürtəce yanaşma olardı. Başqa sözlə, dinimiz ilahi təlimlərə zidd olmayan hər bir şeyi məqbul hesab edir və bunları insanların öz əqlinə, düşüncəsinə, həyat təcrübəsinə həvalə edir."


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM