Space TV-də yayımlanan «Səadət» serialında maraqlı səhnə — oriental rəqs efirə gedib.
Milli.Az bildirir ki, həmin səhnədə serialın aktyorlarından biri olan müğənni Rəmal Rəsul «Və sən getdin» mahnısını restoranda ifa edir.
Yaradıcı heyətin dediyinə görə, bu səhnə ilə bağlı müxtəlif reaksiyalar alıblar:
«Çoxları üçün gözlənilməz olub. Açığı, əvvəlcə özümüzdə də bir qədər tərəddüd var idi. Amma qərara gəldik ki, cəsarətli olmaq və çərçivələrdən çıxmaq lazımdır».
Qeyd edək ki, filmin ssenari müəllifi və bəstəkarı Tural Bakuvi, rejissorlari isə Elvin Rustəmzadə və Anar Məmmədəliyevdir.