Ramiz Mehdiyev: "Yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik"

10:57 / 26.10.2014

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclası keçirilib.

AzərTAc xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1999-cu il 3 yanvar tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 ili tamam olur.
Akademiyanın uğurlarından danışan rektor bu təhsil ocağının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, akademiyanın inkişafı ölkənin tərəqqisi ilə bilavasitə bağlıdır. Azərbaycan hazırda innovativ inkişaf yolundadır və son on il bu istiqamətdə xüsusilə əhəmiyyətli olub. Bu inkişafa doğru keçilən mərhələlər, onu təmin edən kreativ cəmiyyətin formalaşmasına yönəldilmiş idarəetmə mexanizmlərinin elmi təhlili akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il” kitabında dərin təhlil edilir.
Tədrisin keyfiyyətinin yüksəldilməsində fundamental tədqiqatların əhəmiyyətinə toxunan rektor bu baxımdan akademik Ramiz Mehdiyevin əsərlərinin mühüm rol oynadığını vurğulayıb.
Urxan Ələkbərov məlumat verib ki, DİA yarandığı ilk günlərdən onun qarşısında duran əsas vəzifə müasir təhsil texnologiyaları əsasında əlavə təhsil proqramı üzrə - ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, təkrar ali təhsil səviyyəsində dövlət idarəçiliyi sahəsi üçün kadr hazırlığı olub. Ötən illər ərzində akademiyada dövlət qulluğunda çalışan 1110 nəfər müdavim əyani və qiyabi formalarda yenidən hazırlanıb, 2656 nəfər dövlət qulluqçusu qısamüddətli ixtisasartırma kursu keçib. Bu təhsil müəssisəsini bitirən 2923 nəfər bakalavr, 648 nəfər isə magistr diplomu alıb. Təkrar ali təhsil formasına da maraq böyük olub.
Hazırda akademiyada bakalavrların 8, magistrlərin isə 24 ixtisas üzrə təhsil aldığını deyən rektor gənc mütəxəssislərin, alimlərin elmi tədqiqat işləri üzərində çalışdığını bildirib.
Qeyd olunub ki, akademiyada tətbiq edilən tədris proqramlarında ümummilli lider Heydər Əliyevin zəngin irsinin, qlobal miqyasda qəbul olunmuş demokratik prinsiplərin, milli mənəvi dəyərlərimizin və müasir idarəetmə texnologiyalarının mənimsədilməsi mühüm yer tutur.
Akademik Urxan Ələkbərov diqqətə çatdırıb ki, ötən illər ərzində DİA-nın professor-müəllim heyəti tərəfindən 153 monoqrafiya, 200-dən çox dərslik və dərs vəsaiti, 250-dək tədris-metodiki vəsait hazırlanaraq nəşr edilib, müəllim və doktorantların respublika və xarici ölkə jurnallarında müxtəlif problemlərə dair beş minədək elmi məqaləsi və tezisləri dərc olunub.
Akademiyanın beynəlxalq əlaqələrinə toxunan rektor deyib ki, bu əlaqələr ali təhsil ocağının inkişafı və modernləşməsində mühüm rol oynayır. Ötən illər ərzində MDB məkanının, Avropa və Asiyanın bir sıra qabaqcıl təhsil mərkəzləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə müqavilələr imzalanıb və çoxsaylı proqramlar həyata keçirilib.
Rektor çıxışının yekununda bir daha vurğulayıb ki, qazanılan bütün uğurlar Azərbaycan dövlətinin və onun rəhbərinin akademiyaya davamlı qayğı və diqqətinin nəticəsidir.

X X X
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV yubiley münasibətilə təbriklərini çatdıraraq dedi:
- Hər bir yubiley zamanı qazanılmış nailiyyətlər qeyd olunur və görülmüş işlər təhlil edilərək gələcəyə nəzər salınır. Nailiyyətlərinizin ən parlaq göstəricisi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 22 aprel tarixli sərəncamları ilə İdarəçilik Akademiyasının bir sıra əməkdaşı dövlət təltiflərinə layiq görülüb. Bu, çox təqdirəlayiq haldır. Bu gün sizin təltif olunan həmkarlarınıza mükafatları təqdim edəcəyik. Hələlik isə gəlin Akademiyanın keçdiyi yola və inkişaf perspektivlərinə birlikdə nəzər yetirək.
Dövlət idarəçiliyindən söhbət açanda, ilk növbədə, dövlətin bugünkü vəziyyəti, qazandığı uğurlar və qarşısına qoyduğu məqsədlər ön plana gəlir. Qeyd etmək lazımdır ki, biz postsovet məkanında keçid dövrünü uğurla başa vuran və dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunan nadir bir ölkəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində aparılan islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Prezidentin bu ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, respublikada bu müddət ərzində ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorunda isə 6 faiz səviyyəsində artıb. Bu gün dünyada mövcud olan göstəricilərlə müqayisədə bunlar kifayət qədər uğurlu rəqəmlərdir.
İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Bu müddət ərzində maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Hazırda bizim 53 milyard dollardan çox valyuta ehtiyatımız var. Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında Azərbaycan adambaşına düşən valyuta ehtiyatına görə ən yüksək mövqelərdən birini tutur.
Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Yəni, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsi sırasındayıq.
2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb. Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşərək 5 faiz səviyyəsinədək ensin.
Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, lakin ixrac potensialımızın böyük əksəriyyəti hələ də neft-qazla bağlıdır.
Son on il ərzində 3 minə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Axırıncı iki-üç ildə uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə yüksəlib.
Qeyd olunmalıdır ki, bütün infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilib. Neftdən əldə olunan gəlirlər şəffaf saxlanmaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəldilməklə dinamik inkişaf təmin edilir.
Oktyabrın ilk günlərində Bakıda keçirilən Beynəlxalq Humanitar Forum bir daha ölkəmizin dünyadakı nüfuzunu və qazandığı mövqeləri təsdiq etdi. Forumdan sonra bizim hörmətli akademik, İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov inkişafımıza dair çap etdirdiyi materiallarda Azərbaycanın düzgün innovativ inkişaf yolu seçdiyini bir daha əsaslandırdı.
Bütün bunlar onu göstərir ki, biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik. Bu isə dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsini zəruri edir. Bu baxımdan İdarəçilik Akademiyasının qarşısında da mühüm vəzifələr dayanır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illiyindən söhbət açaraq tarixə bir nəzər salaq. Əslində varislik prinsipinə sadiq qalsaq, etiraf etməliyik ki, siz 1921-ci ildə Bakıda yaranmış Sovet Partiya Məktəbinin, 1928-ci ildə onun əsasında təsis olunmuş Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbinin, 1956-cı ildə həmin Məktəbin bazasında yaradılmış Bakı Ali Partiya Məktəbinin varislərisiniz.
Arada 1946-cı və 1953-cü illərdə yenə də ad və struktur dəyişikliklərinə məruz qalmış qurumların adını çəkməyə ehtiyac yoxdur. Nəhayət, bizim hamımızın yaxşı yadındadır ki, bu partiya məktəbinin əsasında 1992-ci ildə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu yarandı.
Bu tarixi arayışı gətirməkdə bircə məqsədim var. O da ondan ibarətdir ki, bütün dövrlərdə sizin Akademiyanız siyasi quruluşdan və dövlətin onun qarşısında irəli sürdüyü məqsədlərdən asılı olaraq öz elmi və pedaqoji potensialını dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə həsr edib.
İstər-istəməz özümüzə belə bir sual verməliyik: kəskin dəyişikliklərə məruz qaldığımız bugünkü zamanda, yəni, qloballaşmanın, informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olduğu bir dövrdə idarəetmədə nə kimi dəyişikliklər baş verməlidir?
Bu suala verdiyimiz cavabdan çox şey asılıdır. Bu, həm Azərbaycan, həm də sizin Akademiyanız üçün, əslində, ən taleyüklü məsələdir. Əgər Akademiyanızın strukturuna nəzər salsaq görərik ki, sizdə paralel olaraq iki proses gedir. Bir tərəfdən, siz orta məktəbdən birbaşa buraya gələn gəncləri idarəetmə sistemində çalışmaq üçün bakalavr və magistr səviyyələrində hazırlayırsınız.
Digər tərəfdən, siz, eyni zamanda, ölkəmizin müxtəlif bölgələrində artıq idarəetmənin müxtəlif pillələrində təmsil olunan kadrların hazırlıq səviyyəsini artırırsınız. Məlumdur ki, onlarla iş formaları müxtəlifdir. Siz onları qısamüddətli təlim-tədris kurslarına cəlb edirsiniz və yaxud ikinci təhsil sistemi vasitəsilə onların hazırlıq səviyyəsini artırırsınız.
Bütün bu mərhələlərdə kollektiviniz kifayət qədər ahəngdar fəaliyyət göstərir. Lakin açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir.
Mənim yaxşı yadımdadır ki, sovet dövründə siz nadir tədqiqat mərkəzlərindən biri idiniz. Burada həm ciddi elmi araşdırmalar aparılır, həm də Mərkəzi Komitənin sifarişi ilə vaxtaşırı müvafiq sanballı analitik materiallar hazırlanırdı. Yəni, siz daim respublika rəhbərliyinə həm elmi cəhətdən, həm də idarəetməni daha düzgün təşkil etmək üçün kifayət qədər kömək və yardım göstərməyə qadir idiniz.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün yuxarıda göstərilən bütün sahələrdə Akademiyanın işi heç də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil olurlar. Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır. Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar.
Məlumdur ki, qloballaşma dövründə milli dövlət anlayışı özü-özlüyündə ciddi transformasiyalara məruz qalır. Axı, dövlət dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə tuturuq. İndiki dövrdə insan kapitalının, mədəni kapitalın və ümumən insan inkişafına qoyulan sərmayənin əhəmiyyəti kəskin surətdə artır. Bu, cəmiyyətin bütün üzvlərinə aid olsa da, mən xüsusi olaraq diqqəti məhz məmur şəxsiyyətinə yönəltmək istərdim.
Məlumdur ki, hər bir məmur müəyyən təhsil alır və bununla yanaşı o, ömür boyu təhsilini artırmalıdır. Fəaliyyəti üçün zəruri olan məlumat və bilikləri o, ya müstəqil şəkildə, ya da sizin Akademiyanın imkanlarından faydalanaraq əldə edə bilir. Yenə meydana çıxan çoxsaylı sualların mahiyyəti ondan ibarətdir ki, müasir məmurun məlumatlanması və ixtisaslaşması hansı meyarlar əsasında müəyyənləşməlidir?
Biz tez-tez sovet dövrümüzü xatırlayırıq. Sözsüz ki, sovet dövründə bizim kifayət qədər nailiyyətlərimiz və uğurlarımız olub. Dövlətin totalitar olmasına baxmayaraq, burada ideoloji buxovlarla yanaşı, insanların sosial müdafiəsi və maarifləndirilməsi, mədəniyyət proseslərinə cəlb olunması və digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı. O dövlət artıq tarixə qovuşubdur. Lakin insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil etmirlər.
Qloballaşma ilə bağlı çox vaxt deyirlər ki, dünyanın müxtəlif guşələri arasında o qədər sıx informasiya mübadiləsi var ki, elə bil biz hamımız qlobal bir kəndin sakinləriyik. Digər tərəfdən, bizim milli dövlətimiz, milli iqtisadiyyatımız və milli mədəniyyətimiz mövcuddur və qloballaşma ilə bağlı gedən proseslər bizi narahat etməyə bilməz.
Çox yaxşı yadımdadır ki, vaxtilə Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsi respublikada çıxan bütün qəzet və jurnalları oxuyub təhlil edirdi. Bir anlığa təsəvvür edin ki, kimsə bu gün mövcud informasiya axınını təhlil etmək istəyir. Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır.
Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi sadəcə olaraq yanlış məlumatlardır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək. İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var. Təəssüf ki, onlar ənənəvi tədqiqatlarla məşğul olan alimlərimizin diqqətindən kənarda qalıb. Akademiya da bu problemlərdən kənarda qalıb.
Bu gün Azərbaycanda əhalinin artımı müşahidə olunur və bu, sevindirici haldır. Lakin indi orta statistik Azərbaycan ailəsinin strukturu, onun tələbatı necə ödənilir, iqtisadiyyatda rolu, ailədə vəzifələrin bölünməsi necə aparılır? Bütün bunlar barədə bizim çox səthi məlumatımız var. Sosioloji sorğular, demək olar ki, keçirilmir. Cəmiyyətdə cərəyan edən müxtəlif proseslər alimlərin diqqətindən yayınır. Halbuki gözəl məlumdur ki, idarəetmə obyekti barədə kifayət qədər məlumat olmadan idarəetmənin özünün təşkili çox mürəkkəb məsələyə çevrilir.
Biz böyük qürur hissi ilə daim qeyd edirik ki, XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlıq ləğv olunub. Həqiqətən, qısa müddət ərzində respublikamızda orta məktəblər, universitetlər, texnikumlar, texniki-peşə məktəbləri şəbəkəsi qurulub fəaliyyət göstərirdi. Bu gün bu fəaliyyətin daha səmərəli təşkil olunmasına həm dövlət, həm də qeyri-hökumət təşkilatları diqqət yetirir. Hamımıza bu rəqəmlər məlumdur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsi böyük uğurla reallaşdırılır.
Bütün bunlarla yanaşı, diqqətinizi ona yönəltmək istərdim ki, biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik. Bu, çox mürəkkəb prosesdir. Burada mövcud problemlərə dair bir neçə konkret rəqəmi gətirmək istərdim.
Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi.
Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.
Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?
Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir.
Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik? Kimsə deyə bilər ki, postmodern dövründə, ümumən, əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?
Aydındır ki, bu məsələlər təkcə məni yox, bütün Azərbaycan ziyalılarını narahat edir. Bu narahatlıqdan qurtarmaq üçün lazımi fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir.
XX əsrdə Azərbaycan əhalisinin əsas hissəsi kənd yerlərində və ya xırda şəhərlərdə yaşayırdı. İndi bizdə şəhər əhalisi kəskin şəkildə artmaqdadır. Xüsusilə də Bakı şəhəri sürətlə inkişaf edir. Burada cərəyan edən iqtisadi və sosial proseslər gec ya tez təhsil, səhiyyə və mədəni sahələrdə problemlərə çevriləcək. Bunlara hazır olmaq üçün ciddi araşdırmalar aparılmalıdır. Əgər biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasının zəruriliyini dərk ediriksə, biz ümumən ölkədə insan potensialının strukturunu kifayət qədər dərindən təhlil etməliyik.
Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Bir tərəfdən, bu proseslər dünyada cərəyan edən iki tendensiyanı özündə cəmləşdirir. Məlumdur ki, müasir dövrdə biz fundamentalizm fenomeni ilə rastlaşırıq. Bu tendensiyanın tərəfdarları müsəlman, xristian və ya başqa bir dinin təmsilçiləri olmasından asılı olmayaraq iddia edirlər ki, öz dinlərinin ilkin, yəni, fundamental anlayışına qayıtmaq lazımdır. Digər tərəfdən, dünyada bu gün özlərini bu və ya digər dinin tərəfdarı elan edən insanlar Allaha inanır, lakin məbədlərə, məscidlərə, dini qurumlara müntəzəm şəkildə getməkdən imtina edirlər. Digər tərəfdən, dinin cəmiyyətdə rolu ilə bağlı vaxtilə Marks, Dürkheym, Veber və digər alimlər tərəfindən yaradılmış nəzəriyyələr bugünkü dünyada cərəyan edən prosesləri kifayət qədər dürüst izah edə bilmir.
Bir misal gətirmək istəyirəm. Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.
Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar. Aydındır ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə həm ənənəvi cəmiyyətə xas olan elementlər, həm modern, həm də postmodern dövrünün əlamətlərini tapmaq mümkündür.
Cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün, sözsüz ki, bugünkü cəmiyyətimizdə sosioloji sorğular aparılmalıdır. Lakin bunlar hansı metodika və metodologiya əsasında həyata keçirilməlidir? Burada etik, demoqrafik və digər meyarlar nə dərəcədə nəzərə alınmalıdır?
Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq. İlk növbədə ona görə ki, bu cavablar Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən DİA-nın təltif olunmuş bir qrup əməkdaşına “Tərəqqi” medalı və fəxri adların vəsiqələrini təqdim etdi.
Təltif olunanları təbrik edən akademik Ramiz Mehdiyev Akademiyanın potensialından səmərəli istifadə edərək azərbaycançılıq ideologiyasının fəlsəfi əsaslarını əks etdirən fundamental bir əsərin hazırlanıb nəşr etdirilməsi ilə bağlı tövsiyələrini verdi.
Fasilədən sonra işini davam etdirən iclasda Akademiyanın 15 illiyi münasibətilə Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Global Group” təşkilatının nümayəndəsi bu təhsil ocağına keyfiyyət sertifikatı təqdim etdi.
Sonda yubiley münasibətilə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Akademiyanın bir qrup əməkdaşına “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlar verildi.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM