Daha bir sual isə Rusiya və rusiyapərəst həmvətənlərimizədir. Rusiyanın “Arqumentı.ru” internet resursu ilk baxışda guya Azərbaycanın qüdrətləndiyini və hətta Rusiya Federasiyasını ötüb keçə bilmək iqtidarında olduğunu dırnaqarası sübut edən bir məqalə dərc edib. Xəzəryanı dövlətlərin Həştərxan sammitinin yekunlarını araşdıran müəllif Sergey Balmasovun qənaətinə görə, Azərbaycan dənizdə fəal silahlanır. Guya bizim hərbi dəniz donanmamız yalnız Rusiya Federasiyasına, o da belə də çox kiçik həcmdə uduzur.
Amma müəllifə görə bu da müvəqqəti ola bilər. Əgər Azərbaycan öz qüvvələrini modernləşdirsə 2016-cı ildə Rusiya Federasiyasının Xəzər Donanmasını da arxada qoyacaq. Müəllif daha bir neçə, mənbəyi şübhə doğuran məlumata əsaslanaraq irəli gedir, qəribə qənaətlərə gəlib çıxır. Mən onlar üzərində dayanmaq niyyətində deyiləm və həm də ona görə ki, məqalənin müəllifinin müraciət etdiyi bütün informasiyaların dəqiqliyinə şübhəm var. Çünki adam hələ bilmir ki, Yavər Camalov Azərbaycanın müdafiə sənayesi naziridir. Müdafiə naziri yox. Azərbaycanın hərbi imkanları və potensiyalı barədə məqalə yazan birisi ən azı nazirimizi tanımalıydı… Sözüm onda deyil. Məni narahat dən bu məqalənin yazılması, Rusiyada yazılması və buradakı incə qısqırtmaq üslubunun hiss olunması idi. Bəlkə də müqayisəm qüsurlu olacaq, amma bu təxminən bir zamanlar Birləşmiş Ştatların İraqda kütləvi qırğın silahlarının olduğunu iddia etməsinə bənzəyir. Olmayan bir şeyi dövlətin ayağına bağlamaq, sonra da bunu inkişaf etdirərək uzaqvuran nəticələrə gedib çıxmaq elə belə olmur. Bu məqalədə yazılanların ilk baxışdan bizim uğurumuza oxşaması isə yerli kütləvi informasiya vasitələrinin bəzilərini çaşdırıb. Dövlətinin gücü ilə qürrələnmək fürsətini qaçırmaq istəməyən həmkarlarımızı, vətəndaşlarımızı başa düşürük… Amma razılaşaq ki, bu məqalə sırf provakasiyadı. Orada Azərbycanla hərbi dəniz əməkdaşlığı etməkdə adları çəkilən dövlətlər də elə belə sadalanmır. Cəmi bir adı xatırladacam. Azərbaycanın silahlandırılmasına İsrail xüsusi maraq göstərir, yazılır. Və bunu yazan da, Azərbaycanda çap edən də yaxşı bilir ki, İran İslam Respublikası da Xəzəryanı dövlətdir və onun İsrailə xüsusi qıcığı var. Və bu məqaləni heç də hamı provakasiya saymır. Hətta saymaq istəmir.
Sizə elə gəlmir ki, Azərbaycan regionun Xəzərdə sualtı donanmaya malik yeganə ölkəsidir - deyə yazan müəllifin sualtı xətti çox uzağa gedir… Əlbəttə biz Azərbaycanın regionun ən qüdrətli dövləti, o cümlədən də su dövləti olmasını arzulayırıq. Prezident İlham Əliyevin müdafiə sənayemizin imkanlarını daha da artırmaq və bu sahədə bütün tələbatımızı ödəmək tapşırığı reallıqdır. Prezidentin Xəzərdə hərbi güclər bərabər olmalıdır, kursu da siyasi hədəflərimizi gizlətmək fikrimizin olmadığından xəbər verir. Amma dövlət ayağımızı dalğalarımıza görə uzadır. Daha Azərbaycanın adına Xəzərin dibində su pərilərin çalışdığı xüsusi laboratoriyalar, bu laboratoriyalarda qanadlı timsahlar buraxdığımızı uydurmaq da lazım deyil. İraq olsun, İraq uzaq deyil. Qulaqların kəsilib sonradan sayıldığı dövrdə yaşayırıq.
Hə, onu demək istəyirəm ki, Azərbaycanın sərhədlərini quruda, suda, havada olduğu kimi kütləvi informasiya vastələrində, televiziyada, radioda, internet resurslarında, yəni bizim fəaliyyət zonamıza daxil olan ərazilərdə də qorumaq lazımdır. Qəsdən və ya bilməzlikdən provakasiyalarda iştirak etmək məsuliyyət məsələmizdir. Yəni ya məsuliyyət daşımalıyıq, ya da bizi bu məsuliyyətə cəlb eləməlidirlər. Başqa yol yoxdur.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM