Ağlasığmaz olay Türkiyənin Batman şəhərində baş verib. Məlumata əsasən, 19 yaşlı Ç.K. bir il öncə şəxsiyyəti məlum olmayan biri ilə sevgi məcarası yaşayaıb. Səmimi münasibətdən sonra hamilə qalan Ç.K. ana olacağını ailəsindən gizləməyi bacarıb. İki gün öncə sancısı tutan gənc qız yaşadığı evin hamamında övladını dünyaya gətirib. Daha sonra isə gənc qız yenicə dünyaya gələn uşağı boğaraq öldürüb. Uşağın cansız bədənini sellefona qoyan qadın onu evdə gizlədib. Bir müddət sonra halı pisləşən qadın özü xəstəxanaya müraciət edib. Həkimlər ilkin müayinə zamanı gənc qızın yenicə doğuş etdiyin aşkarlayıb.
Həkimlərə həqiqəti etiraf edən Ç.K. daha sonra şəhər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Polisin axtarışı nəticəsində körpənin cəsədi evdə aşkarlanıb. Faktla bağlı araşdırma davam edir.//Teleqraf/