Strategiya.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı bir sıra mağazalarda nöqsanlar aşkarlanıb:
Sumqayıt şəhərində: 4-cü mikrorayon, 7/8 ünvanında Qafur Nəzirova məxsus mağazada;
Tovuz şəhərində: H.Əliyev prospektində Sevinc Bağırovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Sabunçu rayonunda: Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 ünvanında Abbas Abbasova məxsus mağazada;
Xətai rayonunda: Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 12A ünvanında Musa Abdullayevə məxsus mağazada;
Sumqayıt şəhərində: 8-ci mikrorayonda Məhərrəm Məmmədova məxsus mağazada;
Biləsuvar şəhərində: H.Əliyev küçəsində Elşən Əliyevə məxsus mağazada;
Sabirabad şəhərində: H.Əliyev prospekti, 96A ünvanında Daşqın Cəfərova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Xətai rayonunda: Babək prospekti, 10D ünvanında Elnur Həmidova məxsus mağazada;
Sabunçu rayonunda: Zabrat qəsəbəsində Fərqanə Rzayevaya məxsus mağazada;
Sumqayıt şəhərində: 1-ci məhəllə, M.Hüseynzadə küçəsində Günay Məmmədovaya məxsus mağazada;
Gəncə şəhərində: Vaqif küçəsi, 127 ünvanında Lətif Kərimiyə məxsus mağazada;
Tovuz şəhərində: H.Əliyev prospekti, 44 ünvanında Eldar Abdıyevə məxsus mağazada; Mərkəzi bazar daxilində Samir Orucova məxsus mağazada;
Sabirabad şəhərində: H.Əliyev prospekti, 37 ünvanında Cavad Həsənova məxsus yeməkxanada;
Qusar şəhərində: N.Şərifov küçəsində Mübariz Verdixanova məxsus mağazada;
Şabran şəhərində: H.Əliyev prospektində Təbriz Mirzəyevə məxsus mağazada;
Şəki şəhərində: Xətai küçəsində Mahir Qazıəhmədə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.