Şəmkirdə yas biabırçılığı

19:20 / 28.10.2014

Şəmkirdə icra hümayəndələri yas məclislərini dağıdır, ölü sahiblərinə divan tuturlar. Bu barədə ANS PRESS-in "qaynar xətti”nə rayonun Keçili kənd sakini Elnur Səfər oğlu Məsimov şikayət edib. Onun sözlərinə görə, dünən 62 yaşlı atası Səfər kişi rəhmətə gedib.
 
Elnur Məsimov deyir ki, qohum-qonşusuna rəzil olmamaq üçün ailə dünyasını dəyişən şəxs üçün ehsam məclisi təşkil etmək istəyirlər. Bunun üçün dana da kəsiblər. Lakin kənd bələdiyyəsinin sədri Vahid Verdiyev xəbərdarlıq edib ki, ehsan vermək qadağandır.
 
“Vahid müəllim deyir ki, əgər ehsan versəniz, gəlib yas məclisini dağıdacağıq. Qazanları aparacağıq. Mən təmtəraqlı ehsan vermək istəmirəm. İstəyirəm ki, halva-çörək, çay, xurma və dədə-baba qaydası ilə aş verək. Bunu qadağan etməklə müstəqil Azərbaycanda hüququmuzu əlimizdən alırlar”, - deyə Elnur Məsimov şikayətlənib.
 
Məsələ ilə bağlı kənd bələdiyyə sədri  Vahid Verdiyev bildirib ki, həqiqətən də, ehsan qadağası onun tərəfindən verilib.
 
“İcra Hakimiyyətindən mənə xüsusi tapşırıq verilib. Televiziyada qurumalarından da buna qadağa qoyulması barədə tapşırılıb. Halva-çörəyə razıyıq, versinlər. Amma aş vermək olmaz. Buna imkan verməyəcəyəm!”, - deyə Vahid Verdiyev bildirib.
 
Kənd bələdiyyə sədri ölü yiyəsinə məsləhət də verməyi unutmadı: “Getsin kasıblara kömək etsin. Körpü salsın, yol düzəltsin. Bunu etmir, gedib ehsan verir. Geniş şəkildə ehsanı verməyə qoymurlar. Bizə tapşırıq veriblər. Respublikanın hər yerində yas mərasimlərini qısaldırlar. Mən şikayətçiyə rəsmi sənəd də verəcəyəm ki, bu kənddə ehsan vermək olmaz”.
 
Məsələni aydınlaşdırmaq üçün Şəmkir rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Fəxrəddin Vəliyevin verdiyi məlumata görə, məsələ araşdırılacaq.
 
“Rayonun ağsaqqalları yığışıb, qərar veriblər ki, ehsanda təmtəraqlılıq olmasın. Sadə yas mərasimi keçirilsin. İndi problemi araşdıraram”, - deyə Fəxrəddin Vəliyev bildirib.
 
Əslində anoloji hadisələr hüzr mərasimlərində ehsan verilməsi ilə bağlı konkret standartlar müəyyənləşdirilməsindən sonra tez-tez baş verir. Lakin din xadimləri bunun yaxşı hal olmadığını bildirirlər. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənov açıqlamasında bildirib ki, dinimiz təmtaraqlı yas mərasimlərinin qurulmasının əleyhinədir. Onun sözlərinə görə, yas mərasimləri kifayət qədər sadə olmalıdır.
 
“Ehsan mərasimləri bəzi insanlar arasında rəqabət formasına çevrilir. Bu zaman da ehsanın əsl mahiyyətini unudurlar. Lakin bu məsələlərə hansısa inzibati yolla müdaxilə etmək də yolverilməzdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxışı zamanı bildirmişdi. Sadəcə tövsiyyə edilir ki, ehsan məclisləri sadə keçirilsin. Bu barədə Qazilər Şurasının də tövsiyyəsi var. Amma hansısa kobud müdaxilə yolverilməzdir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var. Bunu təkamül yolu ilə insanlara izah etmə yolu ilə həll etmək mümkün olar", - deyə Hacı Şahin bildirib.
 
Dövlət nümayəndələri isə məsələyə başqa aspektdən yanaşmağı lazım bilirlər. Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bunun ictimai sifariş olduğunu bildirib.
 
“Xalq həm toylardakı, həm də yaslardakı israfçılıqdan, bundan əlavə bəzi adamlar sərvətlərini nümayiş etdirmək hallarından beziblər. Hər zaman bəzi insanların qudurğanlığından, istər toylarda, istərsə yaslarda əndazəni aşmaqdan cana doyan insanlar etirazlarını bildirirdilər. Bu barədə 20 ilə yaxındır söz-söhbət gedir. İndi bu baxımdan qayda-qanun yaradılmağa başlanıb. Əhalinin 90 faizi bunun tərəfdarıdır. Burda qeyri adi heç nə yoxdur”, - deyə Sabir Rüstəmxanlı bildirib.
 
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, əslində yas mərasimlərində ehsan qadağan edilmir. Sadəcə israfçılığn qarşısını almaq üçün xüsusi nəzarət yerinə yetirilir.
 
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu barədə bildirmişdi ki, bu məsələyə tamam başqa formada, təbliğat yolu ilə xoşagəlməz vəziyyətin aradan qaldırılmasına çalışılır. Kimsə buna kobud şəkildə müdaxilə edirsə, bu yaxşı deyil. Yalnız təbliğat şəklində insanlara bildirilməlidir ki, israfçılığa yol vermək olmaz. Ehsanda halva-çörək hər zaman verilib. Çay verilib. Bir də, insanın ya rəhmətə getdiyi gün, yaxud hansısa məclisində bozbaş, ya da aş verilib. Ortalıqda ikinci, üçüncü yemək, meyvə, şirələr və s. verilməsinə ehtiyac yoxdur”, - deyə Fəzail Ağamalı bildirib.  /anspress/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM