Atalarını bitirən “avtoş” oğullar

09:00 / 29.10.2014

Biri maşınla adam öldürür, o biri sərxoş vəziyyətdə yola çıxır...

Son bir neçə ildə məmur övladlarının qudurğanlığı, avtoşluq hekayələri cəmiyyətin müzakirə mövzusudur. Elə ay olmur ki, hansısa yüksək çinli məmur övladının törətdiyi qəza, avtoxuliqanlıq, qanlı dava hadisəsi ilə bağlı mediada xəbər yer almasın. Artıq bu hadisələrin bəziləri məhkəmə iclaslarına daşınıb, bəziləri isə ciddi kriminal hadisə kimi arxivlərdə yer alıb. 

 
Bunlardan ən çox səs-küy törədəni heç şübhəsiz ki, 2013-cü ilin martında Bakı şəhərinin Suraxanı rayonunda, Zığ yolu şossesində baş verən ağır yol-nəqliyyat hadisəsi oldu. Hava limanı istiqamətində hərəkətdə olan “Mercedes Galendewagen” markalı minik maşını idarəetmədən çıxaraq Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və ailə üzvlərinin də içində olduğu “VAZ 2106" markalı minik maşınına çırpıldı. Qəza nəticəsində ”VAZ 2106" da olan sərnişinlər, xalq artistinin həyat yoldaşı Brilliant Abdullayeva hadisə yerində, azyaşlı nəvəsi Ağasəlim Abdullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdilər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
 
Araşdırma aparılarkən məlum olub ki, qəzaya səbəb “Mercedes”in sürücüsü Xalid Mədətovun həddən artıq sərxoş vəziyyətdə sükan arxasına oturması və sürət həddini aşması olub. Həmçinin o da aydın olub ki, qəza törədən Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra edən Mübariz Mədətovun oğludur.
X.Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib. 
 
***
2014-cü ilin aprel ayında Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayıldı. Araşdırma nəticəsində məlum oldu ki, avtomobilin sahibi Yevlax gömrüyü rəisinin oğlu, DİN-də işləyən Həsənov Turaldır.  Gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edildi və polis sıralarından qovuldu. 
 
Oktyabrın 15-də Bərdə rayonunda yol qəzası baş verib. Sürətlə hərəkət edən Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın şəhərin mərkəzi küçələrindən birində-6 saylı məktəbin qarşısında hərəkətdə olan “VAZ 21 015" markalı avtomobili arxadan vurub. Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb. ”VAZ 21 015"in sürücüsünün yüngül xəsarət aldığı bildirilir. Məmur oğlu rayonda avtoş kimi tanınır. Yerli polis hadisə yerində araşdırma aparır.
 
Qeyd edək ki, Nicat Məmmədov Bərdə rayon icra başçısının müavini İlham Məmmədovun oğludur. Hadisədən sonra o da postundan uzaqlaşdırıldı. 
 
Psixoloqlar sübut ediblər ki, varlı uşaqlarını ümumiləşdirən bir neçə cəhət var. Hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün varlı uşaqları özlərini həyatın mərkəzi hesab edirlər. Amma bununla paralel olaraq depressiyaya və özünü yükləməyə meylli olurlar. Narsizmi də bu siyahıya əlavə etmək lazımdır. Çünki onlar xarakterlərini guya ki, bu formada ifadə və sübut etməyə çalışırlar. Hətta bəziləri idmanda, elmdə və bəzi sahələrdə uğur nümayiş etdirsələr də, heç nədən razı qalmırlar.
 
Bu uşaqlardan ailələrinin də gözləntiləri böyükdür. Ailələri onları dünyanın ən yaxşı məktəbində oxumağa göndərir, hər şeyin ən keyfiyyətlisini, bahalısını alır, “olmaz” sözünü az qala gündəlik lüğətdən çıxarırlar. Amma bütün bunlar dost və sevgi əldə etməyə kifayət etmir. Varlı olmaq təkcə şampan içib, Chanel markalı geyimlər geyinmək deyil. Ekzotik səyahətlər, lüks və komfort da bu sözü yetərincə açmır.
 
Varlı olmaq eyni zamanda doymayan ruh, pik həddə çatmış eqolar, intriqalar, saxta dostluqlar da deməkdir. Daha çox qazanıb, hər zaman hər şeyin az olduğunu hiss etmək deməkdir, eyni zamanda. Hətta pul və gələcək qayğısının kasıblarınkından daha çox olması anlamına gəlir bu söz./musavat/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM