Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı, terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilərək həbs olunan azərbaycanlı Akif Sayadov saxta ittihamlarla həbs edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə “Olaylara”a açıqlamasında həbs olunan deputatın oğlu Fuad Sayadov məlumat verib.
Onun sözlərinə görə, Akif Sayadov şəxsi mübahisənin qurbanı olub: “Akif Sayadov son vaxtlar hüquq mühafizə orqanları tərəfindən iki dəfə şərlənməyə məruz qalmışdı. Rusiya Federasiyası Komi Muxtar Resrublikasının baş prokuroru Sergey Bajutov iki dəfə Akif Sayadova qarşı saxta ittihamlarla cinayət işi başladı. Atamın baş direktoru olduğu “Uxtaneftqazgeologiya” ASC-də yoxlamalar başlandı. Amma, heç bir sübut tapa bilmədikləri üçün cinayət işinə xitam verildi. Amma, prokuror yenə də onunla prinsipini davam etdirdi. Bu dəfə isə onu daha gülünc bir ittihamla təqsirləndirmək istəyirlər”.
Deputatın oğlu deyir ki, Akif Sayadova qarşı terrorçuluğu maliyyələşdirmə maddəsilə cinayət işi başlanıb. Bu ittiham isə həddindən artıq absurd sübutla əsaslandırılır: "İttihamda göstərilir ki, guya Akif Sayadov müsəlman ölkələrinə tez-tez səfər edir və bu müsəlman ölkəsi də Azərbaycandır. Atamın Azərbaycana tez-tez gəlməsi isə ailəmizlə bağlıdır. Çünki ailəmiz Bakıda yaşayır və atam da təbii ki, tez-tez ailəsinə baş çəkməyə gəlir. Atamın Azərbaycandan başqa heç bir xarici ölkəyə tez-tez səfərləri olmayıb və bunu istintaq da təsdiqləyir. Elə burdan da məlumdur ki, atama qarşı irəli sürülən ittihamlar tam saxtadır. Atam baş prokurorun sifarişi ilə həbs edilib və ona qarşı irəli sürülən ittihamlar da əsassızdır”.
Fuad Sayadov hazırda atasının səhhətindən də narahat olduğunu və onun həyatına təhlükə yarana biləcəyindən narahatdır: “Atam ağır xərçəng xəstəsidir və mütəmadi həkim nəzarətindədir. Son vaxtlar isə onun xəstəliyi daha ciddiləşib. Həbs olunduğu günə qədər o, 6 seans kimyaterapiya alıb. Bunu baş prokuror da bilir. Növbəti kimyaterapiya seansı isə noyabrın 2-də olmalı idi. Amma baş prokurorun sifarişi ilə o, oktyabrın 27-də bilərəkdən həbs edilib ki, o, müalicəsini yarımçıq qoysun. Əgər noyabrın 2-də atam kimyaterapiya olunmasa, əvvəlki seansların da heç bir xeyiri olmayacaq və atamın həyatı təhlükə altında olacaq. Atam oktyabrın 27-də qəfil ittihamlarla həbs edilib saxlanılıb və barəsində dərhal da həbs qərarı çıxarılıb. Artıq Rusiyanın bütün əlaqədar qurumlarına müraciət etmişik ki, heç olmasa istintaq dövründə atam xəstəxana tipli müəssisədə saxlanılsın və müalicəsi davam etdirilsin”.
Xatırladaq ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi də Akif Sayadova qarşı irəli sürülən ittihamları cəfəngiyat adlandırıb.
Qeyd edək ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib.
2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM