Məşhur sovet xokkeyçisi və məşqçisi Viktor Tixonov Moskva klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.
83 yaşlı Tixonov ağır xəstəlikdən əziyyət çəkir. Səkkizqat dünya çempionunda xəstəlik kəskinləşdiyindən o, xəstəxanaya yerləşdirilib.
Eyni zamanda əfsanəvi məşqçinin planlı tibbi müayinəsi keçirilir. Hazırda Tixonovun vəziyyəti sabit qiymətləndirilir.
Viktor Tixonov məşqçi kimi üçqat olimpiya çempionu (1984, 1988, 1992), 8 qat dünya çempionu və 13 qat SSRİ çempionudur. 1977-ci ildən 1996-cı ilə qədər o, Moskva MOİK-i ilə bərabər SSRİ yığmasının əsas məşqçisi olub. Əfsanəvi məşqçi daha sonra Rusiya millisini çalışdırıb. Onun nəvəsi kiçik Viktor Tixonov Peterburq SKA-sının şərəfini qorumağla yanaşı Rusiyanın əsas yığmasını hücum xəttində oynayır.
Viktor Tixonovun rəhbərliyi altında əfsanəvi SSRİ yığması 1978, 1979, 1981, 1982, 1983, 1986, 1989 və 1990 illərdə dünya çempionatlarının, 1978-1991 illərdə Avropa çempionatlarının və 1984, 1988 və 1992-ci illərdə üç dəfə olimpiadaların qalibi olub.
Qeyd edək ki, ötən il Viktor Tixonovun oğlu faciəli şəkildə vəfat etmişdi. Köhnə xokkeyçi Vladimir Tixonov bədbəxt hadisə nəticəsində yaşadığı 5-ci mərtəbədən yıxılaraq həlak olmuşdu (ANS).