Bakı sakinləri israfçılığa qarşı - Sorğu

15:41 / 31.10.2014

Bakı sakinləri ölkə rəhbərliyinin tövsiyəsi ilə israfçılığa qarşı başlanan mübarizəni müsbət qiymətləndirir.

Strategiya.az xəbər verir ki, “Rəy” Monitorinq Mərkəzinin Bakı sakinləri arasında keçirdiyi rəy sorğusunun nəticələri bu qənaətə gəlməyə əsas verib. 

Sorğunun üzə çıxardığı prinsipial vacib məqam ondan ibarətdir ki, əhali aparılan mübarizədən xəbərdardır: rəyi soruşulanların cəmi 5% bu barədə ilk dəfə eşitdiklərini, qalan 95% isə bu barədə məlumatlı olduğunu göstərib. Məlumatlı respondentlərin 75%-i israfçılığa qarşı mübarizə haqqında ilk növbədə televiziya və radiodan xəbər tutub. Hər beş nəfərdən biri isə bu barədə dostlardan, qohum-qonşudan eşidib. Bir sözlə bu mövzu aktualdır və paytaxt əhalisinin yetkin hissəsinin istəklərinə cavab verir. Sorğu nəticələrinin təhlili göstərir ki, hakimiyyətin bu təşəbbüsü cəmiyyətdə müsbət qarşılanıb və maraq doğurub. Bütövlükdə Bakı sakinlərinin 73%-i sözügedən mübarizənin zəruriliyini vurğulayıb. Anketin müvafiq sualına cavab verərkən, respondentlərin 46%-i «tam razıyam, axır ki, bu həyati vacib məsələdə qayda-qanun yaratmağa başladılar» cavabını seçib, 27% isə bu mübarizəni dəstəkləyib və haqlı olaraq qeyd edib ki, «bu, vacib və lazımlı bir işdir». Daha 12% israfçılığa qarşı tədbirləri bir şərtlə dəstəkləyir ki, «onlar qanun çərçivəsində aparılsın və məmurların özbaşınalığına rəvac verməsin». Yalnız 9% belə bir mübarizənin aparılmasının əleyhinədir. Onların fikrincə, «bu, hər kəsin şəxsi işidir və dövlət buna müdaxilə etməməlidir». «Mübarizə lazımdır, lakin əmin deyiləm ki, məhz belə aparılmalıdır» cavab variantını isə rəyi soruşulanların 4%-i seçib. Respondentlərin 3 faizi bu suala cavab verməkdə çətinlik çəkib və bu göstəricinin kiçikliyi onu göstərir ki, insanlar baş verənlərə biganə deyil. Bu həssas sahəni kimin tənzimləməli olduğu barədə suala verilən cavablarda diqqət çəkir. Bakı sakinlərinin əksəriyyəti (təxminən 60%) birmənalı olaraq bu sahənin əsas «tənzimləyici»si qismində dövləti görür. Qalan 40% respondent bu missiyanı Qafqaz Müsəlmanları İdarəsinin üzərinə qoyur. Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır. Bakı sakinləri «cümə axşamları»nın qeyd olunmasını «soyuq» qarşılayır. Bu yaxınlaradək norma kimi qəbul edilən bu mərasimin keçirilməsini indi 61% respondent vacib saymır. Bəzi yerlərdə keçirilən 52 mərasimini isə ümumiyyətlə əksəriyyət qəbul etmir. Rəyi soruşulanların 67%-i bu mərasimi vacib saymır və cəmi 7% bunun keçirilməsini mümkün və ya mütləq hesab edir. 

Vacib bir məqama diqqət yetirək: rəyi soruşulanların tam əksəriyyəti (89%) ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti). Bu təklifi 67% tam, 2% isə qismən dəstəkləyir. Bundan əlavə, məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi mollalara israfçılığa yol verilən məclislərə qatılmamağı məsləhət görüb. Bu məsləhətlər nəticə verirmi? Təəssüf ki, sorğunun nəticələri bu suala müsbət cavab verməyə imkan vermir: son iki-üç həftə ərzində israfçılığa yol verilən yas məclisində olmuş paytaxt sakinlərinin 55%-i həmin məclislərin mollaların iştirakı ilə baş tutduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin mollalara verdiyi bu tövsiyələrin israfçılığa qarşı mübarizəyə kömək edib-etməyəcəyi barədə suala verilən cavablara diqqət yetirək. Göründüyü kimi, cədvəldə bədbin cavablar üstünlük təşkil edir. 

Yeri gəlmişkən, «Rəy» Monitorinq Mərkəzinin intervyuerləri yas sahibləri adı altında bəzi mərasim zalları və məscidlərə də baş çəkiblər. Məlum olub ki, mərasim zalları yemək sifariş vermək istəyən şərti «yas sahibləri»nin məclislərini molla ilə təmin etməkdən imtina etdiyi halda, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərində vəziyyət bunun tam əksinədir. Məsçidlərdə açıq etiraf ediblər ki, onların «müştəriləri» üçün heç bir məhdudiyyət yoxdur və lazım olarsa, istənilən məbləğə ehsan süfrəsi açıb, məclisə molla göndərə edə bilərlər.

Şəxsi söhbət zamanı mollalardan biri hətta bildirib ki, artıq Həcc ziyarəti etdiyi üçün onun xidmətləri standart 50 manata deyil, avtomatik olaraq baha qiymətə başa gələcək. Eyni zamanda bələdiyyəyə məxsus mərasim evində xidmət göstərən mollalardan biri 2 min manat cərimələnmək təhlükəsi qarşısında ehsan məclisini aparmaqdan imtina edib. Bu yerdə respondentlərdən birinin dediyi skeptik bir fikir tam yerinə düşür. Onun fikrincə, yas mərasimləri sadəcə biznes deyil, böyük biznesdir. Məscidlər mərasim zallarının açılmasına külli miqdarda vəsait sərf ediblər və sadəcə tövsiyə, bəyanat və cağırışlarla bu işi yoluna qoymaq olmayacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM