Ana söyüşü, arvad-uşaq söhbəti, 1 bıçaq zərbəsi, 5 il türmə...

15:18 / 02.11.2014

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü İlqar Ələmdar oğlu Babayevin məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, İlqar Babayev 19 iyul, 2013-cü ildə Maştağa qəsəbəsində qonşusu Sərvər Quluzadə ilə dalaşıb. Dalaşma zamanı Sərvər Quluzadənin onun ünvanına ana söyüşü söyməsindən əsəbiləşərək ona bıçaqla zərbə endirib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən İlqar Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Sərvər Quluzadəni tanıdığını, uzun illərdir ki, onunla qonşu olduqlarını göstərib: “Ailəliyəm, himayəmdə iki azyaşlı övladım var. Fərdi işlərlə məşğul olmaqla ailəmi dolandırmışam. Yaşadığım evin həyətində gül əkib-becərir, həmin gülləri satıb çörəkpulu qazanırdım.

Sərvərlə aramızda heç bir narazılıq olmayıb. Son zamanlar Sərvər spirtli içki qəbul edir, küçəyə çıxır, pis, ağır söyüşlər söyürdü. Onun söydüyü söyüşlər mənim həyətimdə eşidildiyi üçün dəfələrlə Sərvərə iradımı bildirmişəm. Bununla bağlı aramızda bir neçə dəfə mübahisə düşüb.

Hadisə baş verən gün həyətimdən topladığım gülləri bıçaqla təmizlədiyim vaxt küçədən yenə də Sərvərin söyüş söyməsini eşitdim. Əlimdəki bıçağı yerə qoymağı unudub şalvarımın belinə keçirdim. Küçədə qarajın qarşısında dayanan Sərvərə yaxınlaşıb iradımı bildirdim. O isə iradıma məhəl qoymayıb söyüşlə “get filan et” dedi. Əl-qol atdığından yumruqla bir neçə dəfə Sərvəri vurdum. Bu zaman Sərvər rəhmətə getmiş anamın qəbrinə söydü. Əsəbiləşib bıçağı çıxartdım və bir dəfə zərbə endirdim. Həmin vaxt küçəyə çıxan qardaşım Vüqar qaçaraq gəlib bizim aramıza keçdi və mənim qolumdan yapışıb evə apardı.

Sərvərlə dalaşan zaman ətrafda heç kim yox idi. Sərvəri bıçaqla vurmaq, öldürmək niyyətim olmayıb. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş şəxs qismində dindirilən Sərvər Quluzadə İlqar Babayevlə heç bir düşmənçiliyi olmasa da üç il əvvəl aralarında mübahisə düşdüyünü deyib: “Mübahisəyə səbəb mənim digər şəxslərlə ağacın kölgəsində oturub söhbət etməyim olmuşdu. İlqar bizə yaxınlaşıb həmin yerdə arvad-uşaq keçməsi səbəbindən orada durmamağımızı tələb etmişdi. Bizim söhbət etdiyimiz yerlə İlqarın dalanının arasında on metr məsafə olub. Kənddə heç kim başını qaldırıb oradan keçən qadınlara baxmır. Aramızda buna görə dava düşsə də sonradan barışmışdıq, hətta birlikdə çörək də kəsmişik.

Sonradan hiss etmişdim ki, İlqar arvadını hər kəsə qısqanır. Ona görə də arvadının oradan keçərkən kənar şəxslərin orada olmasını istəmir. Onun arvadı şəhər qızı olduğundan şəhərə uyğun paltarlar geyinirdi. Mən bu məsələni İlqara deyəndə münasibətlərimiz pisləşdi”.

Zərərçəkmiş şəxs son zaman spirtli içki qəbul edərkən özü-özünə söyüş söydüyünü etiraf edib: “Axır vaxtlar pivə içir, öz-özümə söyürdüm. Hadisə baş verən gün İlqar mənə iradını bildirəndə dedim ki, get işinlə məşğul ol. Mübahisəmiz davaya çevrildi. Əsəbiləşib İlqarın ata-anasının qəbrini söydüm. O da bıçaqla məni vurdu. İlqarın qardaşı Vüqar məni xəstəxanaya apardı. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulan qaydada cəzalandırılmasını məhkəmədən xahiş edirəm”.

Məhkəmənin hökmü ilə İlqar Babayev 5 il müddətinə azadlıqdan məhrum edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM