Emil Salamoğlu
“Tükürpədici ədəbiyyat” və başkəsən TV
Ötən həftə 20 yaşlı qızın bacısının boğazını kəsərək amansızlıqla öldürməsi Azərbaycanda ədəbi ictimaiyyətin də boynuna biçilməli günahıydı. Necə? – elə. Ondan ki, televiziyanın gecə-gündüz ifrat aqressiya püskürməsinə, sıravi ailələrin yatağına və mətbəxinə girməsinə qarşı bir kəlmə də olsun kəsmədilər.
Efir, sanki Hötenin “Gənc Verterin əzabları” olmaq öhdəliyi götürüb və ədəbiyyatın müqavimətsizliyindən əl-qol açıb, “at oynadır”. Necə ki “Gənc Verter”i oxuyan hər 10 yeniyetmədən yarısı intihara əl atırdısa, bu gün televiziyanın da qətllərin rəngarəng olmasında aparıcılığı var.
TV artıq şok terapiyası keçirməkdən koma vəziyyətinə düşüb. Qətl hadisələrinin “müdhiş”, “şok”, “inanılmaz” epiteti, cinayət hadisələrinin metaforası potensial qatilə seçim azadlıqları verir. Və televiziyaya qarşı yumruq kimi birləşməyən “ədəbi ordu” ən son dərəcəli problemlər üçün toy, yas mərasimlərinin təşkili mövzusunda bir araya gələ bilir.
***
Nə bacısının başını kəsən, nə anasını boğub öldürən, nə Goranboyda yeddi nəfəri yer üzündən silən şizofrenik ədəbi ictimaiyyətin tükünü tərpətdi. Hərçənd, müasir ədəbiyyatı bu hadisələr narahat etməyə bilməz – cəmiyyət kanniballaşır.
Hötenin kitabına Avropada uzun müddət qadağa qoyulması da gənclər arasında geniş vüsət alan intiharların səngiməsinə təsir etdi. Mədəniyyət, incəsənət, ədəbiyyat kluarlarında dolaşanların da çağırışı telekanalların bu səpkidə verilişləri yığışdırması olmalıydı, olmadı.
Adətən cəmiyyətin intellektual, ziyalı təbəqəsi (?) xalq böhran içində olanda həyəcan təbili çalır. Azərbaycanlı “aydınların” isə başı və yazıları hələ toy-yas işlərinə, zifah gecəsi haqda “mentalitet dağıdan” olmağa qarışıb. Ola bilsin ki, Çexovun “Altı nömrəli palata”sı, yaxud da Mirzə Cəlilin “Dəli yığıncağı” aramızdadır. Ədəbiyyat isə böhranlı toplumlarda ya maarifçi xətt, ya da üsyançı yol tutur. Bizdə, deyəsən, dedi-qodu, qeybət “ədəbiyyatı” yaranır.
***
Ədəbiyyat – idealistlərlə karyeristlərin toqquşduğu səngərdir. İkincilərin ömrü və tarixdə qalması nonsensdir. İdealizm isə həmişə ədəbiyyatı və müəllifi xilas edib. Çünki idealist mövzular bütün zəmanələr və nəsillər üçün aktual, mübahisəlidir.
Kommersiyaçılıqdan uzaq, məişət həyatından qaçan, populist çıxışlar etməyən, öz hücrəsinə çəkilib kimsənin “bostanına daş atmadan” yazanlar ədəbiyyatın zirvəsində dayanır. Selincerdən tutmuş günümüzdə bəzi istisnalara qədər..
Yalnız ədəbiyyatda hər hadisəyə idealist baxış müəllifi meşşan təfəkkürdən azad edə bilir. O halda 20 yaşlı qızın bacısının başını kəsməsi hər nə qədər kriminal hadisədirsə, bir o qədər də bədii estetika axtarışına çıxmaq lazımdır. Yəni ədəbiyyatda qətli, güllələnməni, edamı necə fokuslaşdırmaq olar?
***
Fransız yazıçı Prosper Merime qədər məni novella janrında heyrətləndirən ikinci nasir olmayıb. Onun “Mateo Falkone” novellası bir dostluq fəlsəfəsi kimi bir xəzinədir. Matteo, xanımı Cüzeppa və yeganə oğlu Fortunato ilə kiçik bir kənddə, sakit həyatı tərzi sürür. Ona nə dəyib-dolaşan var, nə də mühitin eybəcərlikləri ilə üz-üzədir.
Lakin günün birində bu hüznlü həyat alt-üst olur. Matteonun dostu, həbsdən qaçan siyasi məhbus Cannettonun onların kəndində gizlənməsi ilə bütün sakitliyi pozur. Onun gəlişi Matteonun ailəsində faciəyə səbəb olur.
Cannettonun əsgərlərdən qaçaraq gizləndiyi yeri Matteonun oğlu Fortunato görür. O, kəndə gələn silahlıların şirnikləndirici təklifinə görə atasının dostunu satır. Fortu bahalı saat müqabilində fərari məhbusu düşmənə ələ verir.
Merimenin bu ssenarisinə Nodar Şaşıqoğlunun baş rolda oynadığı film də çəkilib. Matteo dostuna qarşı bu xəyanəti bağışlamayaraq, oğlunu güllələyir. Bu, dostluğa sədaqət nümunəsindən əlavə, xain övladın böyüməmişdən məhvinə fərman verməkdir. Ata, belə oğul görmək istəmir.
Merime, bir ailənin daxilində yaşanan dramı elə ustalıqla yaradıb ki, bu gün Azərbaycanda ailədaxili qətllərin fövqündə dayanan bir idealist taleyi gözümüzün qabağında canlanır.
***
“Zərəri yoxdur, ata… Mən ölə bilərəm. Sən səbir elə. İnək doktoru olma, ata…”. Nazim Hikmət “Kəllə” mənsur pyesində vərəmdən ölümcül vəziyyətdə olan qızın qiyamını təsvir edib. Doktor Dalbanezoya yalvaran qızcığaz, atasının məkrli, pulgir adamlara təslim olmasını istəmir.
O, ölümünə razıdır, atasının dünyanı vərəmdən xilas edəcək kəşfinin məhvinə isə yox. Doktor Dalbanezo serom şüşəsində vərəmdən qurtuluş dərmanı hazırlayır. Evində ac-susuz, soyuq, zülmət otaqda yaşayan ata-bala taleyin acı hökmünə boyun əymir.
Dalbanezoya maddi sıxıntılardan canını qurtara bilmək üçün laboratoriyada inəklərə baxmaq, müalicə təklif olunur. Ona seromun tətbiqi qadağan edilir. Yalnız altı ay sonra buna icazə var. Həkimin ilk işi isə inəkləri sağaltmaqdır. Xəstə yatağında olan qızını sağaltmaq üçün dərmanı serom şüşəsinə altı ay sonra töksə, iş-işdən keçmiş olacaq – qızcığaz ölə bilər.
Amma səfil gündə yaşayan alim kommersantlarla razılaşır. Laboratoriyada isə gizlicə qızına serom şüşəsinə dərman hazırlayanda Paolina içəri daxil olaraq şüşəni yerə vurub sındırır, müqavilə şərtlərini pozmaqda ittiham edir. Vəssalam.
***
Dalbanezo işdən atılır, ac-yalavac qalır, həbsə göndərilir, məhbəsdə isə yaddaşını, ağlını itirir. “Kəllə” vecsiz, sərsəri birinə çevrilir. Həbsdən çıxanda isə vərəmdən qan qusan qızı çoxdan dünya ilə vidalaşmışdı.
N.Hikmət pyesdə Dalbanezonun bir ailənin faciəsini böyük məharətlə təsvir edib. “Kəllə” günün birində olur – sirkdə qəfəsə salınmış sərsəri. Sirkə gələnlər ona qəfəsdə baxıb gülürlər, yalnız fahişə bir qadın ona “yazıq doktor” deməklə ürəyi yanır.
Dalbanezo “Nəfəs ala bilmirəm, qulağıma səslər gəlir. Qımıldanma, qızım…” deyərək dizləri bükülür və sirkdə qəfəsdə barmaqlığa sarılaraq ölür. Sirkin gözətçisi onun kəlləsini meyitxanada həkimə 65 dollara satır: “Mal istəyirdiniz, bu da mal. Hərif, bəlkə də, dahi imiş, kim bilir?...”.
Nazimin kəsilən “Kəllə”si ilə Bakıda başı kəsilən bacının fərqi ondadır – bir ziyalı idealizm yaradır, biriləri isə buna baxıb keçirlər – toy söhbətlərinə… /kult.az/
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM