Azərbaycanlı aparıcıdan etiraf: “Ərim o qədər içirdi ki…” - Foto

10:18 / 03.11.2014

AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın “Telefilm” yaradıcılıq birliyində aparıcı redaktor kimi çalışan Sevda Ağazadə Modern.Az saytına müsahibə verib. Gecce.az həmin müsahibəni təqdim edir:

 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşam. 7 yaşıma qədər Balaxanıda yaşamışıq. Sonra təhsilimi Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişəm. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşam. Ümumiyyətlə “AZİ” bizim ailə üçün çox müqəddəs yerdir. Anam, dayım, qardaşım, bacım, mən, oğlum oranı bitirmişik. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürüldüm. Orada 5 il işlədim. Sonra eşitdim ki, AzTV-də müsabiqə var. Nərgiz Cəlilova ali məktəbdə məndən bir kurs aşağıda oxuyurdu. Gördüm, Nərgiz efirdədir, zəngləşdik.



- Onda ailəli idiniz?

- Bəli. 1984-cü il idi, yenicə ailə qurmuşdum, körpə uşağım var idi. Nərgiz dedi ki, “bura çox çətindir, gəlmə”. Yoldaşım da dedi ki, “körpə uşaqla işləyə bilməzsən”.

- Yəqin ki, bir az da gəncliyinizə, görünüşünüzə güvənirdiniz.

- Məktəbdə həmişə birinci olmuşam, tədbirləri aparırdım. Nəisə, radioda 300 nəfərin iştirakı ilə üç turdan ibarət müsabiqə başladı. Üzümüzü görmədən səsimizi bəyənirdilər. Son tura 7 nəfər qaldıq və onların arasından mən seçildim. İki ay radioda işlədim. Çox xoşuma gəlirdi. Elə bil həyatım idi mənim.

- Deyəsən o vaxt sədr Elşad Quliyev idi...

- Bəli, o, səsimi eşidib mənimlə maraqlanmışdı. Elşad müəllimə də radionun direktoru Zöhrab müəllim demişdi ki, “çox kifir bir qızdır”.

- Niyə?

- Məni buraxmaq istəmirdi. Çünki radioda hamısı yaşlılar idi. Elşad müəllimlə tanış olanda Zöhrab müəllimi zəng vurub çağırtdırdı. Elə oradaca məlum oldu ki, Zöhrab müəllim Elşad Quliyevi “aldadıbmış”. Nailə İslamzadə, Nərgiz Cəlilova, Aygül Qaradağlı, Ülkər Quliyeva məndən bir az əvvəl televiziyaya gəlmişdilər. Ondan sonra televiziya fəaliyyətim başladı.

- Bəs uşağa kim baxırdı?

- Onda uşaq artıq böyümüşdü, dayəsi də var idi. 1985-ci ilin mart ayının 10-da Natəvan Hacıyeva məni tamaşaçılara təqdim elədi. O vaxt köhnə diktorlar yeniləri tamaşaçılara təqdim edirdilər. İki cümlə deməliydim. Amma sözlər yadımdan çıxdı. Qarşımdakı vərəqə baxıb vəziyyətdən çıxdım. Rafiq Hüseynov da demişdi ki, həyəcanlanmayan diktordan diktor çıxmayacaq. Bu sözlə özümə toxtaxlıq verirdim.

- Yəqin ki, çox maraqlı illər idi.

- Kollektiv çox gözəl idi. O mehribançılığı sonra heç yerdə görmədim.

- Fəxri ad aldınız?

- Yox.

- Niyə?

- Məndən soruşursunuz?

- Siz daha yaxşı bilərsiniz.

- Bilmirəm. Amma 30 ildir işləyirəm və məncə işimdən razıdırlar. Bu barədə heç vaxt maraqlanmamışam.

- Maraqlı deyil?

- Maraqlıdır, amma maraqlanmamışam. Bu xasiyyətim olmasaydı, yəqin, işlərim daha yaxşı olardı. Özümə görə ağız aça bilmirəm.

- Yəqin ki, bəyənənlər, elçi düşənlər də olurdu...

- Elə şeylər çox olub. Zəng edib maraqlanırdılar, yolda tanıyırdılar. Təəccüblüdür ki, neçə ildir efirdə görünməsəm də, yenə tanıyırlar.

- Efirdə olanda özünüzə müəyyən qadağalar qoyurdunuz?

- 15 il xəbərləri oxumuşam. Bu müddət ərzində soyuq, şor, turş yeməmişəm, tum çırtlamamışam. Axşam xəbərlərinə çıxanda bilirdim ki, əhalinin 90 faizi baxır. Həmişə efirə yarıac çıxmışam.

- Niyə yarıac?

- Axşam saat 6-da işdə olmalıydıq, 8-də “Xəbərlər” başlayırdı. Günorta yeməyinin üstündə efirə çıxırdım. İstəyirdim ki, rahat nəfəs alım. Bəzən efirin gedişatında material gəlirdi, rejissor əli ilə göstərirdi ki, bunu da oxumalısan.

- Diktorlar tez-tez çətin vəziyyətlə qarşılaşırlar. Sizdə belə hallar olubmu?

- Neçə dəfə lampa partlayıb üstümüzə. Hətta bir nəfər efirdə qışqırıb ki, “oy qorxdum”.

- Kim?

- Yox, onu deyə bilmərəm. Bu gülməli ola bilər, amma kiminsə də qəlbini sındırar.

- Nizami Xudiyev sədr olandan sonra efirdən uzaqlaşdınız sanki...

- Əvvəlcə mənə qarşı münasibəti çox yaxşı idi. Sonra nə baş verdi, bilmədim.

- Deyilənə görə, onun sevimli kadrları var idi. Niyə o sevimlilərdən ola bilmədiniz?

- Mütləq olmalıydım? Əslində bilirəm e nə soruşursunuz (gülür). Mən qapı döyməmişəm və bacarmıram da.

- Onda belə soruşum: o sevmlilərin siyahısına düşə bilərdiniz?

- Xudiyev sədr təyin olunandan sonra onunla ilk dəfə qarşılaşmağım çox gözəl yadımdadır. Mən studiyada verilişi təqdim edirdim, o, mənimlə tanış olmağa gəldi. Sədr olsa da, bütün diktorlarla belə tanış olmuşdu. Hətta bir dəfə bayramda otağımıza iri gül çələngi göndərmişdi. Biz də dedik ki, nə yaxşı, diktorlara maraq və hörmət var.

- Və sonra sizi efirdən uzaqlaşdırdılar?

- Məni heç kim efirdən uzaqlaşdırmayıb. Əvvəlcə axşam xəbərlərini mənə vermədilər. Halbuki, 1985-ci ildən 2000-ci ilə qədər əsas xəbərləri oxumuşam. 2000-ci ildə mənə dedilər ki, “Xudiyev deyir, sənin səsin xəbərlərə yaraşmır, gündüz xəbərlərinə gəl”. Axırda gündüz xəbərləri də məndən alındı. Mənə görə “Həyatın bir anı” verilişi açıldı. Rəhmətlik Əhməd Aşurbəyovdan sonra kino redaksiyasına Roza Tağıyeva rəhbər gəldi.

- İndi köhnə kadrlardan kimlərlə əlaqəniz var?

- Roza Tağıyeva, Ofeliya Sənani, Tamilla Ələkbərova, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə ilə yaxşı münasibətlərimiz var.

- Deyəsən, Roza Tağıyeva da AzTV-dən uzaqlaşıb.

- Hərdənbir radioya çağırırlar, gəlir, mətn oxuyur. Bizdən sonra gələnlərdən Aynur Əliyeva ilə çox yaxşı münasibətim var. İndi Türkiyədədir.

- Amma ola bilməz ki, bu 30 ildə kollektivdə inciklik olmasın.

- Məndə belə şey olmayıb.

- Deyirlər ki, AzTV çox böyük məktəbdir. Amma hər adam da orada işləyə bilmir.

- Mənə elə gəlir ki, başqa yerdə işləyə bilmərəm. Hətta dəvətlər də olub. Orada öz işimi bilirəm, insanları tanıyıram, görürsən ki, sənə münasibət yaxşıdır. Digər telekanallardakı vəziyyəti eşidirəm də.

- AzTV-də məvaciblər yenə aşağıdır?

- Mən 10 il Xudiyevin vaxtında həmişə aşağı maaş almışam.

- Bəs digərləri?

- Başqalarını bilmirəm, mənim maaşım kəsilib. O gələndə maaşım yaxşı idi.

- Yadınızdadır, 1996-cı ildə nə qədər əməkhaqqı alırdınız?

- Bizdə maaş idi və kim veriliş aparırdısa, qonorarını alırdı. Deyəsən, o vaxt 40 “şirvan” alırdım. Düz üç il elə dolanmışam. Oğlum ali məktəbdə oxuyurdu, illik 350 dollar ödəyirdim. Günümə indiki pulla 2 manat 50 qəpik düşürdü. Bir gün bir neçə qəpik qənaət edəndə sevinirdim. Sonra oğlum ilk kursdan işə girdi, tədricən vəziyyətimiz düzəldi.

- Yeri gəlmişkən, oğlunuz hansı sahədə çalışır?

- Neft sahəsində. O tələbə vaxtından işləyib qazanıb.

- İndi vəziyyət necədir?

- Roza xanım çıxandan sonra baş rejissorumuz Siyavuş Məmmədov kino redaksiyasına rəhbər gəldi. Onunla ilk söhbətimizdə məvacibimi soruşdu və dedi ki, bundan bir neçə dəfə yüksək əməkhaqqı alacaqsan. İlk dəfə maaşımı əlimə alanda təəccübləndim. İndiki pulla 180 manat almışdım. Siyavuş müəllim hazırda “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş direktorudur. Bunu ölənə kimi deyəcəyəm. Ondan sonra ərzaq mağazısına olan borclarımı verdim. Bir sözlə, Siyavuş Məmmədov həyatımı dəyişdi.

- Hazırda əməkhaqqınız nə qədərdir?

- Məni qane edir. Bilirsiniz niyə demirəm? Çünki həmişə eyni olmur. Bəzən ayda 1, bəzən 4 veriliş təhvil verirsən. Oğlumla bir yerdə yaşayıram. Nə onlar mənə möhtacdır, nə də mən onlara.

- Bu sual həmişə insanlar üçün maraqlıdır. Nəyə görə həyatı televiziyaya bağlı olan qadınların əksəriyyətinin ailə həyatı uğursuz olur?

- Əvvəldə dediyim kimi, həyat yoldaşım televiziyada işləməyimi istəmirdi. Televiziyaya gəlməzdən öncə bilirdim ki, biz boşanacağıq. Bəziləri deyirdilər ki, televiziyaya gəldi, yoldaşını bəyənmədi. Evin içini bilmirdilər axı. Mənim televiziyaya gəlməyim boşanmağımıza bəhanə oldu. Hətta yoldaşıma görə işdən çıxdım. O şərt qoydu ki, mən işdən çıxım, mən də şərt qoydum ki, hər gün içməyəcəksən. Təsəvvür edin, Neft Akademiyasında dərs keçir, hər gün də içki içir. Amma məni incitmirdi. O dərəcədə içirdi ki, uşağı əlindən salırdı, səhər işə gedə bilmirdi.

- Deməli, bir dəfə işdən çıxmısınız...

- İlyarım işləyəndən sonra ərizəmi yazdım, çıxdım. Elşad müəllim dedi ki, “istəyirsənsə, lap gecə növbəsinə çıxma”. Dedim ki, “yox e, ailəmi işimə qurban verə bilmərəm”. Ayyarımdan sonra mənə dedi ki, “sən ora qayıda bilməyəcəksən və mən içməyimə davam edəcəyəm”.

Ümidsiz şəkildə AzTV-nin o vaxtki direktor müavini Fuad Vəlixanova zəng vurdum, qayıtmaq istədiyimi dedim. Dedi ki, “qoy Elşad müəllimlə danışım”. Zəng vurdu ki, “indi gələ bilərsən?”. Qulağıma inanmırdım. Getdik Elşad müəllimin yanına, durdu ayağa mənimlə görüşdü. Heç elə bil o ərizəni yazan mən deyildim. Məhz o günü televiziyaya gəldiyim gün hesab edirəm. Onların mənə o cür qiymət verməyi hec yadımdan çıxmır.

- Necə oldu ki, boşandınız?

- O boşanmağımıza hər cür mane olurdu. 1986-cı ildən 1990-cı ilədək - boşandığımıza qədər bir evdə yad insanlar kimi yaşayırdıq.

- Sizcə, indiki teleaparıcılarda nə çatışmır?

- Bəzilərində tələffüz, bəzilərində görünüş çatışmır. Səmimi olmaq istəyirlər, amma bilinir ki, sünidirlər.

- Məsələn?

- Yadımda qalmırlar. Aparıcı zəng vurur ki, mənimlə məşğul ola bilərsiniz? Yadıma sala bilmirəm.

- Kimi bəyənirsiniz?

- Səxavət Nuru. O bizim aparıcılardan fərqlənir. Efirə çıxanda hiss edirsən ki, fikri özündə deyil. Aparıcılar efirə çıxanda düşünür ki, necə edim, necə görünürəm. Tərəf-müqabili ilə çox səmimidir. Səxavət mənə Rusiya və Türkiyə aparıcılarını xatırladır, səmimiyyətini bəyənirəm. Bu hər adamda yoxdur. Məsələn, Nəsimi Nəbizadə anadangəlmə diktordur. O özünə aparıcı kimi də arxayındır yaxşı mənada. Nəsimi vergidir də. Səs tonu, tərz, özünəarxayınlıq.

- Son dəfə hansı kino xadimi haqda veriliş, yaxud film çəkmisiniz?

- Siyavuş Aslan haqda. Rafiq Əzimov haqda da olacaq.

- Teleməkanda bəyəndiyiniz veriliş var?

- Başqa kanallara baxmağa vaxtım yoxdur. Amma “Səni axtarıram” verilişi çox böyük iş görür. Digər telekanallarda çox savadsız titrlər gedir. Ona görə kanalı çevirirəm.

 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM