Əsas xəbərlərə keçməzdən əvvəl sizə bir gözaydınlığım var. Sən demə, Azərbaycanda nəşr olunan qəzetlərdən birində “Həftəbecər” adlı rubrika varmış. Açığı, xəbərim yox idi. Təbrik edirəm, lap əsgərlik yaşındadır. Amma niyə indiyə kimi belə bir rubrikanın varlığından xəbərsiz olmuşam, onu bilmirəm. Ona görə də rubrikamızın adını “haftabecər”, “heftebecər” formasında görsəniz, türklər demiş, şaşırmayın. Məhkəmədən yayınmaq üçün belə edirəm. Birdən həmin rubrikanın müəllifi təzminat davası-zad açar, batarıq...
Bunu da yazım, keçək geridə qalan həftənin xəbərlərinə. O gün bir yaxın adam deyir ki, niyə həmişə qadın müğənnilərə “ilişirsən?” Belə başa düşdüm ki, kişi müğənnilərə “ilişməyə” cəsarətimin çatmadığını düşünüb. Uzun çək-çevirdən sonra, nəhayət, ortaq məxrəcə gələ bildik. Kənd avtobusu çatdı dadıma, vəziyyətdən çıxa bildim. Yoxsa həmin adam fikrində qalacaq və məni yenə də cəsarətsiz hesab edəcəkdi. İndi həmin misalı bir də çəkirəm, əgər oxucularımız arasında da belə düşünən varsa, aydın olsun. Dostlar, təsəvvür edin ki, qadın müğənnilər kənd avtobusudur (təbii ki, istisnalar hər zaman mövcuddur). Kənardan bir nəfər gəlib həmin avtobusun təkərini partladır, şüşəsini sındırır, əzir... Bütün kənd tökülüb adamı əzişdirər. Bilirsiniz niyə? Çünki o kənddə həmin avtobusu minməyən adam qalmayıb. Yəni insanlar avtobusa bir vəfa borclarının olduğunu və heç olmasa, həftədə bir-iki dəfə ona mindiklərini əsas gətirərək, adamı daş-qalaq edərlər. Nə olsun ki, pulunu verib minirlər. Birdən o avtobus olmasa, pul onları lazım olan məntəqəyə çatdıra biləcəkmi? Əsla yox. Müğənni qadına “ilişmək” də təxminən elə bir şeydir. Hansınasa bir kəlmə söz deyəndə, ən azı, 7-8 kişi adama zəng vurur. Biri 1999-cu ildən bayaq dediyim avtobusun “ilk sərnişinidir”, biri hazırda həmin avtobusun xidmətlərindən istifadə edir, kimsə hələ avtobusa minə bilməyib, amma indidən xəyallar qurduğuna görə sənə qarşı aqressiv mövqe sərgiləyir.
Bilmirəm, bir şey izah edə bildim, ya yox, amma edə bilmədimsə də, həftənin əsas xəbərlərinə keçməliyik...
Rəqqasə Aytən tabloid.az saytına müsahibə verib. Deyib ki, kişilərə lazım deyiləm. Xeyirli olsun!..
Müğənni Sevda Yəhyayeva da buradan basa-basa durub gedib Antalyaya eşşək minməyə. Şəklini də “Instagram”da paylaşıb. Eşşək minməkdə ayıb bir şey yoxdur. Amma ondan düşməyi el-obamız ayıb sayır. Həm də ki, necə deyərlər, eşşək minmək üçündür. Elə bayaq dediyim avtobus da həmçinin. Amma eşşəyə tərsinə minmək bir az nəsə yaxşı görünmür. Çox dərinə getmək istəmirəm...
Teleaparıcı Mikayıl Güləddinoğlunu həmkarları təkləyiblər. O da saytımıza müsahibəsində deyib ki, niyə məni həzm edə bilmirlər, bəyəm mən erməniyəm?..
“Azəristar”da arıq bir qız var idi - Kəmalə Qaramollayeva. Oxudu, dayandı, sonra yenidən sənətini davam etdirdi, axırda da ərə getdi. Allah xoşbəxt eləsin. O gün “Hər şey daxil” verilişində qonaq olub. Deyib ki, müğənnilik sərf eləmir, biznes “xoroşo”. Bəs oxumayacaqdınsa, camaatı dolamışdın? Milyonlarla pərəstişkar sənin xalq artisti olacağın günü səbirsizliklə gözləmirmi? Bu cür insafsızlıq olmaz, Kəmalə Qaramollayeva!..
Günlərin birində Əlikram Bayramov şəhərin harasındasa “KamAZ” sürücüsü qismində qarşınıza çıxsa, təəccüblənməyin. Sitat:
“Hər zaman müğənnilikdən pul qazana bilmərik. İlin neçə ayı toy olmur, gəlir götürmürük. Ailəni saxlamaq lazımdır. Bir dəfə mənə sual verdilər ki, müğənni olmasanız, hansı peşəni seçərdiniz? Dedim, müğənni olmasaydım, "KamAZ" sürərdim. Əsl kişi peşəsidir. Hərçənd mən universitet bitirmişəm, mühəndisəm”.
Amma öz aramızdır, əla olardı. Özü də Əlikramın mahnı düzüb-qoşmaq qabiliyyəti də var. “Əsrin gözəli”nə nəzirə kimi bir dənə də “Əsrin “KamAZ”ı” mahnısı yazırsan, olur full...
Fədayə Laçın da deyib ki, nə qədər canım sağdır, qısa geyinəcəyəm: “Hər zaman yaraşan libasdan istifadə edirəm. Daha çox qısa geyinirəm. Kimsə qısa geyinməyimə bir cür baxa bilər. Amma yaraşır... Axır vaxtlar şalvardan çıxmışam. Fərqli tərz seçmişəm”.
Fədayə xanım gözəl səs sahibidir, hətta öz tay-tuşları arasında sənətkar adlandırıla biləcək 3-5 müğənnidən biridir. Amma Fədayə xanımın ürəyi xəstə vətəndaşlarımızı nəzərə almamağı şəxsən məni dərin təəssüf hissinə qərq etdi. Sabah bir gözü götürməyən yazacaq ki, Fədayə Laçın Bakıya ürək dərmanı gətirən iş adamıyla şərik işləyir. Yenə də çox dərinə getməyək...
Əməkdar artist Almaz Ələsgərova da gözlədi, gözlədi, yaşı əllini haqlayanda getdi oturdu ATV-də “Səs verməyin” verilişindəki dəzgahda. Dəzgah da bütün kinini, küdurətini tökdü əməkdar artistin başına. Verilişin aparıcısı Dilarə Əliyeva da tamaşaçılara nəyi var sifət elədi ki, bəs sizə deməmişdim, səs verməyin? Eşitdiyimə görə, Maştağadan bir nəfər aparıcıya mesaj yazıb ki, “anam-bacım, əgər səs vermey lazım dögürdüsə, bəs o nömreleri nöş qoymusuz ekrana? Səhərdən bütün kənd mağazada kontur qoymuyub, alır səs vərir, alır, səs vərir. Dolamusuz camaati?.. “
Xanəndə İlahə İbadova da elə müsahibəsi yoxdur ki, keçmiş həyat yoldaşı barədə bircə kəlmə də olsa danışmasın. Sevgi-məhəbbət budur e. Ayrılsalar da, bərabərdirlər. Bu yaxınlarda da keçmiş ərini Allaha tapşırmışdı...
Bu dəqiqə Rəqsanə barədə nəsə soruşsam, hərəniz bir “əmma” qoyacaqsınız. Müğənni qızını da götürüb gedib yetkinlik yaşına çatmayanların yerləşdiyi təcridxanaya. Afərin!
Özləri ilə fotoqraf-zad da aparıblar. Hədiyyədən paylayıblar, şəkildən çəkdiriblər, paylayıblar, çəkdiriblər. Amma burada kiçik bir iradım var. Adam paylaya bilər, amma payladığı hədiyyəni çəkdirməsə, daha yaxşıdır. Hər verdiyini reklam eləmək doğru deyil. Ümumilikdə isə bunu çox təqdirəlayiq hal kimi qiymətləndirmək olar...
Faiq Ağayevin ifa etdiyi “Sən gəlməz oldun” mahnısına çəkilmiş klipdə bir qız var idi. Yəqin ki, nisbətən stajlı tamaşaçılar xatırladılar. Şəxsən mən uşaq vaxtı həmin klipi televizorumuzdan videokasetə yazdırıb baxırdım. Qızın hovuzda Faiq Ağayevlə öpüşdüyü kadrı isə, bəlkə, əlli dəfə “stop” eləyib baxmışam. Ağlınıza başqa şey gəlməsin. Deyirdim görüm bunlar doğrudan-doğruya öpüşürlər, yoxsa Nəsibə Zeynalova demişkən, yalanpışdan? İndi o qız yenidən üzə çıxıb. Məncə, bu günlərdə soyunmaq və öpüşmək mövzusunda yeni master-klasslarla gənclərimizi sevindirəcək. 10-12 il keçsə də, heç dəyişməyib, Məşədi İbad demişkən, quş kimidir. Maşallah!..
Xalq artistimiz Brilliant Dadaşova da türkiyəli həmkarı Seda Sayanın paxırını açıb qoyub ortalığa. Sən demə, Seda Sayan Bakıya gələndə azərbaycanlı qadınlara deyirmiş ki, ərlərinizi verin, bir az işlədim, qaytaracam. Zalım balası, Türkiyədə 7-8-ni işlətdin, bəs eləmədi?..
İş elə gətirdi ki, bu həftə də həftəbecərin ən dadlı-duzlu yerində Musa Musayev-Təranə Qumral cütlüyündən yazmalı oldum. Deməli, restoranlardan birində Arzu Mələk özünə ad günü keçirirmiş. Bu ad günündən bir neçə gün əvvəl də müğənni Nazəninin prodüseri Pərviz “Instagram”da Musa-Təranə cütlüyü barədə təhqir yazıb. Elə həmin mərasimdə Musayla Pərviz bu söhbətə görə, türkün məsəli, bir-birinə giriblər. Təranə xanım da Musa bəyi götürüb gəlib evə. Bütün sülhməramlı addımları alqışlamaq lazımdır. Elə mən də alqışlamaq istəyirdim ki, əllərim göydə qaldı. Çünki həngamə də bundan sonra başlayıb. “Bazar səhəri” verilişində qonaq olan Təranə Qumral deyib ki, Nazənin onun ərini öyrədir, onları ayırmaq istəyir və sair. Sonra da əlavə edib ki, Nazəninin yeddi əri olub. İndicə başımın üstündə dayanıb bu cümlələri oxuyan iş yoldaşımın reaksiyası: ”Uşaqda fərasətə bax haa”...
Nazənin də canlı yayıma telefon bağlantısıyla qoşularaq iddia edib ki, ərini Təranə Qumralla tutub. Saytlar da bu məsələni şişirdiblər. Şəxsən mən dəfələrlə həmin kadrları izləmişəm. Orada söhbət konkret deyil. Nazəninin əriylə Təranə Qumralı söhbət etdiyi yerdəmi, dalaşdıqları yerdəmi, yaxud başqa bir vəziyyətdə tutduğu konkret deyilmir. Bəzi həmkarlarımız da bunu yozublar ki, guya söhbət yataqdan gedir. Açığı, mən Nazəninin yeddi dəfə ərdə olmağına da, Təranə Qumralla Nazəninin həyat yoldaşının bir yerdə tutulmağına da inanmıram. Bilirəm, bəlkə də, indi bu cümlələri oxuyub hərəniz ürəyinizdə bir arqument gətirirsiniz. Bu da sizin haqqınızdır. Amma şəxsən mən inanmıram.
Yeddi dəfə ərə getmək zarafat iş deyil e. Bunun birindən camaat xəbər tutmaz, ikincisini görməməzliyə vurar. Axı üçüncüdə kimsə bu haqda danışardı. Yeddi dəfə söhbəti yalandır, olsa-olsa, 2-3 dəfə ailə həyatı qurub. Ona da “Allah xoşbəxt etsin” deməkdən başqa çarəmiz yoxdur.
Təranə xanımın Nazəninin həyat yoldaşı ilə münasibətlərinə gəlincə, bu da inandırıcı deyil. Əgər belə bir şey olsaydı, Nazənin bunu çoxdan aləmə car eləmişdi. Dalaşan dalaşana konfet vermir ki. İndi hirslənib deyiblər də. Amma ən pisi odur ki, camaatımız hər iki müğənninin dediklərinə inanıb. Səhər işə gələndə avtobusda eşitdiyim müzakirələrə istinad edib belə deyirəm...
Elə yazını tamamlamaq istəyirdim ki, Maştağadan bir oxucumuz zəng vurub bir xahiş elədi. Dedi ki, fikirlərimi olduğu kimi da yaz saytınızda. Mən də yazıram: “Ala, özüm ölüm əgibdür e. Qərdeş canı, belənçik olmaz. Arvad-uşaqla tilivizirə baxa bilmiriy. Kanallardan da xayiş eliyirəm ki, o zənanları bir də tilivizirə buraxmasınlar”./publika.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM