Lent-ın müxbirinin verdiyi məlumata görə, səhər saatlarından etibarən Təzəpir məscidində təxminən 300 nəfərə yaxın insan qan verib. Qanvermə aksiyası davam edir. Hazırda məscid ərazisinə daxil olan şəxslər polislər tərəfindən yoxlanılır. Mərasimə gələnlərin özləri ilə zəncir keçirməsinə icazə verilmir. Lakin qadağaya baxmayaraq, bir neçə nəfər özünə zəncir vurur. Bundan başqa azyaşlı uşaqların da məscidin həyətinə buraxılması qadağan olunub. Qeyd edək ki, hazırda qanvermə aksiyası, eyni zamanda Aşura məclisi davam edir.