Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Eldar Namazovun David Şahnazaryanla bəyanat imzalamasını pisləyiblər

16:58 / 04.11.2014

“Bəyanata qoşulanlar Azərbaycan ərazilərinin işğal altında olduğunu başa düşmürlərmi?”

 “Mən heç vaxt belə təşəbbüslərin tərəfdarı olmamışam. Vətəndaş cəmiyyətləri arasında dialoq və xalq diplomatiyası kimi təşəbbüslər hazırkı vəziyyətdə Ermənistan üçün əlverişlidir”.

 

Bunu APA-ya Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla  Ermənistanın "Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryanın Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalamasına münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

 

“Ölkə rəhbərlikləri səviyyəsində sülh prosesi heç bir nəticə vermirsə, o zaman bizim dialoqlarımızın heç bir mənası yoxdur. Təbii ki, biz əbədi olaraq düşmən də qala bilmərik. Amma Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından başlayaraq, erməni tərəfi Azərbaycanla sülh sazişi istiqamətində addım atsa, o zaman vətəndaş cəmiyyətinin nümayəndələri da yaradılmış dinc şəraitdə mehriban qonşuluq naminə çalışa və nəticə əldə edə bilər”, - deyə S. Məmmədov bildirib.

 

Bəyanatda yer alan “tərəflərə silah satmamaq” barədə çağırış da S. Məmmədovda təəccüb doğurub: “Mən onları başa düşmürəm. Torpaqları işğal altında olan ölkə kimi, öz müdafiə gücünü artırmaq Azərbaycanın hüququdur. Bizim ölkə niyə Ermənistanla müqayisədə zəif olsun ki? Digər tərəfdən, “xalqların müqəddəratı hüququ” ifadəsindən istifadə edərkən, diqqətli olmaq lazımdır. Ermənilərin dövləti var və ermənilərin kompakt yaşadığı hər yerdə ikinci, üçüncü, dördüncü erməni dövlətinin yaradılması məntiqə sığmır. Mənim fikrimcə, ərazi bütövlüyü hər şeydən qabaq gəlməli və üstün tutulmalıdır. O cümlədən, bu münaqişənin həllində bu vacib məqam unudulmamalıdır. Ermənistan Azərbaycanın ən yüksək status vermək təklifini qəbul edib sülhə doğru addım atarsa, münaqişə bir neçə il ərzində tamamilə aradan qalxa bilər”.

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə APA-ya bildirib ki, Azərbaycan tərəfdən bu bəyanata qoşulanlar sırasında gördüyü adlara təəssüflənib: “Onlar ya sadəlövhlükdən buna gedirlər, ya da bilərəkdən belə səhv addımları atırlar. Güc tətbiq etməmək, müqəddəratı təyin etmək, müdafiədən imtina etmək... Bu şəxslər Azərbaycan ərazilərinin işğal altında olduğunu başa düşmürlərmi? Bu cür bəyanatlar bizə yox, ermənilərə sərf edir”.

 

A. Nağı vurğulayıb ki, uzun zamandır, 7 rayonun azad olunması məsələsi də havada qalıb: “Sülh sazişi istiqamətində heç bir addım atılmır, indi biz nə etməliyik ki, həmsədrlər də, işğalçılar da razı qalsınlar? Qarabağdakı bir ovuc erməninin özünə müstəqillik tələb etməsi gülüncdür. Sanki söhbət müstəmləkə altında olan xalqlardan gedir. Bunu hər kəs başa düşməlidir ki, biz oturub onların öz xoşu ilə torpaqları qaytarmasını gözləyə bilmərik. Azərbaycan xalqına belə təslimçi dialoqlar lazım deyil”.

 

Qeyd edək ki, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla  Ermənistanın "Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıblar.

 

Bəyanatda 2010-cu il dekabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Onlar bəyannamədə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün “Yol xəritəsi”nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər.

 

Bəyanatı imzalayanlar keçən müddət ərzində bu çağırışların eşidilməməsinə təəssüfləndiklərini də qeyd ediblər.

 

Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin və bütün dövlətlərin rəhbərlərinə müraciət edilir, bölgəyə hücum xarakterli silahların satılmasını dayandırmağa çağırış edilir, tərəflərin vətəndaş cəmiyyəti nümayəndələri sülh prosesində aktiv olmağa səslənilir.

 

Bəyanata Azərbaycan tərəfdən Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Əli Abbasov, Leyla Əliyeva, erməni tərəfdən isə Aqasi Enokyan, Aykak Arşamyan, Karen Ohacanyan və Nataliya Martirosyan da qoşulublar. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM