“Abır yox, həya yox, təki reklam olsun” – FOTO

19:12 / 04.11.2014

Tanınmışlar Təranə və Nazənin arasındakı qalmaqaldan danışdılar

Şou-biznesin qanunu budur. Hamı asan yolla məşhur olmaq istəyir, bir-birinin bostanına daş atır. Bəzisi sponsor, bəzisi ad, bəzisi də yorğan davasındadır. Qalmaqal etmirsənsə, demək, başqalarından geridə qalmısan. Qalmaqal demişkən, noyabrın 1-də müğənni Arzu Mələyin doğum günündə, sözün əsl mənasında, vur çatlasın idi. Müğənni Musa Musayev bütün media və sənət adamlarının qarşısında ifaçı Nazəninin prodüseri Pərviz Fəqanla əlbəyaxa oldu. Davanın bu həddə çatmasına səbəb isə prodüser Pərvizin sosial şəbəkədə M.Musayevin keçmiş həyat yoldaşı Təranə Qumral barəsində xoşagəlməz sözlər yazması olub. Bu qalmaqalın əsas səbəbkarları müğənni T.Qumral və Nazənin isə söz davalarını restoranda yox,  telekanalda etdilər. Nazənin bildirdi ki, T.Qumralı öz həyat yoldaşı ilə bir yataqda tutub. T.Qumral isə “Hansı ərinlə tutmusan? Sənin ərin yoxdur” cavabını verdi. İlk duel bitsə də, tərəflər məhkəmədə görüşəcəklərini söylədilər.

Bəs, görəsən, bu cür qalmaqallarla gündəmdə qalmaq nə dərəcədə düzdür? Yenilik.Az bildirir ki, lent.az elə bu sualla da tanımışlar arasında sorğu keçirdi…

Mövzuya ilk münasibət bildirən isə T.Qumralla Nazənini verilişində üz-üzə qoyan Rövşanə Bektaşi oldu: “Mən də istəmərəm ki, efirdə qalmaqal nümayiş etdirim. Amma reallıq budur ki, bir çox insanlar qalmaqalı izləməyi xoşlayır və müzakirə edir. Məsələn, mən efirə 2 şair dəvət etsəm, maraqlı söhbət etsəm, heç kim baxmayacaq. Mən Təranə Qumral və Nazənin arasında olan qalmaqalda tərəfsizəm. Veriliş zamanı bir-birilərinin intim həyatlarından danışdılar. Açığı, mən də bir tamaşaçı kimi bilmək istərdim ki, bu qalmaqal nəyin üstündədir. Yorğan davasıdırsa, bilək yorğan davasıdır. Mahnı davasıdırsa, bilək mahnı davasıdır. Tarixən Azərbaycan müğənnilərinin mahnı üstündə qalmaqalı olub. Amma bu qalmaqal mahnı üstündə deyildi”.

Musa Musayevlə müğənni Nazənin prodüseri Pərviz Fəqan arasında olan davanın  şahidi əməkdar artist Nüşabə Ələsgərli isə qısa danışdı: “Bəli, o qalmaqalı mən gördüm. Belə şeylərə çox pis baxıram. Ümumiyyətlə, qalmaqalın böyüməsinə, bu həddə çatmasında televiziyalar və jurnalistlər günahkardır. Bu cür məsələlər işıqlandırılmamalıdır”.

Əməkdar artist Gülyaz Məmmədova: “Şou-biznesdə gedən söz-söhbətlərdən xəbərsizəm. Daim səs-küydən kənar gəzirəm. Mən belə məsələlərə qarışmıram. Düşünürəm ki, müğənni qalmaqalla yox, sənəti ilə öz sözünü deməlidir”.

Müğənni Əli Mirəliyev: “Bilirsiniz, bir var insanın göstərici səsi var. Göstərici olmayanda qalmaqalla gündəmə gəlirlər. Təsəvvür edin, mən neçə il oxudum, məni başa düşmədilər. Başladım sözümü deməyə, adımı qoydular qalmaqalçı. İndi bu dalaşanlar da görürlər ki, oxumaqları ilə tutuzdura bilmirlər, qalmaqal edirlər. Ay balam, kimin nəyinə lazımdır ki, sən ərinlə kimisə tutmusan? Sizdən sonra gələcək nəsil nə öyrənəcək? Oxuya bilmirsinizsə, çıxın gedin, başqa işlə məşğul olun”.

Müğənni Səidə Dadaşova: “Mənim üçün Azərbaycanda şou-biznesi yoxdur. Şou-biznes yalnız xaricdə gördüyüm layihələrdir. Şou-biznesdə qalmaqalların heç zaman qarşısı alınmayacaq. Əvvəllər də qalmaqal olub. Amma abır-həya olduğuna görə, efirə qədər gəlib çıxmırdı. İndi isə şou aləmində saçyoldudur”.

Əməkdar artist Naibə Allahverdiyeva: “Şou-biznesin bir çox nümayəndələri hər şeyi ucuzlaşdırıb. Biri digərinə deyir ki, “Mən səni döyərəm”, “Ay mən səni belə elətdirərəm”. Nə bilim öz sevgililərini, sponsorlarını nümayiş etdirib, özlərini hörmətdən saldılar.  Əvvəla, qələt eləyib deyir. Yoldaşınla tutmusan, get evində həll elə. O, nə deməkdir? Efirdə özünü biabır edirsən. Ailə söhbətini get evində elə. Ayıbdır. Adam hörmətdən düşür. Mən sözlərimi heç kimə aid etmirəm. Kənarda baxan gənc nəsil də deyir ki, gedim mən də özümü belə aparım, toya çağırıb bu qədər pul versinlər. Bizim vaxtımızda belə qalmaqallar yox idi. Abır, həya var idi. Kənarda kim nə edirdisə, edirdi. Amma indi başqa cürdür”.

Psixoloq Elnur Rüstəmov: “Şou-biznes əhlinin qalmaqal etməsi cəmiyyətə çox pis təsir edir. Qalmaqal edən tanınmış simalar düşünmürlər ki, bu hal ailələrə ziyandır. Fikir versəniz, görərsiniz ki, qalmaqal edən insanların itiriləcək heç bir şeyləri yoxdur. Düşündükləri tək bir şey var. Təki reklam olsun. İki qadının bir-birinə o cür söz deməsi, faciədir. Dolayı yolla bir mesajdır ki, mənim ailəm yoxdur. Mən bekaram, rahatam. Bacarsan, məni əldə edə bilərsən. Onlar dolayı yolla bu mesajları cəmiyyətə ötürürlər”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM