Yol polislərindən xanım sürücülərə qarşı biabırçı hərəkət

19:20 / 04.11.2014

Xanım sürücülər haqqında məlumatı özlərindən xəbərsiz yayıblar

Təxminən bir həftə bundan əvvəl Bakıda yaşayan xanım sürücü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək DYP əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayət edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, xanım sürücü DYP-də olarkən bildirib ki, tanımadığı bir oğlan onun Bakıda bütün hərəkətlərinə nəzarət edirmiş. Bunun necə mümkün olduğuna təəccüblənən həmin qadın sonradan işin üstünü aça bilib. Məlum olub ki, onun avtomobillə bütün hərəkətlərini öyrənən oğlanın Dövlət Yol Polisi İdarəsində tanışı var. Həmin DYP əməkdaşı xanım sürücünün avtomobilinin dövlət nömrə nişanı ilə onun şəhərdə bütün hərəkətlərini izləyib və bu barədə oğlana məlumat verirmiş. Bundan hiddətlənən xanım sürücü DYP əməkdaşı tərəfindən qanunsuz olaraq kameralar vasitəsilə izlənilməsini, əldə olunan məlumatların isə tanımadığı şəxsə ötürülməsini əsas gətirərək həmin polisin tapılıb cəzalandırılmasını tələb edib. Lakin Bakı şəhər DYPİ-də aparılan araşdırmalardan sonra məlum olub ki, həmin xanım barəsində məlumatları öz tanışına ötürən DYP əməkdaşı bu idarənin yol, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub. Bundan sonra xanım sürücü Baş DYPİ-yə üz tutub. Hələlik məsələnin araşdırılıb-araşdırılmadığı, xanım sürücü barəsində məlumatların kim tərəfindən ötürülməsi barədə məlumatımız olmasa da, bu istiqamətdə apardığımız araşdırmalar zamanı olduqca maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, yuxarıda bəhs etdiyimiz xanım sürücünün başına gələn bu hadisə – müşahidə kameralarına nəzarət edən DYP əməkdaşlarının qanunsuz əməlləri, yəni, şəxsin özünün icazəsi olmadan, hər hansı bir məhkəmə qərarı çıxarılmadan onunla bağlı məlumatların başqalarına ötürülməsi halları ilk dəfə baş vermir…

Sumqayıt şəhər sakini Afət Yaqubova Avtosfer.az saytına bildirib ki, bu ilin avqustunda onun da başına belə bir hal gəlib: «Mən Bakıdan Sumqayıta gedərkən «Ekologiya postu»nun yanında bir «07» yanımda təhlükəli manevrlər edib ikitəkər sürürdü. Mən də maşınımda olan şəxslə söhbət əsnasında gülə-gülə dedim ki, görəsən bu adam nəyə güvənir ki, maşını belə sürür? Yoluma davam edib anamgilə getdim, 4-5 saat sonra isə evimə yollandım. Axşam vaxtı bir də gördüm ev telefonuma zəng gəldi. Zəng edən bir oğlan idi. Mənə dedi ki, gündüz «Ekologiya postu»nun yanında sizi keçən maşındakı adamdır. Mənə niyə gülürdünüz? Mən də cavab verdim ki, sən təhlükəli sürdün, mən də elə ona gülürdüm. Başladı danışmağa ki, adamın ucuz maşını olanda gülürlər? Mənim 4 dənə maşınım var. Yol polisi ilə bağlı nə problemin olsa, radara düşsən mənə xəbər elə, qulluğundayam. Soruşdum, nömrəmi hardan tapdın? Cavab verdi ki, maşının nömrəsi ilə axtarıb tapmışam. Onda başa düşdüm ki, ev telefonumun nömrəsini polisdən alıb. Çünki mən öz evimdə qeydiyyatdayam, maşınım da həmçinin. O oğlan da dedi ki, telefon nömrənizi maşının nömrəsini yadımda saxlayıb tapdım. Mən dərhal Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etdim, maşının nömrəsini, hadisənin başvermə saatını dedim. Mənə zəng etdilər, gedib şikayət ərizəsi də yazdım. Təklif etdilər ki, sənə zəng edən adamla bağlı şikayət yaz, tutub cəzalandıraq. Mənsə bildirdim ki, o adamdan şikayətim yoxdur. Mən ancaq ev telefonumun nömrəsini həmin adama verən polisin tapılıb cəzalandırılmasını istəyirəm. Ərizəmi yazıb verdim. Amma üstündən 2 ay vaxt keçib, hələ də bir səs-soraq yoxdur».

Afət Yaqubova sonda onu da deyib ki, onun şikayətindən sonra naməlum şəxs bir daha zəng etməyib. Amma nömrəni ona verən şəxs də tapılmır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM