Polisin məlumatına görə, şübhəli şəxs qorxunc cinayətlərindən əvvəl işindən də istefa verib.
Polis Jesse Lorena adlı qadını boğazından bıçaqlanmış halda, digərini isə çamadan içində doğranmış şəkildə tapıb. 25 yaşlı Sumarti Ninqşinin parçalanmış cəsədinin yanında bıçaq, kokain və seks oyuncaqları da olub.
Polis qətldə şübhəli bilinən Ruri Jutinqin cib telefonunda qadınlarla çəkilmiş fotoları tapıb. Ruri Jutinq noyabrın 10-da hakim qarşısına çıxarılacaq./teleqraf.com/