İlk növbədə, videomaterialda işlədilən söyüşə görə üzr istəyirik. Amma bu cür görüntülər həqiqətən də ürək ağrıdır. Axı, dövlət qulluqçusu, üzərində dövlətin atributlarını daşıyan polis əməkdaşı belə olmalı deyil. Polis səbrli, təmkinli, qanunları üstün tutan və qanunla davranan, vətəndaşları da qanunlara əməl etməyə çağıran biri olmalıdır. Amma bu kadrlardan görürük ki, 10 YP 376 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili sürətlə hərəkət edərək yolayrıcında qəflətən dayanır. Arxadan siqnal verən sürücüyə isə hücum çəkərək onu təhqir edir. Elə sürücü də polisdən geri qalmır. Bir-birlərinə ağır söyüşlər söyürlər. Sonra isə hərə öz yoluna gedir. Göründüyü kimi, həm özü qayda pozur, yolu kəsir, qəza şəraiti yaradır, həm də adicə siqnal səsinə əsəbiləşib sürücüyə hücum çəkir. Bəs qanunlar harada qaldı, bəs yol polisinin keçdiyi təlimat necə oldu? Deyək ki, vətəndaş savadsızdır, kobuddur, qaydaları bilmir, bəs polisə nə olub?
Video bu il oktyabrın 29-da çəkilib
//xeberlent.az