Rəfiqə Əlisəfa
Bu yaxında “facebook” sosial şəbəkəsində iki cazibədar xanımın fotosunun altında bir şərhə gözüm sataşdı: “Mən də onlar kimi gözəl ola bilsəydim, nə var idi ki...” Xanımın profilinə baxmamış, eləcə, refleks olaraq yazdım ki, sizə nə mane olur? Bir neçə saniyə sonra xanımın yazdığı cavab məni təəccübləndirdi: “Çirkin simam və eybəcər üz quruluşum!” Cavabı görən kimi xanımın profilinə girdim və fotolarına baxmağa başladım. İnanırsınız, xanımı elə bil, əllə çəkmişdilər? Kosmetikasız, məsum üzü, balaca burnu, gəlincik gözlərinə bənzəyən tuşsuz gözləri və təbəssümə həsrət dodaqları. Hər şəkildə fərqli bir kədər var idi qızcığazın simasında. Xanıma dostluq yollayıb dialoqa başladım. Bunu niyə etdiyimi bilmirəm, mən, düzü, tanımadığım insanları özümə yaxın buraxmağı sevmirəm. Amma xanımın özünə belə haqsız yanaşması məni çox məyus etmişdi. Ona başa salmağa çalışdım ki, o, fotoda həsrətlə baxdığı xanımlardan daha gözəldir, tək problem onun hələ kiçik, məsum bir qızcığaz olmasıdır. Qıza bilirsiniz niyə kömək etmək istəyirdim? Çünki özünə nifrət etməyin, özünü digərlərindən daha çirkin hesab etməyin, özündən böyük xanımlara həsrətlə baxıb heç vaxt elə olmayacağını düşünməyin nə demək olduğunu çox gözəl bilirəm. Məktəbli ikən gənc qızların çoxu bu problemi yaşayır və nə qədər gözəl, ağıllı, xoşagələn olsalar da, özlərinə xüsusi bir aqressiya ilə yanaşırlar. Xanımı inandırdım ki, bircə saat sərf etməklə, geyim tərzini dəyişməklə və yüngülcə kosmetikadan istifadə etməklə, onu fotoda bəyəndiyi xanımlardan dəfələrlə gözəl etmək olar. Doğrudan da, mənə inandı yoxsa yox, bilmirəm. Amma mənə minnətdarlığını bildirib getdi. O xanım bilmədən mənim bütün gecəmi yuxusuz qoydu. Elə hey o qızcığazı, onun kimi yüzlərlə gözəl simalı xanımı və öz uşaqlığımı düşündüm. Dikdabanda, bahalı paltarlarda gəzən, saçları boyalı qızlara baxıb özümü “çirkin ördək balası” kimi hiss etdiyim vaxtları xatırladım. Heç vaxt onlar kimi gözəl olmayacaqdım, heç vaxt mükəmməl partnyorumu tapmayacaqdım, mən cizgi filmlərindəki o möhtəşəm şahzadələrə oxşamırdım. Jurnalların üz qabığındakı cazibədar qızlara nifrət edirdim. Onlar niyə elə gözəl yaradılmışdı? Bu suallar məni bir xeyli müddət narahat etdi. Sonra isə ali məktəbə daxil olmaq üçün hazırlıqlara başladım və mən özüm üçün ikinci plana keçdim. “Dove” şirkətinin ötən il ABŞ ərazisində apardığı sorğuda məlum olub ki, qadınların yalnız 12 faizi özünü gözəl və cazibədar hesab edir. Bu, təkcə bizim başımıza gəlmir. Bütün qadınlar həyatlarının hansısa bir mərhələsində özünü çirkin, heç kimə lazım olmayan hesab edir. Əsas olan bu mərhələnin başladığını dərk edib, irəliləməsinə mane olmaqdır. Yaşının az olması ilə əlaqədar özlərinə kifayət qədər vaxt ayıra bilməyən xanımlar var ha, o xanımlar dünyanın ən gözəl qızlarıdır. Çünki hansısa cazibədar xanımın gözəlliyi bizi valeh etdikdən bir neçə saat sonra əlüzyuyana tökülən rəngli boyalarla birgə axıb gedir. Bu xanımların məsumluğu, təbiiliyi, saflığı isə daim simalarında qalır. Niyə tez-tez unudursunuz ki, siz şahzadəsiniz? Qadın olaraq doğulmağınız özü böyük bir öncüllükdü. Siz digərlərindən bir addım öndəsiniz. Çünki qadınsınız, zərifsiniz, valehedicisiniz. Süni gözəlliklərə aldanıb özünüzü ittiham etməkdən əl çəkin. Banal səslənir, bilirəm, amma inanın mənə, çirkin qadın yoxdur. Bütün qadınlar gözəldir. Bunu duymaq, buna inanmaq kifayətdir. Heç uzağa getmirəm, hər gün efirdə “sifətlərini” görməyə adət etdiyimiz müğənni, aktrisalar sübut deyilmi? Siz Meqan Foksun və ya Beyonsun yeniyetmə dövründə çəkilən fotolarını görmüsünüzmü? Dünyanın ən gözəl qadınlarından biri kimi tarixə düşən Merlin Manro belə demişdi: “Mənə anam uşaq ikən heç vaxt gözəl olduğumu deməyib. Buna görə də həmişə özümü çirkin hesab etmişəm. Balaca qız övladlarınıza gözəl olduqlarını tez-tez təkrar edin”. Dünyanın gözəllik kultu sayılan Manro da özünü uzun müddət çirkin hesab edib. Əlbəttə ki, bu fikri formalaşdıran müxtəlif səbəblər ola bilər: ailədəki vəziyyət, ünsiyyətdə olduğunuz dostlarınız, seçdiyiniz ətraf-mühit və ən əsası, özünüz. Özünüzü adekvat dəyərləndirməyə çalışın. Güzgü önündə keçən saatlarım, müharibələrim dünən kimi yadımdadır. İndi xatırlayanda gülümsəyirəm, amma zamanında çox ağır idi. Özünüzə bunu etməyin. Dodağınıza təbəssüm qondurun və təbii gözəlliyinizlə fəxr edin. Sizdən bir dənədir, ikinci bir siz yoxdursa, nədən narazısınız? Olduğunuz kimi orijinal və gözəlsiniz. Sadəcə, bunu görməyə çalışın. Gözəllik simamızda deyil, daxilimizdəki işığın parıltısındadır. “Gözəllik xarici görünüşümüzlə əlaqəli bir şey deyil. Gözəllik daxildə özümüzü necə hiss etdiyimizin gözlərimizə yansımasıdır. Gözəllik bir növ psixoloji hadisədir”. /Kult.az/ Sofi Loren
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM