“2015-ci ilin dövlət büdcəsi əsasən sosial yönümlüdür” - Vahid Əhmədov

15:09 / 06.11.2014

Milli Məclisdə növbəti ilin dövlət büdcəsinin müzakirələri davam edir 

 Noyabrın 5-də 2015-ci il “Dövlət büdcəsi haqqında” Qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri Milli Məclisin 6 komitəsi - Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında davam etdirilib.

 
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqətində olan və dövlətimizin başçısının prioritet hədəf kimi müəyyən etdiyi vəzifələrin uğurla və ardıcıl surətdə həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, respublikamızın hərtərəfli təhlükəsizliyinin təmini üçün maliyyə təminatı yaradır. İqtisadi və sosial islahatlar, qeyri-neft sektorunun inkişafı, eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə dəstək verilməsi ənənəvi olaraq, gələn ilin büdcəsinin prioritetləri sırasındadır. 
Bunların təmin olunması üçün lazım olan maliyyə təminatı 2015-ci il dövlət büdcəsində nəzərə alınıb.
 
Nazir bildirib ki, dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin ümumi çəkisi 27,6 faiz olmaqla 1,1 faiz artıb. Sosial yönümlü xərclərin məbləği 5 milyard 826 milyon manat təşkil edəcək.
 
Qeyd edilib ki, elm sahəsinin xərclərinə növbəti ilin dövlət büdcəsindən 143 milyon manat vəsait ayrılacaq. Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək.
 
Təqaüdlərin və sosial müavinətlərin ödənilməsi üçün 1 milyard 845 milyon manat vəsait ayrılıb. Bu, cari illə müqayisədə 1,4 faiz çoxdur. 
 
Növbəti ildə sosial ipoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
 
Elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə və sosial təminat sahələri üzrə proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 805 milyon manat vəsait nəzərdə tutulub. 2014-2018-ci illəri əhatə edən regionların, 2014-2016-cı illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində zəruri sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən iri həcmdə vəsait ayrılacaq. Dövlət əsaslı vəsait qoyuluşu investisiya proqramları xərclərinə 6 milyard 930 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
 
Nazir onu da vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi.  
 
2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur.
 
Musavat.com-a açıqlamasında, növbəti ilin dövlət büdcəsi haqqında fikirlərini səsləndirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin  üzvü Vahid Əhmədov bildirdi ki, 2015-ci ilin büdcəsində xərclər və gəlirlər ilə bağlı hər hansı problem yoxdur: “Təxminən 19 mlrd. gəlir, 21 mlrd.-a yaxın da xərc nəzərdə tutulub. Neftin qiyməti dövlət büdcəsində 90 dollar nəzərdə tutulub. Bu məsələ daha çox müzakirəyə səbəb olub. Çünki dünya bazarında neftin ucuzlaşma prosesi gedir. Ancaq düşünürəm ki, neftin ucuzlaşması Azərbaycanda neftdən gələn gəlirlərə təsir etməyəcək”. 
 
Millət vəkili Vahid Əhmədov onu da bildirdi ki, büdcə əsasən sosial yönümlüdür: “Büdcənin 32 faizi investisiya layihələrinə, 21 faizi sosial sahə üçün nəzərdə tutulub. Bir sıra məsələlər var ki, bizi narahat edir. Bunlar əsasən əhalinin mənzillə təmin edilməsi və ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Biz təklif etdik ki, ümumiyyətlə, dövlətin mənzil planı işlənib, hazırlansın, əhalinin mənzillə təminatı yalnız Bakıda və mərkəzi şəhərlərdə yox, o cümlədən, rayonlarda da həyata keçirilsin. Bu məsələ hazırda müzakirə obyektidir. O cümlədən, müəllimlərin və həkimlərin maaşlarının artırılması məsələsi gündəmdədir. Müəllimlərin maaşlarının artırılması ilə əlaqədar Maliyyə Nazirliyinə məlumat verilib, hazırda bu məsələ razılaşdırılır. Müəllimlərin maaşının onların iş əmsalına, iş keyfiyyətinə uyğun olaraq, artırılması nəzərdə tutulur. 
 
Sosial müavinətlərin, ehtiyac miqdarının və yaşayış minimumunun artırılması dövlət büdcəsində nəzərdə tutulub. Pensiyaların artırılması ilə bağlı hələlik müzakirələr getmir. Ancaq dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşların artırılması nəzərdə tutulur”. 
 
Hazırda Azərbaycan hökuməti qarşısında ən əsas məsələnin qeyri-neft sektorundan gələn gəlirlərin artırılması olduğunu deyən Vahid Əhmədov bildirdi ki, bu məsələ hər zaman gündəmdədir: “Hətta hesablamalara görə, 2018-ci ilin Ümumdaxili Məhsulun tərkibinin 70 faizi qeyri-neft sektorundan əldə olunan məhsulların payına düşür. Bu gəlirlərin artması nəzərdə tutulur. Ancaq 2015-ci ildə dövlət büdcəsinin neftdən asılılığı 65faizdir. Qeyri-neft sektorunun payı isə 34 faiz təşkil edir. Biz qeyri-neft sektorunun gəlirlərinin təxminən 12 faiz artmasına çalışırıq”. 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM