Piyada keçidindən istifadə edə bilməyən sakinlər aktual.az-a bununla bağlı şikayət edib. Saytın müxbiri ərazidə çəkiliş aparıb. Məlum olub ki, tikinti "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən həyata keçirilir.
Vətəndaşların sözlərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da insanlar hər gün bu yoldan keçərkən həyatlarını təhlükəyə atmalı olurlar.
Sakinlərin bildirdiyinə görə, ən müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu.
Yasamal Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı, Bakı Şəhər İcra hakimiyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər.
Bakı Şəhər İcra Hakmiyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək deyib ki, məsələ araşdırılacaq: "Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək".
Mətbuatda “Alpina-A” şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olması yazılıb.