Nizamlılıq, yaxud xaos: dünya dilemma qarşısında

17:21 / 06.11.2014

Bir çox mütəxəssislər qlobal miqyasda geosiyasi proseslərin dinamikasını proqnozlaşdırmağa cəhd edirlər. Dünyanın geosiyasi mənzərəsinin sistemli şəkildə yeniləşməsi imkanları müzakirə olunur. Müxtəlif ssenarilər irəli sürülür. Lakin birmənalı qəbul edilə biləcək yanaşma hələlik mövcud deyil. Bəzi analitiklər müasir qlobal geosiyasət üçün "sivilizasiya" və "mədəniyyət" anlayışlarının ciddi rol oynadığını qeyd edirlər. Digərləri müasir dünya sisteminin xaotik xarakter daşıdığını vurğulayırlar. Bəşəriyyət sanki nizamlılıqla xaos arasında "var-gəl" edir. Bəs bütün bunların sonu nə ola bilər?

Yeniləşmə zərurəti: qlobal geosiyasətin əsas problemi

Frensis Fukuyamanın son kitabını "Siyasi nizam və siyasi dağılma" adlandırması maraqlı da olsa, bir sıra suallar yaradır. Müasir dünyanın geosiyasi mənzərəsinin mürəkkəb olduğunu demək olar ki, əksər mütəxəssis vurğulayır. Bunun müxtəlif səbəbləri də göstərilir. Lakin məsələyə daha geniş kontekstdə yanaşdıqda, real çıxış yolunun olmadığını demək olar. Nəzəri səviyyədə analizlər maraqlıdır, problemin aradan qaldırılması üçün fərqli fikirlərin irəli sürülməsi də normaldır. Lakin onların praktiki tətbiqi məsələsinə gəldikdə, təəssüf ki, hələlik dəqiq bir nəticə yoxdur.

Bununla da qlobal miqyasda nizamın yeniləşməsinin aktuallığı daim vurğulanır, amma praktik addımlar gözə çarpmır. Bəlkə, mövcud vəziyyət tam dolğunluğu ilə araşdırılmır? Siyasətçilərin, geostrateqlərin və analitiklərin gözündən yayınan əhəmiyyətli məqamlar varmı? Ola bilər. Ancaq indi diqqəti çəkən və müasir geosiyasi mənzərənin vacib aspektlərini təhlil etməyə imkan verən yanaşmalar mövcuddur.

F.Fukuyamanın son kitabında bu baxımdan maraqlı məqamlara rast gəlinir. O, Qərbdə dövlətçiliyin inkişaf tarixini izləməklə bir sıra nəticələr çıxarır (bax: Francis Fukuyama. Political Order and Political Decay: From the Industrial Revolution to the Globalization of Democracy.Farrar, Straus and Giroux, 2014, 672 p.). Müəllif Şimali Avropa ilə Cənubi Avropa ölkələrində dövlətin inkişaf xarakteri arasında fərqlər olduğunu vurğulayır. Məsələn, İtaliya və Yunanıstanda yeni iş yerlərinin açılması daha çox himayədarlıq prinsipi əsasında baş verir (yəni orada korporativ maraqlar cəmiyyətin inkişaf özəlliyinə və dövlətin fəaliyyətinə təsir edir). Almaniyada isə belə deyil.

Bu cür fərqlər bütövlükdə ölkənin dövlətlərarası münasibətlər sistemində davranışına da müəyyən təsir göstərir. Belə çıxır ki, "mədəniyyət" və "sivilizasiya" anlayışlarının geosiyasi əhəmiyyəti var. Həmin müstəvidə qlobal geosiyasətə nəzər saldıqda, aydın olur ki, mövcud problemlərin həllində daha diqqətli olmaq lazımdır. O cümlədən, sivilizasiyalararası dialoq, mədəniyyətlərin qarşılıqlı təsirinin gücləndirilməsinə olan tələbi görməmək mümkün deyil.

Bunlar məsələni tam əhatə etmir. Bu, mütəxəssislər, o cümlədən F.Fukuyama tərəfindən də vurğulanır. Çünki nəzəri olaraq dərk edilən həmin məqamların reallaşma mexanizmlərinin tapılması ciddi önəm kəsb edir. Bəlkə, burada Henri Kissincerin konstruktivizmi səmərəli ola bilər? Onun "Dünya nizamı" adlı kitabının bir sıra müddəaları maraq oyadır (bax: Marc Lynch.Kissinger the constructivist / "The Washington Post", 21 oktyabr 2014).

H.Kissincer də dünya nizamının yeniləşdirilməsini zəruri hesab edir. Mövcud sistemi dəyişmək prosesi isə xeyli mürəkkəb və çətindir. Faktiki olaraq bu istiqamətdə konkret addımlar atılmır. Buna baxmayaraq, H.Kissincer əmindir ki, çıxış yolu qüvvələr balansını saxlamaqdadır. O, Vestfal sazişindən sonra formalaşmış qaydaların tamamilə başqaları ilə əvəz edilməsinin mümkünlüyünü istisna etmir. Eyni zamanda, o, incə bir məqamı da ayrıca qeyd edir.

Məsələ yeni qüvvələr balansının yaradılmasından ibarətdir. Bunun üçün əsas amil hərbi tarazlığın saxlanmasıdır. Həmin amil milli maraqları maksimum dərəcədə təmin etmək imkanı verir. Corc Vaşinqton Universitetinin professoru Mark Linç bunu "konstruktivist yanaşma" kimi qiymətləndirir (bax: əvvəlki mənbəyə). Onun xarakterik xüsusiyyəti kimi sivilizasiyaların və fərqli mədəniyyətlərin nəzərə alınmasını göstərir. H.Kissincerin konstruktivizmi lokal özəllikləri diqqətə almaqla maraqları uyğunlaşdırmaqdan ibarətdir. İslam sivilizasiyası ilə İraq və ya Suriyada olduğu kimi davranmaq olmaz. Eyni dərəcədə nəzərə almaq gərəkdir ki, Rusiya, Yaponiya, Hindistan, Çin siyasətçiləri konkret mədəniyyət sisteminin yetişdirmələridir.

Ssenarilər: dünya sisteminin qeyri-müəyyənliyi

Hazırda dünyanı iki məkanda olan ixtilaflar silkələyir – biri Yaxın Şərqdə "Ərəb baharı", digəri isə sürətlə silahlanmanın getdiyi Asiya-Sakit okean hövzəsidir. Bunların hər biri qlobal miqyasda kifayət qədər problemlər yaradır. İndi daha çox Yaxın Şərqdə baş verən hadisələrdən narahatlıq vardır. Burada region xalqları arasında ziddiyyətlər artır. Kənardan da bu prosesi sürətləndirən təsirlər olur. Xüsusilə, terror həmin regionda vüsət alır. İŞİD-lə mübarizə üçün yaradılmış beynəlxalq koalisiyanın da tədbirləri hələlik istənilən nəticəni vermir.

Əvəzində, böyük dövlətlər arasında Yaxın Şərq məsələsi ilə bağlı fikir ayrılıqları dərinləşir. H.Kissincer, F.Fukuyama, Z.Bjezinski və başqa tanınmış analitiklər ilk növbədə həmin regionda cərəyan edən hadisələrin məzmununa görə dünya nizamının dəyişilməsi zərurətinin yarandığını vurğulayırlar.

Bunların fonunda Asiya-Sakit okean hövzəsində müşahidə edilən geosiyasi-hərbi proseslərin əhəmiyyətini azaltmaq olmaz. Ekspertlərin proqnozuna görə, bu bölgə yaxın perspektivdə nüfuz dairəsi uğrunda mübarizənin əsas meydanına çevriləcək. Məsələnin bu tərəfi həm maraqlıdır, həm də qlobal miqyasda geosiyasi nizamın dəyişməsinə ən güclü təsir edə biləcək regiona işarədir.

Əslində, Qərb mütəxəssislərinin böyük əksəriyyəti Asiya-Sakit okean hövzəsinin dünya geosiyasətinin "ağırlıq mərkəzi" olacağı proqnozu ilə razılaşırlar. Burada bir məqamı vurğulamaq istərdik. "Geosiyasi ağırlıq mərkəzi" anlayışı ilə "geosiyasi güc mərkəzi" anlayışı arasında fərq vardır. Birincisi dünya səviyyəsində geosiyasi aspektdə ən əhəmiyyətli, mövcud vəziyyəti dəyişmək potensialına malik proseslərin baş verdiyi məkanı ifadə edir. İkincisi isə qlobal miqyasda daha çox təsir imkanına və vasitələrinə malik dövlət və ya dövlətlər qrupunu nəzərdə tutur.

Müasir dövrdə ən güclü geosiyasi güc mərkəzi geosiyasi ağırlıq mərkəzi rolunu oynayan məkanda yerləşməyə də bilər. Məsələn, mümkündür ki, Asiya-Sakit okean hövzəsi dünyanın geosiyasi ağırlıq mərkəzi olsun, ancaq əsas geosiyasi güc mərkəzi rolunu Amerika oynasın.

Faktiki olaraq H.Kissincer, F.Fukuyama, Z.Bjezinski, C.Fridman, C.Nay və digər amerikan analitiklərin dünyanın yeni nizamı haqqında apardıqları təhlillərin arxasında bu məqam dayanır. Geosiyasi ağırlıq mərkəzini Asiya-Sakit okean regionuna keçirməklə dünya lideri rolunu oynamaq strategiyası yeni qlobal nizam yarada bilərmi? Bizcə, indi bu suala cavab vermək çox çətindir.

Bəs onda mütəxəssislər konkret hansı yeni dünya nizamından danışırlar? Məsələyə Qərbin deyil, başqa geosiyasi məkanın tədqiqatçılarının mövqeyindən yanaşmaq olar. Rusiyalı mütəxəssis İvan Timofeyev yazır ki, "Ərəb baharı" və Asiya-Sakit okean regionundakı vəziyyət "dünya nizamını silkələyə bilər" (bax: Иван Тимофеев. Мировой порядок или мировая анархия? Взгляд на современную систему международных отношений. Pабочая тетр. № 18/2014; Российский совет по международным делам (РСМД). М.: Спец книга, 2014, 48 с.).

Yaranmış vəziyyətdə beynəlxalq münasibətlərdə böhranlı situasiyaları əvvəlcədən proqnozlaşdırmaq prinsipial əhəmiyyət kəsb edir. Ancaq bu vəzifəni yerinə yetirmək elə də asan deyil. Mütəxəssisin fikrincə, bunun əsas səbəbi mövcud sistemdə qeyri-müəyyənliyin yer almasıdır. Hadisələrin inkişaf ssenarisi haqqında yalnız ehtimal aspektində danışmaq mümkündür. Bu da, gözlənilməz, sıçrayışlı hadisələri öncədən proqnozlaşdırmaq imkanlarını faktiki olaraq minimuma endirir.

Şübhəsiz, belə bir vəziyyət göstərir ki, "meydana çıxan ziddiyyətlərin kəskinləşməsi riski dünya nizamının xarakteri ilə şərtlənir" (bax: əvvəlki mənbəyə). Belə sistemlərin dinamikası bir qayda olaraq xaotik olur. Xaos isə qeyri-müəyyənliyin mənbəyidir.

Əgər dünya nizamı xaotik proseslərlə xarakterizə olunursa, onda onun yeni nizamlılıq səviyyəsinə keçidi necə ola bilər? Bu sualın cavabı məlum deyil. Ancaq analitiklər onun ətrafında təhlillər aparır, müxtəlif ssenarilər irəli sürürlər. Görünür, bunlar sadəcə ehtimali fikirlər söyləmək üçündür. Reallıqda isə insanlar həlak olur, müxtəlif dövlətlərin mübarizəsi kəskinləşir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM