İŞİD Moskvada: onlarla ölü, 100-dən çox silah...

20:22 / 06.11.2014

Rusiyanın Moskva vilayətində bir ilə yaxındır şose yollarda gecələr tələ qurub sürücüləri və onların sərnişinlərini heç bir səbəb olmadan güllələyən qorxulu quldur dəstəsi nəhayət ki, ələ keçib.

Bir ilə yaxındır sürücüləri qorxu və dəhşət içində saxlayan seriya qatillərin yaxalanması zamanı atışma olub, qruplaşma rəhbərlərindən biri öldürülüb.

“LifeNews” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, xüsusi əməliyyat noyabrın 6-na keçən gecə Moskva ətrafındakı Ramensk rayonunda keçirilib.

Əməliyyat zamanı Udelnaya qəsəbəsində quldur dəstəsinin gizləndiyi şəxsi ev darmadağın edilib. Banda üzvlərindən biri xüsusi təyinatlı SOBR dəstəsinin döyüşçülərinə tərəf qumbara atıb, xüsusi təyinatlılar cavab atəşi ilə onu öldürüb.

Atışma zamanı evdə yanğın başlayıb və kottec tipli ev yanıb. Evin qalıqları arasında gizli silah anbarı aşkarlanıb, orada 60-dan çox avtomat silah, minlərlə patron olduğu bildirilir.

Eyni vaxtda Moskvanın Dmitrovsk şosesində xüsusi təyinatlılar banda üzvlərinin qalan hissəsini yaxalamaq üçün əməliyyat keçirib. Bu əməliyyatda 14 nəfər saxlanılıb. Onlardan iki “AKS” avtomatı və 100-dən çox patron götürülüb. Məlumatda deyilir ki, banda üzvlərindən ikisi qadındır.

Həmçinin banda üzvlərinin kirayə qaldıqları evlərdə axtarış aparılıb və həmin ünvanlardan da silah-sursat götürülüb. Ümumlikdə əməliyyatın gedişində 100-dən çox silahın ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, yolda üzərində üçbucaqlı iti çıxıntılar olan lövhələr yerləşdirməklə maşınların təkərlərini deşən qatillər öz qurbanlarını bu yolla tələyə salırdılar. Gecə vaxtı şose yolda hərəkət edən maşınların təkərləri qəfildən deşiləndən sonra sürücülər maşını saxlayır və təkəri dəyişməyə cəhd edəndə pusqudan çıxan manyaklar onları heç nə demədən güllələyirdi.

Bu seriya qatillər barədə mətbuat ilk dəfə bu ilin avqustunda yazıb. Lakin dəstənin ötən ilin sentyabrından fəaliyyət göstərdiyi ehtimal olunur.

Mətbuat manyak dəstəsinin eyni dəsti-xətt üzrə törətdiyi bir neçə cinayət əməli haqda yazıb. Məsələn, mayın 3-də Moskva ətrafındakı Don şosesinin 84-cü kilometrliyində yük maşınının sürücüsü yolun kənarında qəza siqnalını yandıraraq dayanmış “KİA Ceed” avtomobilini görüb. Məlum olub ki, maşının yanında onun sürücüsünün - 64 yaşlı Moskva sakini Anatoli Lebedevin və arvadı, 62 yaşlı Tatyananın cəsədləri var. Hər iki şəxsin güllələndiyi məlum olub.

Araşdırma zamanı bəlli olub ki, cinayətkarlar yola üzərinə üçbucaqlı iti çıxıntı (mıxça) bərkidilmiş lövhə qoyublar və avtomobil bu lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün avtomobildən düşüb domkratı yerləşdirmək istəyəndə manyaklar iki tapança ilə onu və arvadını güllələyiblər. Maşında mobil telefonlar, videotexnika, planşet və pul olsa da cinayətkarlar onların heç birinə toxunmayıb.

Təxminən iki ay sonra yenə də həmin trasda eyni ssenari ilə daha bir qətl hadisəsi törədilib. Bu dəfə cinayətkarlar yolun 45-ci kilometrliyində tələ qurublar. Tula vilayətinin sakini, 53 yaşlı Aleksey Tsıqanovun “Chevrolet Cruize” avtomobili tələnin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün maşından düşəndə güllələnib. Soyğun izlərinə rast gəlinməyib.

Bundan bir gün əvvəl - avqustun 19-da isə Moskva dairəvi beton yolunun Fominsk kəndi yaxınlığından keçən hissəsində 31 yaşlı moskvalı, Moiseyev adına rəqs ansamblının keçmiş rəqqası Albert Yusupov eyni ssenari ilə öldürülüb. Bildirilir ki, istirahət günü Yusupov Luxovitsk rayonundakı bağ evinə gedib. Gecə saat 2-də geri qayıdanda yolda dostuna zəng edib və maşınının təkərinin buraxdığını deyib. Daha sonra onunla əlaqə kəsilib.

Məlum olub ki, Yusupovun “Opel” markalı avtomobili də üstündə üçbucaqlı iti çıxıntılar bərkidilmiş lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün düşəndə güllələnib. Cinayətkar Yusupova arxadan üç dəfə atəş açıb, daha sonra başından yoxlama atəşi açaraq öldürüblər. Avtomobildən heç nə oğurlanmayıb...

Dəstənin onlarla bu cür qətl həyata keçirdiyi ehtimal edilir. Hüquq-mühafizə orqanları qatillərin izinə düşmək üçün aylarla axtarışlar aparsa da nəticə əldə edə bilmirdi. Nəhayət, dəstənin izinə düşmək mümkün olub. Heç bir səbəb olmadan və soyğunçuluq məqsədi daşımadan sürücüləri öldürməklə məşğul olan bu bandanın hərəkətləri “Grand Theft Auto” adlı kompüter oyununun süjetini xatırlatdığı üçün ona “GTA bandası” adı qoyublar.

Hələlik “GTA bandası”nın liderlərinin və saxlanılan üzvlərinin adları açıqlanmır. Lakin hüquq-mühafizə orqanlarından bildiriblər ki, banda üzvləri yolda pusqu qurub sürücüləri öldürməklə yanaşı İŞİD üçün tərəfdarların “verbovka” edilməsi və onlara silahlı təlim keçilməsi ilə də məşğul olublar.

Müstəntiqlər istisna etmirlər ki, yolda pusqu qurub sürücülərin öldürülməsi də məhz gələcək İŞİD döyüşçüləri üçün məşq olub.

Mənbələr bildiriblər ki, banda üzvlərindən bir neçəsinin yaxın günlərdə Suriyaya getməyə hazırlaşdığı da müəyyən edilib. Bandanın rəhbərlərinin “olduqca radikal baxışlara malik olduğu” bildirilir.

Əməliyyatın keçirildiyi Udelnaya qəsəbəsinin sakinləri deyiblər ki, banda üzvlərinin qaldığı həmin kottecin hündür hasarı olub və onun sakinləri qapalı həyat tərzi keçiriblər. Qonşular onların “deyəsən, Asiya əsilli olduqlarını” bildiriblər. Hüquq-mühafizə orqanları isə hələlik rəsmi açıqlama vermirlər.

Virtualaz.org


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM