Gürcüstanda hökumət böhranı dərinləşir

10:33 / 07.11.2014

Ekspertin fikrincə, Gürcüstanda qərbyönlü qruplar yenidən iqtidara gəlməyəcəyi təqdirdə Bakı-Tiflis-Qars, TANAP kimi layihələrə yenidən baxıla bilər

Gürcüstanda siyasi böhran yaşanır. Müdafiə naziri İrakli Alasaniya noyabrın 4-də vəzifəsindən istefa verib. Bundan bir gün sonra isə xarici işlər naziri Maya Pancikidze və onun müavinləri David Zalkaliani, Tamar Beruçaşvili, Levan Qurqenidze və David Calaqaniyan istefa veriblər. Pancikidze hakim “Gürcü arzusu” Partiyasının sıralarından çıxacağını elan edib.

 
Ötən gün isə İrakli Alasaniyanın rəhbərlik etdiyi Bizim Gürcüstan - Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. “Media forum” saytının məlumatına görə, İrakli Alasaniya özü belə bəyanat yayıb. O qeyd edib ki, hakim “Gürcü arzusu” koalisiyası ilə yolları sivil formada ayrılıb, amma oturub bu barədə müzakirə aparmaq mümkün olmayıb. Qeyd edək ki, hazırda hakim koalisiyadan müdafiə naziri İrakli Alasaniya ilə yanaşı xarici işlər naziri Maya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə postlarını tərk ediblər.
 
Politoloq, Ankara Universitetinin doktorantı Orxan Qafarlı deyir ki, Gürcüstanda yaşanan siyasi böhran uzun zaman gözlənilən bir proses idi. Ekspertə görə, hakim komanda daxilində qərbyönlü və Rusiyaya yaxın qruplar vardı: “İqtidarda iki qrup vardı. Qərbyönlülər və Rusiya ilə münasibətləri balanslı şəkildə aparmağı müdafiə edən sabiq baş nazir Bdzina İvanişvilinin komandası. Bu qrup bir mənalı olaraq Rusiya ilə münasibətlərin bərpa olunması və Qərblə Rusiya arasında balanslı siyasətin yürüdülməsinin tərəfdarı idi. Bdzina İvanişvilinin ”Gürcü Arzusu" koalisiyası iqtidara gəldikdə planlarında olan balanslı xarici siyasətə hökumət qurmağa çalışdı. Hökumətin xarici siyasət, təhlükəsizlik və Avropaya İnteqrasiya nazirlikləri qərbyönlü qrupun nəzarətində idi. Bu qrupun hökumət içində lideri Azad Demokratlar Partiyasının sədri İrakli Alasaniya idi. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin İrakli Alasiniyanı istefaya göndərməsi “Gürcü Arzusu” koalisiyasının çökməsi deməkdi. Müdafiə naziri olaraq istefaya göndərilən İrakli Alasaniya, ardınca xarici işlər naziri Maya Pancikidze, Avropa inteqrasiya naziri Aleksi Petriaşvili və nazir  müavinləri, ən sonda Gürcüstanın ATƏT-dəki təmsilçisi diplomat da istefa verdi. Eyni zamanda parlamentdə “Gürcü Arzusu” koalisiyasında olan 10 millət vəkili də istefa verib". 
 
 
O.Qafarlı deyir ki, bu istefalar mövcud hökumətin böhranıdır. Gürcüstanda 7 nazirin istefasının hökumətin istefaya getməsinə səbəb olduğunu deyən ekspertin sözlərinə görə, proseslər bu istiqamətdə davam edərsə hökumət istefaya gedəcək. O.Qafarlı deyir ki, ən ciddi problem odur ki, yeni hökumətin qurulması da ciddi problem yaradacaq: “Və ”Gürcü Arzusu" koalisiyasının ən zəif tərəfi yenidən hökumət qurulması üçün məclisdə yetərli səsə sahib olmamasıdır. Bu gün Gürcüstanda hökumət formalaşdırmaq üçün siyasi qrupa ən azı 76 millət vəkilinin səsi lazımdır. Hazırda parlamentdə iqtidar koalisiyasında ayrılanlarla birlikdə 70 millət vəkili mövcuddur".
 
Gürcüstanda baş verən siyasi böhran regional siyasətdə ciddi problemlərə səbəb olacaq: “İstefa verən nazirlər Azərbaycan, Türkiyə və Qərbin yaxın dostları idi. Yerlərinə gələcək nazirlərin Azərbaycana, Türkiyəyə və Qərbə nə qədər yaxın olacaqları bilinmir. Belə bir ehtimal var ki, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçirilən hərbi təlimlər və görüşlər Rusiya tərəfində qıcıq yaradıb. Və uzun zamandır İrakli Alasaniyanın istefaya göndərilməsi üçün Gürcüstan hökumətinə təzyiqlər edilirdi. Və bu gün müdafiə nazirinin istefaya göndərilməsi bununla bağlıdır. 
 
Artıq Azərbaycan, Gürcüstan və Türkiyənin birlikdə formalaşdırdıqları regional əməkdaşlıq sual altındadır. Gürcüstanda qərbyönlü qruplar yenidən iqtidara gəlməyəcəyi təqdirdə Bakı-Tiflis-Qars, TANAP kimi layihələrə yenidən baxıla bilər".
 
KƏNAN

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM