1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov bu gün Binəqədidə yerləşən qəbiristanlıqda dəfn ediliblər. Dəfndə nişanlı cütlüyün yaxınları iştirak edib. Dünyasını dəyişənlərin qəbirləri yan-yana qazılıb.
Yas mərasimi zamanı diqqət çəkən məqamlardan biri isə dəfndən sonra qəbirlərin üzərinə xonçaların qoyulması olub. Görünür cavanların ailələri belə bir ürək dağlayan addımı, cütlüyün nişanlı olmasına və arzularına çatmadıqlarına görə ediblər.(azadxeber.net)
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.