Sevilin atası Şakir kişinin Axar.az-a söylədiyinə görə, bu dəfə qızları artıq öz şəxsi arzusu ilə əslən Sabirabaddan olan sevdiyi gənclə ailə həyatı qurub. Qızlarının son dərəcə xoşbəxt həyat sürdüyünü deyən Suğra xanım isə gənclərin internet vasitəsi ilə tanış olaraq evləndiklərini söyləyir.
Xatırladaq ki, 2 ay əvvəl Oğuz rayon Muxas kənd sakini 21 yaşlı Sevil valideynləri tərəfindən məcburi olaraq nişanlandığı üçün öz toy günündə evdən qaçmışdı. Çıxılmaz vəziyyətdə qalan valideynlər toy məclisinin pozulmaması üçün kiçik qızları 15 yaşlı Sürəyyanı evdən gedən qızlarının əvəzinə gəlinlik masasına əyləşdirmişdilər. Həddi-buluğa çatmayan yeniyetmə qızın ailə qurmasından xəbər tutan hüquq-mühafizə orqanlarının nümayəndələri dərhal məsələyə müdaxilə edərək, toyu ləğv etmişdilər. Bəy isə öz kürsüsündən birbaşa polis məntəqəsinə aparılmışdı.