Lakin hər mesaja görə ödəniş edilməsi xəbərləri yalandır. Bu səbəblə bu tip mesajlara heç bir şəkildə etibar edilməməsi lazımdır. Bu “Whatsapp” fırıldağı yeni deyil. Keçən il də buna bənzər bir formada bir çox Whatsapp istifadəçisinə mesajlar gəlirdi. Mesajda yenə Whatsappın ödənişli olacağı, ancaq bu mesajı dostlarınızla paylaşdığınızda logonuzun mavi olacağı və Whatsappdan ödənişsiz istifadə edilə biləcəyi bildirilirdi. Əlbəttə bu bir tələdir. Bu tip mesajlara inanan insanların sayəsində mesajlar qısa bir müddətdə yayıldı. Mesajlar o qədər geniş yayıldı ki, hətta Twitterdə ən çox müzakirə edilən mövzülar siyahısına da girdi./editor.az/