Ruslan Abışov: Bütün Rusiya Azərbaycan millisinin aldığı mükafatdan danışır

16:51 / 12.11.2013

Rusiyanın "Rubin" klubunun və Azərbaycan millisinin futbolçusu Ruslan Abışov azerisport.az saytına müsahibəsində Rusiyadakı həyatından, "Qəbələ"nin təklifindən, yığmanın yoldaşlıq görüşlərindən və Berti Foqtsdan danışıb

 - Zədən nə yerdədi, artıq sağalmısan?

- 1 həftədi məşqlərə başlamışam. Bildiyiniz kimi, Rusiya ilə oyunda köhnə zədəmi yeniləmişdim. İndi yığmanın düşərgəsində hazırlaşıram. İnanıram ki, millinin oyunlarında oynamaq imkanı olacaq. Fikrimcə, yığmadan sonra Kazana qayıdanda oynamağa hazır olacam. Zədə artıq keçmişdə qalıb. 

- Azərbaycan - Rusiya görüşündən əvvəl Ryazantsevlə mərc gəlmişdin. Sonu necə oldu?

- Kazana qayıdanda Ryazantsev mənə qiymətli hədiyyə bağışladı. O mərc gələrək demişdi ki, Rusiya Bakıda 3 xal qazanacaq. Mən isə demişdim ki, Azərbaycan uduzmayacaq. Ona görə mənə hədiyyə verdi. Millimizin oyununu yüksək qiymətləndirdi. Eyni zamanda Bakını çox təriflədi. Ryazantsev dedi ki, paytaxtımızın belə gözəl olduğunu bilmirdi. Şəhərimizdən çox razı qalıb. 

- "Rubin" son zamanlar yaxşı təsir bağışlamır...

- Komanda son turlar qələbə qazana bilmir. Amma bu, müvəqəttidi. Bizim yaxşı heyətimiz var. İnanıram ki, fasilədən sonra uğurlu çıxış edəcəyik. Mən də yığmadan kluba hazır vəziyyətdə qayıdacağımı düşünürəm. Zədəm sağalıb. Məşqçi nə vaxt istəsə, oynamağa hazıram. Komandanın uğurunda payımın olması üçün çalışmaq istəyirəm. "Rubin" də sözümü deməyi bacarmalıyam.

 - Yığmanın oyunundan sonra orada sənə münasibət dəyişib?- Yaxşı mənada dəyişib. Çoxları millimizdən belə oyun gözləmirdi. Rusiyada ən çox müzakirə olunan mövzu bizim mükafatlardı. Hamı məndən futbolçularımızın Şimali İrlandiya üzərində qələbəyə görə nə qədər mükafat aldığını soruşur. Amma mən belə məsələlərə şərh vermirəm.

 - "Qəbələ" səninlə maraqlanır və heyətə cəlb etmək istəyir...- Mənimlə maraqlanan bütün komandalara təşəkkür edirəm. Amma Azərbaycana qayıtmaq barədə düşünmürəm. Hazırda bütün fikrim "Rubin"lə bağlıdı. Azərbaycandan gedən futbolçulara dəstək olmaq lazımdı. Onları geriyə qaytarmaq yox. İnanıram ki, komandamda start heyətə düşəcəm. Əlbəttə, indi mənim ehtiyatda qalmaq yaşım deyil. Ancaq baş məşqçinin mənə inandığını və güvəndiyini bilirəm. Həmin etimadı doğrultmaq istəyirəm. 

- Rusiyadan olan təkliflərdən də imtina etmisən?- Onlar çoxdan var idi. Premyer Liqanın digər klubları məni icarəyə götürmək istəyirdi. Amma Kurban Berdıyev dedi ki, Abışov satılmır və icarəyə verilmir. Əgər mənim haqda yaxşı fikirdə olmasaydı belə söyləməzdi. O insanın komandanın uğurlarında böyük rolu var. Kurban Berdıyev kimi məşqçiylə çalışmaq mənə çox şeyi öyrədir. Ona görə onun ümidlərini doğrultmaq istəyirəm. 

- Yığmanın Estoniya və Qırğızıstanla oyunları haqda nə deyə bilərsən?

- İlin son oyunlarıdı. Hər iki matçda qələbə qazanmaq istəyirik. Estoniya ilə oyun daha maraqlı olacaq. "Amkar"da oynayan Vasilyevi tanıyıram. Eyni zamanda Dmitri Kruqlov da Estoniyanın şərəfini qoruyur. Qırğızıstan son oyunlarda İndoneziya və Tacıkistana uduzub. Amma həmin oyunları görməmişəm. Fikrimcə azarkeşlər də bizdən uğur gözləyir. 

- Yəqin nəticə Berti Foqtsun taleyinə təsir edəcək...

.- Bilmirəm. Bu məsələni AFFA həll edir. Mənim fikrimcə Foqts qalsa daha yaxşı olar. Bütün futbolçularımız bu fikirdədi. 6 ildir bir yerdə çalışırıq. Bir-birimizi tanıyırıq. Yeni məşqçiyə vaxt lazım olacaq. O komandanı tanıyır və uğulu çıxışımızı davam etdirməyin yolunu da bilir. İstənilən halda biz futbolçular həmişə maksimum oynamağa hazırıq. Məşqçi məsələsini federasiya həll edəcək. 

- Azərbaycan çempionatını izləyirsən?

- İnternet vasitəsilə bəzi oyunlara baxmışam. "Neftçi", "Qarabağ" və "Qəbələ" çempionluğa əsas namizəd sayılır. Amma "Bakı"nı, "İnter"i və digər komandaları unutmaq olmaz. Sadəcə, indiki halda əsas mübarizə "Qarabağ"la "Neftçi" arasında gedir. Vacib oyunlar hələ irəlidədi. 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM