Bazarda qulaq kəsənlər (ARAŞDIRMA)

15:11 / 11.11.2014

Bakıda bir nəfər göyərti alverçisi var - həftədə 1000 manat pul qazandığını deyir. “Kənddən göyərtinin dəstəsini 6 qəpikdən alıram, yarmarkada 10 qəpikdən verirəm. Hər həftə 25 min dəstə satıram”, - deyə 50 yaşlı Zirə sakini ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. 

İşə ailəlikcə qoşulublar, eyni piştaxta arxasında 3-4 nəfər dururlar, həyat yoldaşı və 2 oğlu da onunla birlikdə mal satır - gün ərzində 700-1000 müştəriyə xidmət eləmək asan deyil. “Məsələnin ayrı çətinliyi də var - yarmarkanın başqa alverçiləri mənə düşmən kimi baxırlar. Onlar göyərtini 14-15 qəpikdən satırlar, çünki alverçidən götürürlər, camaat da əsas məndən alır”,- deyə o, əlavə edir. 

Məsələ çox sadədir. Məhəllə camaatı həftənin son günlərində keçiriləcək yarmarkanı gözləyir və dükanda dəstəsi 20 qəpiyə satılan göyərtini yarmarkadan 10 qəpikdən alırlar. Hər ailə təxminən 20-25 dəstə ilə həftəni yola verir. Yəni alan da, satan da, hələ üstəlik məhsulu istehsal edən kəndli də razı qalır. Niyə də razı olmasın, hər halda son gəlirin 60 faizi ona qalır. 

Amma ANS PRESS-in araşdırmasına görə, bunu heç də Bakıda satılan kənd təsərrüfatı mallarına şamil eləmək olmaz. Dükan və bazarda satılan əksər kənd təsərrüfat malları istehsal qiymətindən 3-4 dəfə baha satılır. Mexanizm sadədir və sadə bir misalla bunu izah etmək çox rahatdır. Məsələn, hansısa alverçi Qazaxdan əriyin kiloqramını 20 qəpikdən alır və Bakıya gətirir. Təbii ki, o şəhər girmir və malını Lökbatan tərəfdəki topdansatış bazarında kiloqramı 40 qəpikdən yeşiklərlə satır. Onların əsas müştəriləri şəhər dükanlarında və bazarlarında işləyən ticarətçilərdir. Həmin ticarətçilər də götürdükləri məhsulu orta hesabla 80 qəpikdən satırlar. 

Göründyü kimi, məhsulun il ərzində əziyyətini çəkib yetişdirərək süfrələrə göndərən istehsalçıya yalnız qəpik-quruş qalır. Digər tərəfdən Bakıda və digər iri şəhərlərdə “formalaşmış” alverçi şəbəkəsi daima pressinq göstərərək kəndli təsərrrüfatlarından məhsulu daha ucuz almağa çalışır. Hətta bunun izləri statistikada özünü göstərir. Statistikaya görə, təkcə keçən ay ölkə üzrə almanın istehsalçı tərəfindən satış qiyməti 9,4 faiz, armudunku 4,1 faiz, zoğalın istehsalçı qiymət isə 9,4 faiz azalıb. Yəni bu cür misalları çox göstərmək olar. 

Yaranmış vəziyyət kəndli təsərrüfatlarında məhsul istehsalına marağı azaldır. Çünki satılan məhsuldan əldə edilən gəlir kəndlinin dolanışığını təmin etmir və o, alternativ yollar axtarır. Bunun nəticəsində, kənddə ənənəvi məhsul istehsalçıları yoxa çıxır. Bakı bazarlarında onların məhsullarının yerini ya yerli istixana məhsulları, ya da ucuz xarici mallar tutur. Meyvə-tərəvəz bazarlarında son zamanlar müşahidə olunan növ cırlaşması məhz bununla bağlıdır. Uduzan isə şəhər istehlakçısıdır, adətən konveyer üsulu ilə yetişdirilən kənd təsərrüfatı məhsullarının zərəri faydasından çox olur. 

Məntiqlə düşünmək olar ki, rayonlardan mal gətirən alverçilər özləri bu sistemi dağıda bilərlər. Yəni onlar malı birbaşa bazarlara aparıb özləri sata bilər və kənd təsərrüfatı məhsullarının bu 3 dəfə əl dəyişdirərək 4 dəfə bahalaşması baş verməz. Nəzəri cəhətdən belədir, amma reallıqda isə bu, heç cür mümkün deyil. Bakıda sayı xeyli azalmış bazarlara kəndli, yaxud alverçi birbaşa mal gətirə bilməz, çünki onu bazara buraxmırlar. Bazarın girişində fəaliyyət göstərən topdansatışçılar isə malın qiymətini həddindən aşağı salırlar. Ona görə də o, gətirdiyi malı Lökbatanda topdansatış qiymətinə satmağa üstünlük verir. 

Kənddə məhsulu yetişdirən fermerlərin bazarlara mal gətirməsi də çətin məsələdir. İlk növbədə, onların bu işi görmək üçün nəqliyyat vasitəsi yoxdur. Nəqliyyat vasitəsi olanlar isə Bakıya mal gətirə bilməzlər, çünki yolda Nəqliyyat Nazirliyinin və Dövlət Yol Polisinin əməkdaşlarının yerli-yersiz yaratdığı maneələri keçib gələ bilməzlər. Ümumiyyətlə, Bakıya rayonlardan məhsul gətirən maşınların bu işi görmək üçün hansı “qaydalara” əməl etməsi qaranlıq məsələdir. Nabələd adam bu yolları heç cür keçə bilmir. 

Hələ ki, problemi az-çox şəhərdəki yarmarkaların fəaliyyəti yüngülləşdirir. Yəni camaatın imkansız hissəsi gözləyərək, həftə sonunda yarmarkalardan alış-veriş edir. Yarmakalarda qiymət nisbətən ucuz, çeşid isə bol olur. Lakin rayonlardan daima mal daşıyan alverçilərin yarmarkalara girişi qeyri-mümkündür. Mövcud qaydalara görə, yarmarkada yalnız məhsulun birbaşa istehsalçıları satış təşkil edə bilərlər. Təbii ki, belə olanda yarmarkalara əsasən konveyer üsulu ilə texniki məhsul istehsal edən iri istehsalçılar girir. Yaşadığı kənddən xüsusi arayış gətirə bilən alverçilər də yarmarkalarda ucuz məhsul sata bilirlər. 

Amma bu da problemi tam həll edə bilmir və kənddə istehsal edəlin keyfiyyətli məhsullar şəhər əhalisinin süfrəsindən kənarda qalır. Vəziyyətin düzəldilməsi üçün hökumət səviyyəsində “Yaşıl marketlər” layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulur. Əslində, “yaşıl marketlər”in sovet dövrünün “Azərittifaq”ı kimi fəaliyyət göstərəcəyi, kənddən keyfiyyətli məhsulları əlverişli qiymətə şəhər dükanlarına gətirəcəyi düşünülürdü. “Yaşıl marketlər”in pərakəndə ticarətdə istehsalçı qiymətlərinin üzərinə maksimum 30% qoyacağı ehtimal edilirdi, Lakin aradan xeyli keçib və Bakı sakinləri “Yaşıl market”in nə olduğunu hələ də görə bilmirlər. 

Düzdür, Kənd Təsərrüfatı Nazirliyindən (KTN) ANS PRESS-ə bildiriblər ki, layihə üzrə tezliklə tutarlı addımlar açıqlanacaq və Bakı əhalisi yenidən keyfiyyətli yerli məhsullarla qidalanacaq. Nə isə, yaşayarıq, görərik. Belə vədləri verən çox olub...



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM