MÜASİR AZƏRBAYCANDA MİLLİ TURİZM SİYASƏTİ VƏ İNSAN HÜQUQLARINA NƏZƏRİ-KONSEPTUAL BAXIŞ

13:03 / 12.11.2014

 

...turizm Azərbaycanda hazırda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Giriş:

Azərbaycan Respublikasında turizm siyasətinin inkişafı və ölkədə insan hüquqlarının qorunması istiqa­mətində dövlətin həyata keçirdiyi siyasət sahəsində əldə olunan müsbət nəticələr məsələyə nəzəri-konseptual baxış tələb edir. İlk baxışda hər iki sahəyə ayrı-ayrılıqda diqqət yeti­rilsə də əslində ölkədə turizm siyasətinin inkişafı insan və vətəndaş hüquqları ilə vəhdət təşkil edir. Yəni Azərbaycanda turizmin inkişafı sosial-iqtisadi siyasətə dəstək verməklə əslində insan kapitalına, dolayısı ilə insan hüquq­larına göstərilən yüksək münasibətin təzahürü kimi həyatımıza daxil olur.

Azərbaycanda turizm sahə­sində sovet təcrübəsinin daha mütərəqqi və müasir Avropa, Qərb təcrü­bəsilə əvəz olun­ması, ölkədə milli turizmin inkişafına və bu sahədə kadr potensialının yüksəldilməsi məq­sədi ilə ali təhsilin prioritetlərini və turizm siyasətinin perspektivlərini göstərmiş olur. Milli turizmin inki­şafı sadəcə füsunkar təbiətdə dolaşıb, əylənməklə məhdudlaşmır. Burada dövlət siyasəti diqqət mərkəzində olmalıdır. Turizm Azərbaycan Respublikası üçün həm mədəniyyətinin, tari­xinin, dilinin, iqtisadi potensialının tanınması, həm də bu ölkədə insan hüquq və azadlıqları, vətən­daş hüquqlarının qorunması kimi məsələlərə həssas yanaşıldığını göstərən ictimai-siyasi ha­disə kimi də anlaşıla bilər.      

Demokratik dövlətlərdə turizm siyasətinin inkişafından danışarkən qeyd etmək lazımdır ki, o döv­lətlərdə insan hüquqlarının inkişaf tempi bu məsələdə ciddi əhəmiyyət daşıyır. İnsan hüquq­larının fonunda, dövlət vətəndaş hüquqlarının qorunmasına sosial və hüquqi dəstək verməklə ölkədə stabil inkişafa təkan vermiş olur. Bu baxımdan sosial-iqtisadi tərəqqinin müasir mər­hələsini yaşayan Azərbaycan Respublikasının son on bir il ərzində keçdiyi inkişaf yolu ölkəyə olan turist marağını ildən-ilə artırmış, paralel olaraq qazanc dalınca Azərbaycana gələn əmək miqrantlarının sayında da artım müşahidə olunmaqdadır. Dinamik inkişaf yolunu tutmuş Azərbaycanda milli turizmin genişlənməsi üçün sosial-iqtisadi rifahın, əlverişli təbiətin və mülayim iqlimin mövcud olması dövlətin bu imkanlardan maksimum istifadə edərək bölgələrdə yeni turizm komplekslərinin ərsəyə gətirilməsinə şərait yaratmaqdadır. Yüksək səviyyədə din­cəlmək hər bir turistin təbii hüququdur. Bu hüququn həyata keçirilməsində, ölkəyə daha çox turist cəlb etmək üçün gözəl təbiətin olması vacib sayılsa da həmin dövlətin insanların hüquq­larının müdafiə olunması kimi vacib məsələlərdə, sosial hüquqların qorunması və təhlü­kəsizliyin tə­min olunması kimi problemlərin həll olunması daha çox diqqət çəkən məqam­lardandır.

Azərbaycanda turizm siyasətinin inkişafı postsovet məkanında məhdud çərçivədə inkişaf etsə də hazırda vəziyyət dəyişmişdir. Turizm sahəsində qeyd olunan beynəlxalq təcrübənin tətbiq olun­ması, turizm siyasətinin inkişafında xarici ekspertlərin rəylərinin öyrənilməsi, bu baxımdan insan hüquqlarının bir parçası olan turizm hüququna riayət olunması Azərbaycanda demokratik və hüquqi dəyərlərə ciddi əhəmiyyət verildiyini göstərir. Ölkədə siyasi və hüquqi bazaya əsaslanan sosial rifah həyatın bütün sahələrinə müsbət təsir göstərdiyi kimi mədəni sahənin inkişafı və turizmin bu baxımdan perspektivlərini üzə çıxarmış olur.

İnsan hüquqlarının qorunmasına həssas yanaşılan İsveçrə, Avstriya, Almaniya, Belçika kimi dövlətlərdə turizm siyasətinin inkişafı və ilin bütün mövsümlərində dincəlmək və biznes imkanlarını dəyərləndirmək üçün bu ölkələrə üz tutan turistlərlə yanaşı əmək miqrantları həmin ölkələrdə öncə mövcud sahə ilə bağlı maariflənməyə cəlb olunurlar. Turistlər bu ölkələrdə özlərini təhlükəsiz və hüquqlarının qorunmasında heç bir problemlərin yaşanmayacağına əmin olduqları üçün dünya dövlətləri sıralarında bu ölkələrə böyük məmnuniyyətlə səfər etməkdədirlər. Azərbaycanda isə turistlərin xoş vaxt keçirməsi üçün qeyd olunan müsbət məqamlarla yanaşı multikultural dəyərlərə yüksək qiymət verilməsi turizmin inkişafına müsbət təsir edən ciddi məqamlardandır. Bu da öz növbəsində respublikada insan hüquqlarına göstərilən diqqət, turizm sektorunun inkişafı sahəsində dövlətin həyata keçirdiyi siyasətlə birbaşa bağlı olan məsələlərdir. Azərbaycanın sayca dördüncü dəfə Mədəniyyətlərarası Dialoq üzrə Humanitar Foruma evsahibliyi etməsi, gənclər siyasəti ilə bağlı I Qlobal Forumun Bakıda baş tutması ölkənin mədəniyyət sahəsində beynəlxalq aləmdə tanınmasına yol açmaqla turizmin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Turizm siyasəti sahəsində milli qanunvericilik və Azərbaycanda beynəlxalq standartların uğurla tətbiq olunması

Turizm siyasətinin inkişafını daha da yüksəltmək və uğurlara nail olmaq üçün beynəlxalq turizmin öyrənilməsi vacibdir. Ölkəyə daha çox turist cəlb etmək üçün beynəlxalq standartlara riayət olunması, rahatlığın təmin olunması məqsədilə Azərbaycanda tikilib istifadəyə verilən istirahət mərkəzlərinin sayı illər ötdükcə artmaqdadır. 

Həyatın bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu Azərbaycan Respublikasında insan hüquqlarına göstərilən yüksək münasibət heç şübhəsiz ki, turizm siyasətinin həyata keçiril­məsində də hiss olunmaqdadır. Bu, öncə onunla izah olunur ki, Azərbaycanda turistlərin rahatlığını təmin etmək üçün müxtəlif istirahət kompleksləri, otel və əyləncə mərkəzlərinin tikintisində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi bu sahədə müsbət inkişafı artırmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir”. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasətində əldə olunan uğurlar genişlənir və ölkədə baş tutan beynəlxalq tədbirlər keyfiyyət və kəmiyyət baxımından dünyanın aparıcı dövlətlərinin nəzərini cəlb edə bilir, bütün qeyd olunan müsbət dəyişikliklər eyni zamanda beynəlxalq təşkilatların da diqqətini çəkir. Bu baxımdan Dünya Turizm Təşkilatı kimi nüfuzlu qurumun müasir Azərbaycanda həyata keçirilən quruculuq işlərinə və sosial-iqtisadi tərəqqinin təzahürü kimi turizm siyasətinin inkişafına verdiyi dəyər ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini də müəyyən etmiş olur. Hər il 27 sentyabr dünyada olduğu kimi Azərbaycanda da “Beynəlxalq Turizm Günü” kimi qeyd olunur. Turizm sahəsində dünya xalqlarını bir-birinə yaxınlaşdıran bu mühüm tarixə Azərbaycan Respublikası əhəmiyyət verərək beynəlxalq turizmə töhfə verməyə hazır olduğunu bəyan edir. 

Turizm siyasətinin beynəlxalq normalara uyğunlaşdırılması sahəsində turistin sosial hüququnun qorunması və təmin edilməsi məqsədilə otel və nəqliyyat xərclərinin nəzərdən keçirilməsi və ölkəyə daxil olan əcnəbi vətəndaşların növbəti dəfə bu imkanlardan yararlanmasına şərait yaratmaq turizm sektorunun inkişafında qarşıda duran əsas məqamlardandır. İstifadəyə verilən istirahət komplekslərinin Avropa standartlarına cavab verməsi turistin üz tutduğu ölkə haqqında təəssüratının formalaşmasında az rol oynamır. Azərbaycana gəlincə, paytaxt Bakının dəniz sahili zolaqlarında və bölgələrdə (Qəbələ, Quba, Şamaxı, İsmayıllı, Gəncə, Lənkəran və s. yerlərdə) beynəlxalq standartların tətbiq olunmasına diqqət artmışdır. Qəbələ, Quba və ya Şamaxı kimi bölgələrdə turistlər beş ulduzlu otellərdə istirahət etmək imkanı əldə edir. Bu otellər füsunkar təbiətin əhatəsində insanların rahat dincəlməsinə xidmət etməkdədir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin son on bir ili ərzində Azərbaycanda turizm sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Turizmin bu baxımdan beynəlxalq münasibətlərdə oynadığı müsbət rol artmış sayılır. Sosial inkişaf və nəticə etibarilə rifah halının yüksəlməsi Azərbaycanda turizm siyasətinin xaricdə təbliğ olunması və bu sahədə milli gəlirin artmasına müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikasında turizm siyasətinin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı sənədlər bilavasitə bu sahədə ilk siyasi, həm də hüquqi baza təşkil edir. Hələ SSRİ dövründə, 1980-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olmuş Heydər Əliyevin göstərişi ilə Xəzər dənizinin sahillərində sanatoriya tipli kurort zonaları salınmışdır ki, sovet respublikalarından kifayət qədər turist bu gözəl məkanlarda müalicə almış, istirahət etmişdir.

Heydər Əliyevin sərəncamı ilə 4 iyun 1999-cu ildə qəbul olunan “Turizm haqqında Azərbaycan Respublikasının Qanunu” ölkənin beynəlxalq turizm sərgilərində iştirakına yol açdı. Bu isə turizm siyasəti sahəsində müstəqil bir dövlətin beynəlxalq ictimaiyyət tərəfindən tanınması işinə dəstək vermiş oldu. 18 aprel 2001-ci ildə Gənclər İdman və Turizm Nazirliyinin təsis edilməsi isə Azərbaycanda turizm siyasətinin həyata keçirilməsində dövlət siyasətinin mühüm əhəmiyyətini göstərmiş oldu. Hazırda Azərbaycanda turizm siyasətinin genişlənməsində Mədəniyyət və Turizm Nazirliyinin, ölkədə bu sahənin elmi-nəzəri əsaslarının hazırlanmasında isə Turizm İnstitutunun fəaliyyəti müsbət qiymət­lən­­dirilməyə layiqdir.   

Qeyd etmək lazımdır ki, 2002-2005-ci illər üzrə Dövlət Proqramının qəbul olunması və Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” Azərbaycanda turizm siyasətinin inkişafına müsbət təsir göstərmiş və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması sahəsində səmərə təşkil etmişdir.

“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icra olunduğu illər ərzində ölkədə turizm sektorunun genişlənməsi prosesi davam etmişdir. Bu illər ərzində Azərbaycana gələn turistlərin sayı iki dəfə artmışdır. Bu isə Azərbaycanda turizm siyasətinin illər ötdükcə irəliləməsindən xəbər verir. Turizm siyasətinin inkişafı və bu sahədə beynəlxalq təcrübənin uğurla tətbiq olunması Azərbaycanda stabil inkişafın davam etdiyini və insan hüquqlarının qorunması sahəsində dövlətin həyata keçirdiyi siyasətin dinamik inkişaf etdiyini sübut etməkdədir.

Göründüyü kimi Azərbaycan Respublikasında milli turizm siyasətinin qısa vaxt ərzində keçdiyi inkişaf yolu ölkə qanunvericiliyində nəzərdə tutulmuş dövlət siyasəti ilə tənzimlənmişdir. Dövlətin müasir turizm siyasəti sahəsində beynəlxalq standartlara cavab verən infrastruktur layihələrə imza atması bu sahənin genişlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu da öz növbəsində Azərbaycanda milli turizm siyasəti sahəsində əldə olunan müsbət dəyişikliklərin ölkədə insan hüquqlarına dair vəziyyətin müsbət yöndə inkişafına dəstək verməkdədir.                  

Turizm siyasətinin Azərbaycanın sosial-iqtisadi tərəqqisinə təsir imkanları

Siyasi və sosial-iqtisadi tərəqqinin davamlılığının təmin olunmasında dövlətlərin həyata keçirdiyi siyasət milli gəlirlərin dövlət büdcəsinə göstərdiyi təsir imkanlarının düzgün qiymətlən­dirilməsini tələb edir. Bu baxımdan milli turizm siyasətinin demokratik dövlətlərin sosial-iqtisadi tərəqqisində oynadığı rol heç də az əhəmiyyət daşımır.

Müasir Azərbaycanda sosial-iqtisadi inkişafın sürətlə irəliləməsində heç şübhəsiz enerji siyasətinin rolu danılmazdır. Bununla yanaşı ölkədə həyata keçirilən iqtisadi quruculuq siyasəti neft gəlirləri ilə paralel qeyri-neft sektorunun inkişafının mümkünlüyünü göstərməkdədir. Hazırda beynəlxalq münasibətlərdə gəlirli qeyri-neft sektoruna daxil olan milli turizm sektorunun inkişaf etdirilməsi məsələsi Azərbaycan Respublikasında da aktual sahə olaraq qalır.

Dünyada elə dövlətlər vardır ki, onlar turizm siyasəti sahəsində böyük təcrübəyə və səriştəyə malik­dirlər. Çox uzağa getmədən qonşu Türkiyə Respublikasında və ya ona qonşu olan Yunanıstanda turizm potensialının yüksək inkişafı ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Azərbaycanda isə bu sahədə bey­nəlxalq standartların tətbiq olunması baxımından uzun illər keçməsə də turizm siyasətinin milli gəlirə çev­rilməsi prosesi artıq başlanmışdır. Azərbaycanın turizm sahəsində çox qısa vaxt ərzində uğur­lara imza atması paytaxt Bakı da daxil olmaqla bölgələrdə turizm potensialının yüksəldilməsi qeyri-neft sektorunun inkişafında turizmin mədəni, sosial-iqtisadi, siyasi və ən əsası hüquqi əhəmiy­yətini açıq şəkildə əks etdirmiş olur. Belə olduğu halda Azərbaycanda turizm siyasətinin ölkənin sosial-iqtisadi tərəq­qisinə təsir imkanlarını nəzərdən keçirmək dövlət siyasəti səviyyəsində əhəmiyyətə malikdir.

Respublikada turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində beynəlxalq investisiya şirkətləri ilə münasibətlərin qurulması çox vacibdir. Artıq son illər ərzində bir neçə tanınmış investisiya şirkətinin Azərbaycanda gördüyü işlər və ölkədə turizm siyasətinin inkişafına dəstək verən güzəştli kreditlərdən yararlanmaq Avropa standartlarına cavab verən otellərin və digər istirahət komplekslərinin Bakıda və ətraf rayonlarda da tikilməsi işinə müsbət təsir göstərmişdir. Bundan əlavə misal üçün qeyd etmək olar ki, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tenderdə qalib gəlmiş “Caspian Group Consalting” şirkətinin mütəxəssis nümayəndələri tərəfindən ABŞ Ticarət və İnkişaf Agentliyindən ayrılan qranta əsasən hazırlanan turizmin uzunömürlülüyünün tətbiqinə dair planın və Türkiyə Respublikasından Azərbaycana gəlmiş turizm üzrə ekspertlərin rəy və təklifləri əsasında Nazirliyin nümayəndələri tərəfindən turizm sahəsində kadr işinin yaxşılaşdırılması, dincəlmək, yataq yerlərinin sayının artırılması, turizmin beynəlxalq aləmdə tanınan müxtəlif növlərinin tətbiq olunması, həmçinin turizm siyasətinin inkişafının müasir mərhələsinə ciddi dəstək verəcək “Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı” əhəmiyyətli nəticələrlə müşühidə olunmaqdadır. Qeyd olunan Dövlət Proqramının növbəti iki il ərzində də milli turizm sahəsində ölkəyə xarici sərmayələrin cəlb olunmasına yüksək dəstək verəcəyi gözlənilir.

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan silsilə dövlət proqramlarının qəbul olunması turizm siyasətinin inkişafına artıq müsbət təsirini göstərməkdədir. Əlverişli turizm obyektlərinin tikilib isti­­fadəyə verilməsi xarici vətəndaşlarla yanaşı yerli əhalinin də istirahətində vacib rol oynayır. Bu məsə­lədə yerli əhaliyə olunan güzəştlərin ildən-ilə artması dövlətin vətəndaşların sosial hüquqlarının təmi­­natına göstərdiyi münasibətdir. Turizm siyasətinin inkişafında yerli və xarici vətəndaşların hüquq­larının qorunmasına dövlət dəstəyi ümumilikdə Azərbaycan Respublikasının insan hüquqlarının qorun­masına verdiyi töhfənin bir nəticəsi kimi yüksək qiymətləndirilə bilər.

Azərbaycanda turizm siyasətinin sosial-iqtisadi tərəqqiyə təsir imkanlarından danışarkən bu sahədə ölkədə keçirilən beynəlxalq tədbirlərin müsbət nəticələrini də qeyd etmək lazımdır. Belə ki, 2007-ci ilin 21-22 iyun tarixlərində Bakıda “İKT-yə (28 iyun 2011-ci ildən İƏT) üzv olan ölkələrin iqtisadiyyatında turizmin rolu” mövzusunda beynəlxalq konfrans baş tutmuşdur. İKT/İƏT Azərbaycan Respublikasının müsəlman dünyası ilə münasibətlərinin qurulmasında və ən əsası diplomatik-iqtisadi əlaqələrinin inki­şafında vacib yeri olan beynəlxalq müsəlman təşkilatıdır. Azərbaycanın turizm imkanlarının müsəlman şərqində təbliğ olunması və müsəlman investisiyalarının ölkəyə cəlb olunması baxımından konfrans uğurlu nəticələr əldə etmişdir.

İKT/İƏT-ə üzv olan dövlətlərin əksəriyyəti ilə sosial-iqtisadi münasibətlər quran Azərbaycan Respublikasının turizm sahəsində uğurlara imza atmış Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qatar, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı Krallığı və s. dövlətlərlə mövcud sahədə ikitərəfli müna­sibətləri davam etdirilməkdədir. Respublikanın sosial-iqtisadi tərəqqisində müəyyən rola malik olan milli turizm sektorunun bu baxımdan genişləndirilməsi və daha müasir standartlara çatdırılması işi davam etdi­ril­məlidir. Davamlı inkişafının müasir mərhələsində Azərbaycanın turizm potensialının “Euronews”, “CNN”, “National Geographic”, “Travel Channel” kimi nüfuzlu televiziya kanalları vasi­təsilə dünya ictimaiyyətinə çatdırılması ölkənin enerji siyasətinin, iqtisadi nüfuzunun artıq dünya birliyi və ya BMT ailəsi tərəfindən qəbul olunduğunun bariz nümunəsidir.

Digər tərəfdən Azərbaycanın turizm potensialının ölkə iqtisadiyyatına müsbət təsir imkanlarının geniş müzakirələrə çıxarılmasında Dünya İqtisadiyyat Forumu və ya İsveçrənin məşhur Davos şəhə­rində keçirildiyi üçün Davos İqtisadi Forumu da adlandırılan belə nüfuzlu qurumda təbliğ olun­masının, Azərbaycanda milli turizm siyasətinin inkişafında müsbət sosial-iqtisadi meyllər kimi qiymət­lən­dirilməsi vacibdir.

Bütün sadalananları nəzərə alarq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında turizm siya­sətinin inkişafı ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə vermək üçün milli gəlirlərin hökumət tərə­findən şəffaf qiymətləndirildiyini göstərmiş olur.                     

Turizm siyasəti: Azərbaycan həqiqətlərinin təbligi və insan hüquqlarının qorunması

Turizm siyasətini həyata keçirən dövlətlərin ölkəyə gələn əcnəbiləri həmin ölkənin dili, mədəniyyəti, tarixi (qədim qatlardan müasir dövrədək keçən mərhələ, arxeoloji turlar), iqtisadi, siyasi potensialı haqqında maarifləndirməsi əslində insan hüquqlarının müasir dövrdə hansı səviyyədə qorun­duğunun hüquqi-siyasi mahiyyətini açmış olur. Bu səbəbdən biz Azərbaycan həqiqətləri deyərkən yuxarıda qeyd olunan məqamlarla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində respublika rəhbərliyinin fəaliyyəti və beynəlxalq aləmdə Ermənistanın işğalçılıq siyasətinin pislənməsi, beynəlxalq qurumların və dövlətlərin işğala məruz qalan tərəfi dəstəkləməsinin vacibliyi kimi mühüm məsələləri də qeyd etməliyik.

Qafqaz dövlətlərində turizm potensialının yüksək olması, burada əlverişli coğrafi və geosiyasi mühitin mövcud olması ilə izah olunur. Lakin Cənubi Qafqazda Ermənistanın hələ də həyata keçirdiyi işğalçılıq siyasəti regionun turizm siyasətinə maneə yaratdığı kimi, insan hüquqlarının kobud şəkildə pozulmasına da rəvac verməkdədir. Buna baxmayaraq Azərbaycan və Gürcüstan kimi dövlətlər sosial-mədəni, iqtisadi inkişafını davam etdirməyə müvəffəq olmuşlar. Lakin nəzərə alsaq ki, Ermənistanın işğal altında saxladığı rayonlarda Azərbaycanın zəngin təbii yerüstü və yeraltı sərvətləri məhv edilir və ya talan olunur, o zaman düşünməyə dəyər.

Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilə əməkdaşlıq edən Azərbaycan Respublikasının xarici siyasətində bu qurum ilə münasibətlərinin qurulması prioritet təşkil edən sahələrdən biridir. Belə olduğu halda təşkilatın imkanlarından yararlanaraq Cənubi Qafqazda Ermənistan tərəfinin yaratdığı sünii münaqişə ocağı haqqında ÜTT üzvlərinə dəqiq və qərəzsiz məlumatların elə turizm siyasəti vasitəsilə çatdırılması daha məqsədəuyğundur. Bu sahədə təbliğatın aparılması işində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti də danılmazdır.

Respublikada turizm siyasətinin inkişafı ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan tərəfi Ermənistanın işğalçılıq mövqeyinin regionda davamlı sosial-iqtisadi inkişafa, təhlükəsizliyə ciddi maneə olduğunu vurğulayır. Bununla yanaşı Azərbaycana səfər edən turistlərin Dağlıq Qarabağ müna­qişəsi haqqında məlumatlandırılması və Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymaması kimi məqamlara onların münasibətinin öyrənilməsi və turistlərin ölkələrinə qayıtdıqda bu haqda həmkarları ilə kiçik də olsa müzakirələr aparmasına dəstək məqsədi regionda insan hüquqlarının qorunmasına həssas münasibətin nəticəsi kimi anlaşılmalıdır.

Yaşadığımız regionda təhlükəsizliyin təmin olunması və davamlı sosial-iqtisadi tərəqqinin qorunması kimi mühüm məqamlara Azərbaycan-Gürcüstan münasibətlərində ciddi əhəmiyyət verilir. Hər iki dövlətin turizm imkanlarının geniş olması və Azərbaycanın regiondan iqtisadi layihələrə rəhbərlik etməsi ölkənin milli turizm siyasətinin daha da möhkəmlənməsinə və genişlənərək beynəlxalq standartlara cavab verməsinə əlverişli şərait yaradır. Əslində bu layihələrdə Ermənistanın da təmsil olunmaq üçün şansı var, lakin bu ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlaması yüksək turizm potensialı olan həmin ərazilərdə təbiətə külli miqdarda ziyan vurulması faktlarını üzə çıxar­maqdadır. Nəticə etibarilə Ermənistan iqtidarı Azərbaycan təbiətinə ekoloji terrou davam etdir­məkdədir. Bu isə Ermənistanın Cənubi Qafqaz regionunda insan hüquq və azadlıqlarına hörmət etmə­diyini göstərməklə regionun turizm imkanlarına da zərbə vurmaqdadır. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində mövcud olan Alban abidələri və kilsələr, qərəzli şəkildə qriqoryan­laşdırılır. Azərbaycanın işğal altında olmayan Qəbələ, Şəki kimi ərazilərində mövcud olan Alban abidələri bərpa olu­naraq xarici və yerli turistlərin istifadəsinə verilmişdir. Bu baxımdan bərpa olunan tarixi abidələrin təb­liği Azərbaycanda milli turizm siyasətinin inkişafına müsbət təsir edən amillərdəndir. Sadalanan mədəni, tarixi, siyasi və hüquqi məsələlər müasir dövrdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorun­ması, bilavasitə vətəndaş hüquqlarının müdafiə olunmasında hökumətin fəaliyyətini əks edirən müsbət məqam­lardır.          

Nəticə

Müasir Azərbaycan Respublikasında mədəni və sosial-iqtisadi siyasətin genişlənməsində əhəmiyyətli rol oynayan turizm sektorunun inkişaf etdirilməsi aktual olaraq qalır. Azərbaycanın turizm siyasəti sahəsində qısa müddətdə əldə etdiyi uğurların davamlılığının təmin olunması üçün siyasi və hüquqi bazanın mövcud olması gələcəkdə bu sahənin daha müasir şəraitdə inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmış olur. Bu isə öz növbəsində məsələyə nəzəri-konseptual baxış tələb edir ki, biz Azərbaycanda turizm siyasəti və insan hüquqlarına birgə yanaşmanın düzgün olduğunu məqbul hesab edərək problemi üç istiqamətdə publisistik təhlil etməyə cəhd göstərdik:

  1. Turizm siyasəti sahəsində milli qanunvericilik və Azərbaycanda beynəlxalq standartların uğurla tətbiq olunması;
  2. Turizm siyasətinin Azərbaycanın sosial-iqtisadi tərəqqisinə təsir imkanları;
  3. Turizm siyasəti: Azərbaycan həqiqətlərinin təbligi və insan hüquqlarının qorunması;

Qeyd olunan hər üç istiqamət onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının stabil inkişaf siyasəti və bu fəaliyyətin daha da möhkəmlənməsində praqmatik siyasət yürüdən Prezident İlham Əliyevin ölkədə və bütövlükdə Cənubi Qafqaz regionunda insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasi kurs ölkənin mədəni və sosial-iqtisadi inkişafında əhəmiyyəti ilə seçilən milli turizm sektorunun beynəlxalq aləmdə tanınmasına gətirib çıxarmışdır.

Turizm sahəsində beynəlxalq qanunvericiliyin öyrənilməsi və bunun milli qanunvericilikdə öz əksini tapması, mövcud sahədə beynəlxalq standartların, Avropa standartlarının uğurla tətbiq olunması və turizm infrastrukturunun yenilənməsi, müasir tələblərə cavab verən istirahət kompleklərinin tikilməsi milli turizmə marağı ildən-ilə artırmaqdadır. Bununla bərabər Azərbaycanda həyata keçirilən turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına təsir imkanlarının getdikcə daha şəffaf şəkildə üzə çıxarılması imkanları da yaranmışdır. Turizm siyasətini həyata keçirən Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində, turizm potensialının yaratdığı şəraitdən yararlanaraq beynəlxalq tədbirlər vasitəsilə dünya birliyini məlumatlandırır, eləcə də ölkəyə üz tutan turistlərin bu yöndə düzgün maarifləndirilməsinə nail olur. Nəticədə insan hüquqlarının qorunması kimi vacib amillərə diqqət artırılır və regionda Azərbaycanın aparıcı qüvvə kimi çıxış etdiyi beynəlxalq təşkilatların hesabatlarında qeyd olunur. 

Azərbaycanın milli turizm siyasəti ilə bağlı bütün sadalananları ümumiləşdirərək mövcud sahənin və insan hüquqları sahəsində respublikada görülən işləri aşağıdakı kimi, konkret müddəalarla göstərmək olar:

  • Müasir Azərbaycan Respublikasında milli turizm siyasətinin qısa vaxt ərzində inkişaf etdirilməsi təməlli dövlət siyasətinin əsasında irəliləməkdədir;
  • Azərbaycan Respublikasının milli turizm siyasəti sahəsində beynəlxalq təcrübəni öyrənərək bunu ölkə qanunvericiliyində əks etdirməsi müsbət dəyişikliklərlə müşahidə olunmaqdadır;
  • Azərbaycan Respublikasında, bütövlükdə Cənubi Qafqaz regionunda insan hüquq və azadlıqlarının qorunması məsələsi və turizm siyasətindən region dövlətlərinin yararlanmasına təhdid olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin gerçəkləşməsi məqsədilə Ermənistana təzyiqlərin davam etdirilməsi vacibdir. İşğal olunmuş Azərbaycan rayonlarına turistik səfərlər təşkil edən Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addım atdığı beynəlxalq ictimaiyyətə mütəmadi çatdırılmalı və ölkəyə gələn turistlərə təbliğ olunmalıdır;
  • Milli turizm siyasətinin inkişaf etdirilməsinin Azərbaycanın sosial-iqtisadi tərəqqisində oynaya biləcəyi rol illər keçdikcə daha aydın görünməkdədir;
  • Azərbaycanın milli turizm siyasəti və ölkədə mövcud olan insan hüquqlarına yüksək münasibət vəhdət təşkil edir və nəzəri-konseptual yanaşma ilə məsələnin təhlil olunmasını gerçəkləşdirmiş olur;  

    

 

Aqil ƏHMƏDOV,

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun

Gənc Alim və Mütəxəssislər Şurasının sədri 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM