Necə yatırıqsa, eləyik

17:00 / 12.11.2014

Yatmaq pozası xasiyyəti büruzə verir
Yatmaq pozası insanın daxili aləmini, həyat tərzini, davranışını, xasiyyətinin gizli məqamlarını göstərə bilər. Bədən dilində insan haqqında 80 faiz informasiya əks olunur. Xüsusilə də, gecə yatanda insan öz bədəni üzərində nəzarəti itirir və öz əsl "mən"ini büruzə verir. Oyaq olan vəziyyətdə insan öz hərəkətlərini idarə etsə də, yatanda bunu edə bilmir.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, yuxuda olarkən hərəkətlərimiz qorxu, həyəcan və düşüncəmizi büruzə verir: "Yatanda hansısa bir pozanı seçsək də, oyananda tam başqa pozada ola bilərik. Belə ki, yatarkən insan 25-dən 30-a qədər bədən dilini dəyişir. Əgər şəxs xəstədir və nədənsə narahatdırsa, stress vəziyyətindədirsə, 100 dəfə və daha çox o tərəf-bu tərəfə çevrilə bilər. Lakin bütün bu hərəkətlər bir-birinə oxşayır və əsas təxminən 10 yatmaq pozası fərqləndirilir. Digər hərəkətlər isə həmin pozaların oxşarı olur. Əsas yatmaq pozaları da "Alfa" və "Omeqa" pozlarına bölünür. "Alfa" poza başlanğıc, yuxuya tezə getdiyimizdəki bədənimizin vəziyyətidir. "Omeqa" yatmaq tərzi isə özümüzü rahat hiss etdiyimiz vəziyyətdir. Yuxu boyu bir neçə dəfə həmin vəziyyətə qayıdırıq. Əksər hallarda səhər yuxudan oyananda da "Omeqa" vəziyyətində oluruq. "Omeqa" vəziyyətinin 4 əsas növü var: Embrion, yayılmış, belüstü, yarı embrion".

Embrion vəziyyəti dölün ana bətnindəki vəziyyətidir. Bu vəziyyətdə yatmağı xoşlayan insan yanüstü uzanır, bədənini yay şəklində əyir, ayaqlarını dizdən bükür və bacardıqca çənəsinə daha çox çatdırır. Üzünü və bədəninin mərkəzini gizlətməyə çalışır. Ayaqlarını əlləri ilə qucaqlayaraq özünü bir növ dairəyə alır. Daxili orqanlarını gizlətməyə çalışan yatan şəxs bəzən yastığı və ya yorğanı da qucaqlayır. Adətən belə adamlar yatağın yuxarı hissəsində uzanır və üzlərini divardan əks tərəfə çevirir.

Psixoloq izah edir ki, embrion tərzində yatmağı xoşlayan insanlar bükülmüş qönçəyə bənzəyir: "Onlar özlərini həyatda baş verən hadisələrdən gizlədir. Öz daxili imkanlarından yetərincə istifadə etmir. Yatarkən öz bədən dili ilə özlərini qorumaq istədiklərini nümayiş etdirirlər. Oyaq olduqda da, gizli olsa da, bu, həyat tərzlərində əks olunur. Özlərini müdafiə etmək üçün kimisə axtarırlar. Məsələn, valideynlərindən birini və ya hər ikisini, bacı və ya qardaşını, həyat yoldaşını, uşaqlarını, qohumunu və s. özlərinə dayaq görə bilərlər".

Onlar arxalandığı insan ətrafında öz həyatını qurur, ona böyük məna verirlər. Kimdənsə asılı olmağa uşaqlıqdan vərdiş ediblər və bu, onlar üçün bir təhlükəsizliyin qorunması qaydasıdır.

Müsahibimizin dediyinə görə, çarpayıda yayılıb yatmaq insanın gözlənilməz hadisələrdən qorunmaq istəyini göstərir: "İnsan üzüaşağı uzanır, əllərini başından yuxarı qaldırır, ayaqlarını düz saxlayır və dartır, pəncələrini əks tərəflərə çevirir".

Yayılmış vəziyyətdə yatan insan çarpayıda bacardıqca daha çox yer tutmaq istəyir. Əgər şəxs çarpayının böyük bir hissəsini tuta bilmirsə, özünü zəif və aciz hiss edir. Bu tərzdə yatan insanlar öz həyatlarına və baş verən hadisələrə nəzarət etmək istəyirlər. Onlar küsəyən olur. Öz həyatlarını planlaşdırır. İntizamlı, səliqəli olurlar. Məqsədyünlü olan belə adamlar öz istəyinə çatmaq üçün çalışırlar.

Belüstə yatanlar əllərini bədəninin yanına uzadır, ayaqlarını sərbəst saxlayır. Belüstə yatanlar özünə əmin və sözü üzə deyən olurlar. Onlar düzgün insan olsalar da, bəzən kobudluq göstərirlər. Real həyatda onlar ya məqsədlərinə çatan lider, ya da tərs adamlardır. Onları öz fikrindən döndərmək çətin olur. Belə adamlar həyatın istənilən sahəsində üstün olmağı xoşlayırlar.

Fəaliyyyətlərindən asılı olmayaraq, belüstə yatanlar özlərini tam təhlükəsiz vəziyyətdə hiss edirlər. Güclü şəxsiyyət olur və özlərinə inanırlar. Əgər belüstə yatan şəxs çarpayının mərkəzini tutmağa çalışır və üzü yuxarıdırsa, səliqəliliyi ilə fərqlənir.

Yarı embrion vəziyyəti tez-tez rast gəlinir. Solaxaylar sol tərəfdə, sağ tərəfi inkişaf edənlərsə sağ tərəfdə bükülüb yatır. Bu vəziyyətin üstünlüyü yatan şəxs üçün rahatlığındadır. Yarı embrion vəziyyətdə ayaqlar dizdən bir qədər büküldükdə bədən istini daha yaxşı saxlayır. Bununla belə, hava sərbəst bədən ətrafında dövr edir. Bədənin mərkəzi və ürək yaxşı müdafiə olunur. Bu vəziyyət yatarkən rahat hərəkət etməyə imkan verir. Bir tərəfdən o biri tərəfə fırlanmaq asan olur. Embrion, belüstündə və yayılmış pozalardan fərqli olaraq bu pozada bədənin rahatlığını pozmadan çevrilmək daha çətin olur.

Bu, onu göstərir ki, yarı embrion vəziyyətində yatanlar həyatdakı dəyişikliklərə yaxşı adaptasiya olur. Əksər hallarda bu vəziyyətdə yatanlar etibarlı olur və emosiyalarını cilovlaya bilir. 

Ekspress.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM