“Ermənilər əsirlərin dərisini soyurdular”

14:03 / 13.11.2014

Kult.az-ın BAŞI DUMANLI  layihəsində “Qarabağa gedən yol” qəzetinin baş redaktoru Əli Mahmud Şuşa ilə bağlı xatirələrini bölüşür. Bu barədə susmaq olmaz. Susmaq da bir şey deyil. Ümumiyyətlə, kişi susmaz. Fikirlərini açıq-saçıq deməlidir. Şuşayla bağlı xatirələrim bir və ya beş yazıya sığmaz. Ona görə ki, mən Şuşada oxumuşam, ilk iş yerim Şuşada olub, birinci evimi Şuşada almışam, birinci övladım orda dünyaya gəlib. 1973-cü ildən 1990-cı ilə qədər “Şuşa” qəzetində işləmişəm – ədəbi işçidən redaktor müavinliyinə qədər... İlk şeirimi də Şuşada yazmışam və həmin “Şuşa” qəzetində çap olunub. Bilirsiniz, Şuşa mənim üçün necə doğmadır? Mənim anam Meşəlidə şəhid olub və mən onu Şuşada Mirzəhəsən qəbiristanlığında dəfn etmişəm. Şuşada ilk şəhidlərdən biridir. Ömrümün bu çağında da ən kədərli günlərim Şuşa ilə bağlıdır. Çünki indi Şuşa yoxdur. Şuşa uğrunda çox mübarizələr aparmışıq, nəinki şuşalılar, ayrı-arı yerlərdən olan döyüşçülər də. Şuşanın işğalına xeyli qalmış Moskvanın nəzarəti ilə Dağlıq Qarabağ Muxtar vilayəti üzrə  Xüsusi İdarə Komitəsi yaradılmışdı. Volinski adlı bir canişin də onun rəhbəri idi. 1989-cu ildə Şuşada ilk dəfə deputat seçilməsi ilə bağlı onunla görüş keçirildi. Orda iştirak edənlər sırasında Nazirlər Kabinetinin sədri kimi Ayaz Mütəllimov, eyni zamanda, Dağlıq Qarabağla qonşu olan rayonların da rəhbərləri və birinci katibləri iştirak edirdilər. Hər kəs yekdilliklə Volinskini SSRİ Ali Sovetinə deputatlığa namizəd kimi göstərirdi. Bu çıxışlara dözə bilmədim, danışmaq üçün söz aldım. Volinskinin Dağlıq Qarabağa təyin olunduğu aylar ərzində törətdiyi cinayətləri üzünə söylədim. Həmin cinayətlər sırasında olanlara gəlincə, Qarabağ fövqəladə vəziyyət rayonu elan edilmişdi, rus hərbiçiləri də onun ixtiyarında idilər. Volinski gəldiyi gündən Dağlıq Qarabağın kəndləri bir-bir boşaldıldı. Volinskinin göstərişi ilə rus əsgərləri silahlarını azərbaycanlılar yaşayan kəndlərə tuşlamışdılar. Blokadada ancaq azərbaycanlılar yaşayan kəndlər idi. Həsənabad kəndi boşalmışdı, Ağbulaq və Naxçıvanik kəndlərində yaşayanlar qovulmuşdular. “Daşbulaq” deyilən kənd var idi, orda balaca bir çay axırdı. Sağ tərəfində azərbaycanlılar, sol tərəfində isə ermənilər yaşayırdılar. Həmin kəndin azərbaycanlı əhalisi çıxarılmışdı. Orda birinci yandırılan evlərdən biri mənim qardaşımın evi olub. Bütün təzyiqlər ancaq Azərbaycan camaatı üçün nəzərdə tutulmuşdu, ermənilər üçün yox. Bunların da hamısı təbii idi. O vaxtkı bəzi rəhbərlər bu cür vəziyyətlərdə sərhədləri qorumaq və təhlükəsizliyi təmin etmək əvəzinə qonşu kəndlərə makaron, qaloş, tikinti materialları göndərirdilər. Ermənilərə isə silahlar göndərilirdi. Xankəndi kimi bir sıra rayonlarımız var idi, həmin rayonlarda  silahlı birləşmələr yerləşdirirdilər. Mən iclasda bütün bu dediklərimi sadaladım və əlavə olaraq qeyd etdim ki, Volinski Azərbaycan xalqının bir nömrəli düşməni olan Mixail Qorbaçovun əlaltısıdır  və onun tək məqsədi Dağlıq Qarabağı azərbaycanlılardan təmizləməkdən ibarətdir. Bütün iş müəssisələri və tədris məkanları Azərbaycanın tabeçiliyindən çıxarılmış və Stavropola tabe edilmişdi. Mənim bu sözlərimdən sonra iclas zamanı guya Volinskinin ürəyi tutdu, Ayaz Mütəllimov səmimi idi, saxta idi bilmirəm, başladı hönkürtü ilə ağlamağa ki, mən bunları bilməmişəm. Bütün bunlara baxmayaraq təkidlə o seçildi. Belə bir rəhbərin də edə biləcəkləri əvvəlcədən bəlli idi. Hətta Əbdürrəhman Vəzirov iclas sonrası məni yanına çağırdı ki, bu cür iddialarımdan və fikirlərimdən əl çəkim. Hərdən məndən soruşurlar ki, Şuşada nəyin qalıb. “Mənim orda evim, mülküm qalıb” demirəm. Mənim Şuşada qalalarım qaldı, Xanın səsi, Cabbarın səsi yazılmış o qranit qayalar qaldı. Mənim o yerlərdə kitabxanalarım qaldı, muzeylərim qaldı – Xalçaçılıq muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Kərimbəyovların ev-muzeyləri, məscidlər qaldı. Şuşada qalanlarımı sadalayanda, başımdan papaq qalxır. Şuşada mənəviyyatımız qalıb, ucalığımız əlimizdən gedib. Xalqımızın qədim mənəvi dəyərləri əldən gedib. Ən nəhayət, mənim orda anamın qəbri qaldı. Halbuki bu gün bilmirik ki, həmin qəbrin aqibəti necədir. Şuşada bir “Bağrıqan dağı” var idi. Ötən əsrin əvvəllərində erməni-müsəlman davasında o dağda ermənilər azərbaycanlı əsirləri dabanından boynuna qədər soyurdular. Onlar dərinin ucunu aşağı əyilmiş ağacın qüvvətli bir budağına bənd edib buraxardı. Ağacın budağı yuxarı qalxanda o yazıq müsəlmanların dərisi soyulardı və bağırtısı dağa düşərdi. Bu əhvalatı görənin də, eşidənin də bağrı qan olardı. Buna görə də həmin dağa “Bağrıqan dağı” deyərdilər. Bax həmin o “Bağrıqan dağı”nın intiqamı bizi gözləyir. Dörd tərəfi də sıldırım qayalıq idi şəhərin. Mən həmişə Şuşanı “Tanrı qonşuluğundakı şəhər” kimi xatırlayıram. Doğrudan da, gecələr şəhər ulduzlarla qovuşurdu sanki. Şuşada yaşadığım dövrdə mən heç vaxt hava haqqında məlumatı dinləməmişəm. Buna heç ehtiyac da olmurdu. Evimiz “Bağrıqan dağı” ilə üzbəüz idi. Səhər tezdən pəncərədən o dağa baxardım. Bir ovuc bulud var idisə, deməli, həmin gün yağış yağacaqdı. Şuşada Vaqifin məqbərəsinin, poeziya evinin açılışında iştirak etmişəm. Mən həmin Vaqif poeziya evinin rəhbəri olmuşam, eyni zamanda, “Vaqif çeşməsi” və “Qönçələr” ədəbi birliklərinin də bədii rəhbəri idim. Nəinki Qarabağdan, ətraf kəndlərdən də gələnlər çox idi həmin birliklərə. Eləcə də, poeziya evinə Füzuli, Zəngilan, Laçın və Kəlbəcərdən gələnlər də olurdu.  Onların da bəyənilən şeirlərini “Şuşa” qəzetində çap edirdim. Vaqifin məqbərəsinin açılışı zamanı Azərbaycanın tanınmış yazıçı və şairləri ilə bərabər rəhmətlik Heydər Əliyev də gəlmişdi. Şuşa ədəbi mühiti barədə çıxışım zamanı Ulu öndərə poeziya evi barədə təklif verdim və həmin anda Heydər Əliyev yazıçılara dedi ki, bu yay Şuşada poeziya evi açılacaq və mən orda iştirak edəcəm. Doğrudan da, həmin yay Şuşada “Vaqif poeziya evi” açıldı. Öndərin özü də həmin açılışda iştirak etdi. 30 il oxuduğum, təhsil aldığım və işlədiyim şəhərdə bir dəfə də olsun dilənçi görməmişəm, dəli görməmişəm. Var idisə də, onun sahibi var idi, çöllərə buraxmazdı, dilənçilik etməyə qoymazdılar.  Orda yaşadığım müddətdə mən Şuşada növbə görməmişəm. Ət növbəsi, yağ növbəsi. Şuşada iki vaxt növbə olurdu: biri səhər-səhər qəzet köşkünün qarşısında, bir də kitab mağazasına yeni kitablar gələndə. Şuşa ziyalılar şəhəri idi. Mən “Şuşa” qəzetində üç-dörd ay olardı işləyirdim. Xan Şuşinski Şuşaya gəldi. Sual verdim ki, Xan əmi, Şuşada oxuyanlar niyə bu qədər çox olur? Bunun səbəbi, sirri nədir? O vaxt mənə Qırxqız dağını göstərdi. Xəlfəli çayı ilə Qarqar çayının Daşaltı qolu axırdı dağlardan. Dedi, “o vadiləri görürsənmi? Bu dağların çiçəklərini görməmiş olmazsan. Bu çiçəklərin ətri Əsgəran qalasına qədər gedir. Arandan gələn külək onu Şuşaya qaytarır. Şuşanın havası, suyu və bu çiçəklərin ətri ayrı nə yetişdirməlidir ki, oğul? Orda Üzeyir yetişməli idi, Bülbül, Cabbar, Keçəçi oğlu Məhəmməd yetişməli idi. Lovğalıq etmirəm, ay oğul, orda mən olmalı idim. Bu gözəllik və rəngarəngliyi saymaqla bitməz”. Bəzən olur ki, işğal dövrünün vəziyyətindən xəbərdar olmayanlar belə ifadələr işlədirlər – Şuşanı şuşalılar verdi, Ağdamı ağdamlılar verdi.  Elə deyil. O dövrdə bütün yerli əhalinin silahları toplanmışdı, onlardan alınmışdı. Həmin Volinski dediyim canişin Vilayət mərkəzində – Xankəndində iclaslar keçirirdi və həmin iclasa Dağlıq Qarabağ və Qarabağ ətrafı kəndlərin rəhbərlərini dəvət edirdi. Lazımi tapşırıqlar verilirdi. Kəndlərdə silahlar yığılırdı. Əlimizdə olan silahlar ov tüfəngləri idi. Bakıda, Aranda, dağda kim hardan gəldi silah toplamağa çalışırdı. Ermənilər isə tam tərsi – güclü silahlanmışdı. Silah-sursat anbarlarına nəzarət edənlərin 90 faizi ermənilər idi. Bütün bunlar məhz həmin o işğal günü üçün hazırlanmışdı. Planlı şəkildə idi bu işğal. Xəyanət işləyirdi. Vəzifə uğrunda mübarizədə hara, kimə zərbə vurduqlarını bilməyən rəhbərlər var idi başımızda. Təbii ki, ruslara zərbə vura bilməzdilər. Yalnız özümüz özümüzə... Sadə camaatın heç bir günahı yox idi. Bu məsələ dövlət səviyyəsində həll olunmalı idi. Amma bizim başımızda duran o vaxtkı rəhbərlərin hamısı rus imperiyasının boyunduruğu altında işləyən xəyanətkarlar idilər. Onların hesabına Şuşamız getdi. O səhnələri heç vaxt canlandırmaq istəmərəm. Çünki məğlub oldunsa, nədən danışa bilərsən? Kişi qələbəsindən danışar. Atamın bir sözü var idi, deyirdi “Atadan oğula sərvət qalar, atadan oğula düşmən qalmaz”.  Deyirdi ki, bu kəndlər sizin vaxtınızda işğal edildi, qisasınızı vaxtında alın. Torpaqlarınızı düşmənlərdən xilas edin, övladlarınıza erməni kimi düşmən saxlamayın. Neçə-neçə igid oğullarımız şəhid oldu. Guya o vaxt döyüş zamanı bizə kömək üçün silah göndərilirdi. Həmin silahların, demək olar, hamısı təlimlər üçün nəzərdə tutulmuş silahlar idi, döyüş üçün nəzərdə tutulmuş silahlar deyildi. Onun da zirehli texnikaları məhv edə biləcək gücü yox idi. Deyilənlərə görə, həmin silahların bir qismini Gəncədəki hərbi birləşmələri qarnizonunun rəhbəri göndərmişdi. Biz həmin silahlarla düşmənə əsaslı zərbə vura bilmirdik. Başda oturanlarda idi günah. Biz Şuşanı qoyub qaçmadıq. Hər kəs qeyrətli davransaydı, Şuşa işğal olunmazdı. Bax elə olsaydı, bu gün günahkar axtarmazdıq. Bir bayatı var. Əzizim Ordubada, Yol gedir Ordubada. Sərkərdə igid olsa, Heç getməz ordu bada. Sərkərdəsiz, dövlət başçısız o torpaqlar məhv oldu. Ermənistanla Azərbaycanı müqayisə etsək, ümidim çoxdur.  Azərbaycan bu gün güclüdür, qüdrətlidir. Biz mütləq qalib gələcəyik. Ermənilərin bir məsəli var “Harda çörək varsa, ora vətəndir” . Bu gün ermənilər Dağlıq Qarabağda da acdılar, Ermənistanda da. Onlar vətəni mədə və nəfs üçün sevirlər. Onlarda vətən hissi yoxdur. Haqq səsimizi dünyaya duyuracağıq. Dünya başa düşür, hələ ki özünü bilməzliyə vurur.  Dünyanın “diş qıcayan” ölkələri xristian ölkələridir. Amma haqq və ədalət əvvəl-axır öz sözünü mütləq deyəcək. Mən buna inanıram.   - See more at: http://kult.az/yeni/view/5103#sthash.T2N55aEO.dpuf


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM