Noyabrın 14-də Milli Məclisin iqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.
Strategiya.az AzərTAc-a istinadən xəbər verir ki, müzakirələrdə komitə üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri də iştirak ediblər.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin iqtisadi siyasət komitəsində reklam fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb. İlk dəfə Milli Məclis 1997-ci ildə “Reklam haqqında” qanunu qəbul edib. Həmin vaxt ölkənin sosial-iqtisadi vəziyyəti aşağı idi. İndi o vaxtdan 15 ildən artıq müddət keçib və Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara nail olub. Buna görə də müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var.
İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verib. Bildirilib ki, mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir. Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur.
Sonra kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərəmmov yeni qanun layihəsinin bu sahədəki mövcud qanunvericiliklə uyğunlaşdırılmasının, eləcə də sosial reklamlar məsələsinin layihədə ayrıca təsbit olunmasının vacibliyini vurğulayıb.
Mətbuat Şurasının sədri Əfaltun Amaşov layihənin beynəlxalq tələblər nəzərə alınmaqla hazırlandığını bildirib.
İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanunun indi cəmiyyətdə aktual olduğunu qeyd edən şöbə müdiri reklam sahəsində xarici təcrübə tətbiq olunarkən onun yaxşı tərəflərinə diqqət yetirilməsinin zəruriliyini bildirib, reklam bazarında rəqabətin önəmindən danışıb.
Dövlətin reklam sahəsində sağlam rəqabətin yaradılmasına dəstək verdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, tənzimlənmə bazar iqtisadiyyatına, Azərbaycan dövlətinin inkişafına uyğun olmalıdır.
Prezident Administrasiyasının rəsmisi deyib: “O məsələ ki Azərbaycanın inkişafına xidmət edir, biz ona yol açmalıyıq. Əgər ciddi bir ictimai fəsad vermirsə, bizim milli mənəvi dəyərlərimizə zidd deyilsə, kimsə malını reklam etmək üçün Azərbaycanın reklam büdcəsinə pul gətirir və burada xərcləmək istəyirsə, qoy xərcləsin. Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə. Bunlar mütləq şəkildə qorunmalıdır”.
Əli Həsənov deyib ki, layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapıb. Bununla yanaşı, hesab edirəm ki, layihənin üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyəti subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrupu həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır. Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, sui-istifadə amili aradan qaldırılmalıdır.
Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, təklif olunan qanun layihəsi reklam bazarının inkişafına xidmət etməklə yanaşı, həm də yerli və xarici şirkətləri reklama həvəsləndirməli, reklam subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin, ağır maliyyə sanksiyalarının, süründürməçiliyin, bürokratik əngəllərin və digər mənfi halların qarşısını almalıdır.
Əli Həsənov bir sıra prinsipial məsələlərlə bağlı təkliflərini işçi qrupuna təqdim edib.
İclas qanun layihəsinin müzakirəsi ilə davam etdirilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM