APA-nın yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib

20:03 / 16.11.2014

Strategiya.az xəbər verir ki, APA-nın yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbirdə agentliyin fəaliyyətinə həsr edilmiş filmin təqdimatından sonra çıxış edən Azəri-Press Agentliyinin (APA) baş direktoru Nurşən Quliyev qonaqları salamlayıb. O, APA-nın keçdiyi yola qısa nəzər salıb və bu günə qədər agentliklə əməkdaşlıq edən hər kəsə minnətdarlığını bildirib.



Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, APA-nı təbrik edib, agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.



Ə. Həsənov deyib ki, APA ötən 10 il müddətində formalaşmış, hətta beynəlxalq aləmdə rəqabət apara biləcək informasiya agentliyinə çevrilə bilib.



Şöbə müdiri qeyd edib ki, Azərbaycanda informasiya məkanının bugünkü liberal vəziyyətində, mətbuat, söz, informasiya azadlığının inkişafında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır: "Azərbaycan mediasının inkişafına ən önəmli dəstəyi ümummilli lider Heydər Əliyev verib. Ümummilli lider 1998-ci il avqustun 6-da imzaladığı fərmanla Azərbaycan mediası üzərindən bütün tənzimləyici dövlət mexanizmlərini götürüb, senzuranı ləğv etməklə tarixə düşdü, ölkəmizin media nümayəndələrinin yaddaşına əbədi həkk oldu. Onun yaratdığı şəraitin nəticəsidir ki, bu gün Azərbaycanın media orqanları nəinki ölkənin mövcud sahə üzrə ehtiyaclarını ödəyir, eyni zamanda beynəlxalq aləmdə rəqabət aparma səviyyəsinə qədər inkişaf edə biliblər".



Ə. Həsənov deyib ki, 2008-ci ildən Azərbaycanda mediaya dövlət qayğısı, dəstəyi tam şəffaflaşdırılıb: " 2008-ci ildə Azərbaycanda Mediaya Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu, daha sonra KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Həmin vaxtdan etibarən hər il dövlət büdcəsindən şəffaf şəkildə Azərbaycan mediasına dəstək göstərilir. Bu işin banisi, əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyevdir. Əgər ümummilli lider Azərbaycan mediası tarixində senzuranı ləğv etməsi ilə yaddaşlara həkk olundusa, prezident İlham Əliyev Azərbaycan mediasına dövlət dəstəyini şəffaflaşdırması və bu dəstəyi getdikcə artıraraq sistemləşdirməsi ilə yadda qaldı".



PA rəsmisi bildirib ki, Azərbaycanda mediaya yaradılmış şəraitdən bacarıqlı jurnalistlər və mətbuat təşkilatçıları istifadə edərək öz fəaliyyətlərini qurublar.



Ə. Həsənov APA-nın fəaliyyətindən də söz açaraq, agentliyi fərqləndirən əsas xüsusiyyətlərdən danışıb: "APA beynəlxalq aləmə Azərbaycanın media nümunəsi kimi, həm də sistemli informasiya fəaliyyəti təqdim edən qurum kimi özünü tanıda bilib. Sistemlilik bu agentliyin fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biridir".



Ə. Həsənov deyib ki, agentliyin uğurlarından biri də operativlikdə fərqlənməsidir: "Bu agentliyi fərqləndirən xüsusiyyətlərdən digəri isə rəqabətə davamlı olmasıdır. Çünki agentlik informasiyanı dünya standartlarına uyğun təqdim etməyi bacarır.APA bir neçə digər agentliklə bərabər bu sahədə Azərbaycanda nümunə yaratmış şirkətlərdən biridir".



Şöbə müdiri qeyd edib ki, APA-nı fərqləndirən əsas xüsusiyyətlərdən biri də agentliyin Azərbaycanın milli maraqlarını, mənafelərini fəaliyyətində nəzərə almasıdır: "Bu agentliyin fəaliyyətində azərbaycançılıq, Azərbaycana bağlılıq, Azərbaycan dövlətinin maraqlarını müdafiə etmə, təmin etmə qırmızı xətlə keçir.APA-nı təmsil edən jurnalistlərin milli və dövlət maraqlarının təmin edilməsi istiqamətindəki fəaliyyətləri təqdirəlayiq sayıla bilər".



Daha sonra çıxış edən "APA Holdiqn"in rəhbəri Vüsalə Mahirqızı APA-nın Azərbaycandakı azad media mühitinin, internet azadlığının yetirməsi olduğunu bildirib. O, Azərbaycan dövlətinin hər zaman medianın, o cümlədən APA-nın yanında olduğunu, diqqətli yanaşdığını deyib və buna görə təşəkkür edib: "Cənab prezident 2010-cu ildə məni "Əməkdar jurnalist" fəxri adı ilə təltif edib. Bu, əlbəttəAPA-nın fəaliyyətinə verilən yüksək dəyərdir. Eyni zamanda jurnalistlər üçün inşa edilmiş binada APA-nın da 5 əməkdaşı evlə təmin olunub. Mən bütün bunlara və hər zaman olan diqqətə görə cənab prezident İlham Əliyevə, Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm".



V. Mahirqızı APA-nın kollektivinə, təbrikə gələn qonaqlara və bu yubileyə həssas yanaşan mediaya təşəkkürünü bildirib.



Daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev "APA Holding” MMC və holdinqə daxil olan strukturların müvafiq əmtəə nişanlarının patentlərini alması barədə sertifikatı şirkətə təqdim edib.



E. Quliyev qeyd edib ki, bu, Azərbaycanda media qurumları arasında ilk nümunədir.



Böyük Britaniyanın “Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” MMC-nin direktoru Canan Ülkü isə “APAHolding”ə “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatını təqdim edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM