"Bu məsələdə, ilk növbədə Ermənistan rəhbərliyi təqsirkardır" - İsrailli ekspert

12:58 / 17.11.2014

Amerikanın "Forum Dayli" qazeti: "Erməni helikopterinin məhv edilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan öz suverenliyini qorumaq üçün hər hansı konkret qüvvə tətbiq etməyə hazırdı"

Bir neçə gün öncə ABŞ da çıxan “Forum Daily” qəzetində beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Cənubi Qafqaz üzrə mütəxəssis, Arye Qut ilə müsahibə dərc edib. 

Müsahibədə qeyd edilir ki son vaxtlar ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yüksək səviyyəli danışıqların intensivliyi artıb. Xatırladaq ki, lap bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri, habelə hər iki ölkənin xarici işlər nazirləri həmsədrlərin dəstəyi ilə problemin tənzimlənməsinə dair prinsipial məsələləri müzakirə edib, qoşunların təmas xəttində sabitliyin qorunub saxlanması, atəşkəs rejiminin təmin olunması, snayperlərin geri çəkilməsi, müxtəlif təhrikçiliklərə yol verilməməsi kimi məsələlər barəsində müəyyən razılığa gəliblər. 

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Cənubi Qafqaz üzrə mütəxəssis, Arye Qut ABŞ-da çıxan “Forum Daily” qəzetinin müxbirinə müsahibəsində təəssüflə qeyd edib ki, erməni tərəfi Azərbaycanla sülh prosesini lap başlanğıcda pozmaq arzusunu yenidən nümayiş etdirərək işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində çoxlu hərbi qüvvə və müxtəlif növ texnika cəlb etməklə hərbi təlimlər keçirir. 

Ekspertin sözlərinə görə, noyabrın 12-də Ermənistan Respublikası Hərbi Hava Qüvvələrinə məxsus Mİ-24 tipli iki helikopterdən ibarət döyüş cütlüyü cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ön müdafiə xəttində yerləşən mövqelərinə hücum edərək onları atəşə tutub, sonra isə qaçmağa çalışıb. Arye Qut vurğulayıb: “Cavab atəşi ilə ermənilərin döyüş cütlüyünə daxil olan helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk edib. Tamamilə aydındır ki, Serj Sarkisyanın kriminal rejimi dünya praktikasında mövcud olan bütün normalara zidd davranış nümayiş etdirməkdə davam edərək danışıqlar prosesini pozmaq məqsədilə növbəti təhrikçilik törətməyə çalışıb”.

Ekspert qeyd edib ki, Ermənistan 22 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlayır. Bunun nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. 

İsrailli ekspert deyib: “Bununla rəsmi Bakı Ermənistanla münaqişədə indiki status-kvo ilə heç vaxt razılaşmayacağını bildirib. Azərbaycan sərhədini pozmuş erməni helikopterinin vurulması ilə bağlı son hadisələr bir daha göstərir ki, rəsmi Yerevan anlamalıdır: Azərbaycanın səbri son həddə çatıb. Üstəlik, beynəlxalq normalara əsasən Bakının nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var. Təəssüf ki, beynəlxalq münasibətlərin bugünkü reallığı dünya arenasında güc amilinin daha səmərəli təsir göstərməsini sübut edir. Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycanın dövlət sərhədini pozmuş erməni helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan öz suverenliyini qorumaq üçün hər hansı konkret qüvvə tətbiq etməyə hazırdır”. Arye Qut daha sonra deyib: “Hazırda Ermənistan və erməni lobbisi informasiya təxribatına əl ataraq bu hadisəyə görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır və beynəlxalq təşkilatları Azərbaycanın hərəkətlərini pisləməyə çağırırlar... Bu sahədə İsrail dövlətinin real nümunəsi və təcrübəsi var. Suriya təyyarələri bir neçə dəfə İsrailin hava məkanına soxulanda ölkənin hərbi və siyasi rəhbərliyi BMT-nin buna nə deyəcəyini fikirləşmədən dərhal həmin təyyarələrin məhv edilməsini qərara almışdı. Bu, daha bir sərt reallıqdır: ölkəni BMT yox, o özü müdafiə etməlidir”. 

Qutun fikrincə, bu baxımdan kimin nə deməsindən, nə bəyan etməsindən asılı olmayaraq, hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qabil olmalıdır. 

İsrailli ekspert Arye Qut sonda deyib: “Tamamilə aydındır ki, bölgədə indi yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bu məsələdə, ilk növbədə Ermənistan rəhbərliyi təqsirkardır. Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan prezidenti hazırda ağır geosiyasi və iqtisadi vəziyyətdə olan ölkəsi barədə deyil, hər şeydən əvvəl öz şəxsi hakimiyyətini saxlamaq və möhkəmlətmək haqda, öz klanının mənafeləri barədə düşünür. Tamamilə aydındır ki, Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Yaxşı deyiblər ki, siyasətdə düzgünlük gücün nəticəsi, riyakarlıq isə zəifliyin nəticəsidir. Prezident Sarkisyan özünü konstruktiv və tolerant göstərməyə çalışır, lakin bunu bacarmır. Təəssüf doğuran faktdır ki, Ermənistan siyasətinin ön səhnəsinə təsadüfən gəlib çıxmış Sarkisyan ikinci müddətə Ermənistan Prezidenti vəzifəsində olmasına baxmayaraq, dövləti təfəkkürdən məhrum olan terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir. Buna görə də 20 ildən artıq davam edən danışıqlarda heç bir irəliləyiş və real nəticə görünmür”. 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM