Müsahibimiz öz sahəsində ad-san qazanmış, haqqında müalicə etdiyi pasientlərin daim xoş sözlər və minnətdarlıqla danışdığı gənc həkim Əfsanə xanım Bayramovadır.
Çox təəssüf ki, Azərbaycanda müxtəlif xəstəliklərə düçar olmuş həmvətənlərimiz dərdinin əlacını xarici ölkələrdə axtarır. Bu məsələnin obyektiv və subyektiv səbəbləri vardır. Lakin hər kəs bilməlidir ki , ölkəmizdə savadlı, səriştəli həkimlər var. Onlara təkcə Azərbaycanda deyil xarici ölkələrdədə inanır və xəstəyə yanaşma taktikalarını bəyənir, təsdiq edirlər. Görünür səhiyyənin dünya standartlarına uyğun yenidən qurulması, infrastrukturun lazımı həddə yüksəldilməsi, tibbi potensialımızın inkişafı o cümlədən peşəkar həkimlərin öz layiqli yerini tutması üçün müəyyən zaman tələb olunur. Bu və ya digər mövzular ətrafında həmsöhbətimizlə müsahibəni diqqətinizə çatdırırıq.
Əfsanə Bayramova 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. İxtisasça həkim terapevtdir. 2006-2012-ci illərdə təcili yardım sistemində çalışıb. 2012-2013-cü illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Gastroenteroloji, Hepatoloji bölümlərində ixtisaslaşma kursu keçmişdir. Tibbin ən ağır və məsuliyyətli sahələrindən biri olan, müasir dövrdə daha da aktuallaşan bu sahədə kifayət qədər təcrübə toplayıb.
Sual: Sizin məşğul olduğunuz sahə ilk baxışda başqa sahələr kimi populyar olmasada əhatə etdiyi problemlər az əhəmiyyət daşımır. Bu sahənin tibbdə yeri haqqında nə deyə bilərsiniz?
- Hər zaman qeyd edirik ki, virus hepatitləri günümüzün ən aktual problemlərindəndir. Bu o demək deyil ki, B və C virusları müasir dövrdə aşkarlanıb. Hepatit B virusu 1965-ci ildə, hepatit C virusu isə 1988-ci ildə elmə tam olaraq məlum oldu. Bu zamana qədər də hepatitə bağlı qaraciyər sirrozundan dünyasını dəyişən insanlar çox idi, amma diaqnoz tam olaraq qoyula bilmirdi təbii ki, laborator və instrumental müayinələrin bəsitliyi səbəbindən. Artıq elm elə bir mərhələyə gəldi ki, virusların genotipinə qədər belə müəyyən edə bilirik. Müasir müayinə metodları sayəsində virusu daşıyan xəstələrin əksəriyyəti aşkarlanır. Virus hepatitləri qaraciyər xəstəliklərinin böyük qismini əhatə edir, həmçinin infeksion xəstəlik olduğu üçün sosial bir problemə çevrilmişdir. Gənclərin virusa yoluxması ailələrin dağılması hallarına gətirib çıxaran səbəblərdən biridir.
Sual: Son vaxtlar virus xəstəlikləri sosial bir problemə çevrilmişdir. Bu problemin təhlükəlilik dərəcəsini necə qiymətləndirirsiniz?
- Qeyd etdiyim kimi, virus xəstəlikləri uzun illər əvvəldə vardı. Problemin aktuallaşmasının əsas səbəbi yoluxma yollarının artmasıdır. Narkomaniyanın baş alıb getməsi, dövlət nəzarətindən kənarda tibb müəssisələrinin, bəzi diş kabinetlərində sterilizasiya qaydalarına düzgün əməl edilməməsi, tatuaj, pirsinq kimi salon xidmətlərinin geniş yayılması yoluxmanı ciddi bir şəkildə artırmışdır. Bildiyiniz kimi hepatit B və C virusları qan təması və qana təmas edən alətlərdən yoluxur. Cinsi yolla az da olsa yoluxma ehtimalı vardır. Təhlükə kəlməsini də ona görə işlədə bilərik ki, bu yoluxma yolları ilə hər birimiz gündəlik həyatımızda istər- istəməz təmasda oluruq və yoluxmayacağımıza kimsə zəmanət vermir.
Sual: Hepatit xəstəliyindən profilaktik şəkildə necə qorunmaq olar? Ailədə xroniki xəstə olduğu halda ailə üzvlərinin necə qorunmasını barədə nə tövsiyə edərdiniz?
- Söhbətimizin əvvəlində yoluxmanın əsas mümkün yollarını sadaladıq. Mümkün qədər daha müasir, daha güvənli tibb müəssisələrinə müraciət etmək lazımdır. Salon xidmətlərindən istifadə edərkən diqqətli olmaq, təsadüfi cinsi münasibətlərdən qorunmaq lazımdır. Son 20 ildən artıqdır ki, hepatit B-yə qarşı bütün dünya peyvənd proqramını istifadə edir və bununla yoluxma faizlərində əsaslı şəkildə azalma müşahidə olunmuşdur. Çox təəssüf ki, bizim ölkədə peyvənd olunmağın məcburiyyətini insanlara çatdırmaqda çətinlik çəkirik. Bu işdə biz həkimlərin də üzərinə maarifləndirmə xarakterli təbliğatlar aparmaq düşür. Hepatit B peyvəndi ilə tam olaraq qorunmaq mümkündür. Bütün ailədə olan hər kəsi müayinə edib peyvənd etmək lazımdır. Bu gün hepatit C-nin peyvəndi yoxdur, amma ümid edirik ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq. Ailə daxilində qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, ən əsası da peyvənd olunmaq tam yoluxmanın qarşısını alır. Eyni yataqdan, süfrədən, mətbəx əşyalarından istifadə etməklə, yaxın təmasdan –öpüşməkdən , qucaqlaşmaqdan hepatit B və C viruslarının yoluxması mümkün deyil.
Sual: Virus hepatitlərinin profilaktikası üçün aparılan maarifləndirmə işlərini qənaətbəxş hesab edirsinizmi? Bu sahədə hansı işlərin görülməsini vacib sayırsınız?
- Təbii ki, aparılan maarifləndirmə işləri heç də qənaətbəxş deyildir. Sözsüz ki, biz mütəxəssislərin üzərinə böyük yük düşür, amma bunların da həyata keçməsi üçün dövlət proqramı və maddi dəstəyin olması zəruridir. Cavan ailələrə , gənclərə maarifləndirici təlimlərin keçilməsi önəmlidir. Ötən ilin iyun ayında Şəki şəhərində hepatitlə mübarizəyə həsr olunmuş maarifləndirici seminar keçirdik. Bu seminar Gənclər fondunun dəstəyi ilə həyata keçdi, amma bu tədbirlərin digər bölgələrdə də və daha tez-tez keçirilməsi çox faydalı olardı. Çünki bu xəstəlik haqqında cəmiyyətdə olan bilgilər qeyri-düzgün və azdır. Bu, həmin sahədə kifayət qədər səriştəsi olmayan mütəxəssislərə yönəlməyə və yanlış müalicələrə yol açır ki, o da ağır nəticələri ilə təhlükəlidir.
Sual: Bilirik ki, bir sıra xəstəliklərin daşıyıcıları dövlət himayəsindədir. Hesab edirsinmizmi ki, virus hepatitli xəstələr də
dövlət qeydiyyatında olmalıdır.
- Bu xəstələrin dövlət nəzarətində olması üçün dövlət proqramı lazımdır. Çünki xəstəliklər xroniki xəstəliklərdir, müalicələri uzun müddət və böyük maddi vəsait tələb edir. Bunu da əhalinin özü təmin etməsi çətinliklər yaradır və xəstələr müalicədən yayınırlar. Bu baxımdan hesab edirəm ki, bu xəstələrin dövlət himayəsində olması çox gözəl olardı.
Sual: Peşəniz çoxmu vaxtınızı alır? İşdən kənar vaxtlarınızda nə ilə məşğul olmağı xoşlayırsınız?
- Elm durmadan inkişaf edir. Zamanımızı bu yenilikləri izləmək, daim üzərimizdə işləmək, xaricdə təşkil olunan elmi konfransalara qatılmaqdan şəxsi həyata az vaxt qalır. Qalan vaxtlarımı da ailəm ilə bərabər keçirməyi daha üstün tuturam.
Sual: Saytımızın oxucularına peşəkar həkim kimi arzularınız.
- Ümid edirik ki yaxın gələcəkdə Azərbaycan səhiyyəsində əsaslı irəliləyişlər, dövlət proqramları olacaq. Oxuculara can sağlığı, xəstəliklərdən uzaq olmağı arzu edirik. Xəstəliyə tutulan zaman isə sağlamlığınıza biganə qalmayın. Elmin inkişaf etdiyi bir dönəmdə, demək olar ki, çarəsiz xəstəlik yoxdur. Mən öz sahəmdən deyə bilərəm ki, virus hepatitləri öldürməz, amma cahillik öldürər. Ən önəmlisi odur ki doğru düzgün bir mütəxəssisə müraciət edəsiniz.
Müsahibəni apardı: Bakı Dövlət Universitetinin Biologiya
fakültəsinin tələbəsi Sevinc Əliyeva
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM